Üç ələk

Bir nəfər Sokratdan soruşdu: Bilirsənmi, dostun sənin barədə mənə nə danışıb? 
- Gözlə, - Sokrat onun sözünü kəsdi, - Əvvəlcə danışmaq istədiyini üç ələkdən keçir. 
- Üç ələkdən? 
- Bir şey danışmamışdan əvvəl onu üç dəfə ələkdən keçirtmək lazımdır. Əvvəlcə həqiqət ələyindən. Sən əminsən ki, bu həqiqətdir? 
- Yox, mən sadəcə eşitmişəm. 
- Deməli, bilmirsən ki, bu doğrudur, ya yox. O zaman ikinci ələkdən keçirək, xeyirxahlıq ələyindən. Sən mənim dostum barədə nəsə xeyirli bir şey danışmaq istəyirsən? 
- Yox, əksinə. 
- Deməli, sən onun haqqında nəsə pis bir şey danışmağa hazırlaşırsan, hətta bunun doğru olmasına da əmin deyilsən. Üçüncü ələyi yoxlayaq - fayda ələyini. Danışmaq istədiyin şeyi eşitmək, mənim üçün bu qədər faydalıdırmı? 
- Yox, buna lüzum yoxdur. 
- Deməli, danışmaq istədiyin şeydə nə həqiqət var, nə xeyirxahlıq, nə də bir fayda. O zaman danışmaq nəyə lazımdır?!

Комментариев нет:

Отправить комментарий