10 ən əsas insan qorxusu


1. Tənha qalmaq qorxusu

Hətta tamamilə özünə qapanma və cəmiyyətə zidd olan davranışla xarakterizə olunan autizm xəstəliyindən əziyyət çəkən insanlar da qəlblərinin dərinliklərində tamamilə tənha qalmaq qorxusunu hiss edə bilərlər. Bu qorxunun kökündə hər bir insanın xoşbəxt olmağa can atması durur. Madam ki, insanlar ibtidadan "ictimai (sosial) heyvan" hesab edilirlər, bu səbəbdən, biz özümüzü yalnız cəmiyyət içində olaraq, (arzularımızı, istəklərimizi) həyata keçirərək xoşbəxt hiss edə bilərik. Anlaşılmaz, qəbuledilməz, atılmış, rədd edilmiş olmaq - kimi gerçəklik insanın həzz almasından daha çox qorxmasına səbəb olur.

2. Ölüm qorxusu (akrofobiya, hemofobiya və s.)

Obrazlı düşüncə tərzi olan əndişə və bədgüman xasiyyətli insanlar. Məhz bu cür insanlar ölüm qorxusu və digər uyğun fobiyaların əsas daşıyıcılarıdır: örtülü (bağlı) məkan qorxusu, qan qorxusu, hündürlük qorxusu, ölülərdən qorxma, ağrı qorxusu, zorlanma qorxusu və s. 

Yanlış seçim

- Salam qardaş. Yenə də səni narahat edirəm.
- Əleykum salam. Buyur xanım.
- İndi də bir sual beynimi qarışdırıb, mənə rahatlıq vermir.
- Nə sualdır ki, o?
- Azadlıq və məcburiyyət barədə.
- Azadlığın hansı tərəfi sizə qaranlıqdır?
- Mənə elə gəlir ki, biz yaradılmışıq, amma məcburuq. Taleyimiz əvvəlcədən müəyyən olunub və biz həyatımızda qeyd edilən bədbəxtliyə məhkumuq!
- Bəlkə bu fikir uğursuzluğumuza bəraət qazandırmaqdır?
- Niyə ki? Belə olmalı idi və oldu. Bizim heç nəyə gücümüz çatmır.
- Belədirsə, nə var bu qədər həngamə açılıb başımıza? Quran, peyğəmbər, sorğu-sual, ədalət, məhkəmə, cinayət və s. Məcburluq qarşısında bunların faydası varmı?

ƏRİMLƏ YENİDƏN BİR YERDƏ OLMAQ İSTƏMİRƏM (Dialoq)


- Salam, olar sizdən bir xahiş edim?
- Bəli, buyurun.
- Qurban olum, vacibdir, ehtiyacım var.
- Başa düşürəm, buyurun, əlimdən gələni edərəm.
- Mənə bir baxıcı tapa bilərsinizmi, dil-ağız bağlayan birisini.
- Nə üçün lazımdır?
- Mən ərimdən ayrılmışam, aramızda da bir uşaq var. Mən onu sevmirəm, onun ilə Cəhənnəm yaşamışam. Boşanmışıq, indi isə sərbəst yaşayıram, işim-gücüm var. O isə məndən sonra yenə də ailə qurmuşdu.
- Bəs indi?
- İndi isə boşanıb, valideynləri bizə gəlib, uşağa görə də barışıq istəyirlər. Oğlan bir neçə dəfə evimə söhbətə gəlmişdi, hətta bir neçə dəfə üstümə atılıb məni zorlamaq da istəyib, deyir ki, səni istəyirəm, lap nə qədər pul da lazım olsa verərəm. Mən bu cür əxlaqsız biri ilə bir yerdə qala bilmərəm. Mənə birini tapın ki, dil-ağızlarını bağlasın. Anamgil razıdırlar. Məni eşitmirlər.

Uşaq təsəllisi (şeir)

Yağış yağır leysan kimi
Səpələnir yer üzünə.
Pəncərədən uşaq baxır,
Əlin qoyaraq dizinə.
***
Uzadaraq boğazını 
Göyə baxmağa çalışır.
İmkan vermir pəncərə heç,
Oysa, bunla tez barışır.
***
Amma yenə baxıb göyə
Kiməsə təsəlli verir.
Maraqlıdır, bu balaca
Görən ağzında nə deyir?!

Bir şəhidin doğmalığı



Fevral ayının əlamətdar günlərindən biri də ömrünün gənc çağlarında özünü vətən uğrunda fəda edərək şəhid olmuş gənc Mübariz İbrahimovun doğum günüdür. Bu günün özünəməxsus özəlliyi, doğmalığı var. Acınacaqlı olsa da deməliyəm ki, Mübariz illərdir yuxuya getmiş gözlərimizi açdı, uçub-dağılmış arzularımızı inşa etdi, sönmüş ümid şamımızı yenidən yandırdı. O hamının ömrünü sərf etdiyi istiqamətə getmədi, könüllü surətdə fitrəti üzrə hərəkət etdi.
Mübariz nəinki düşmənə qarşı olan mübarizədə, hətta bu həyat mübarizəsindən də üzüağ çıxdı. Təsəvvür edin, əsgər ölümləri, hərbi xidmət sıralarında özbaşınalıq, “dedovşina” adət-ənənələri sürən bir zamanda həyata yeni nəfəs açdı. Elə bilirsiz ki, son zamanlarda “Əsgər ölümü” sürətlə yayılmaqdadır?! Xeyr, elə o zamanlar da köhnə hamam, köhnə tas sindromu davam edirdi, bununla bərabər xalqın mübarizə ruhiyyəsi də şaxtalı qış gecələrində donub-qalmış su misalındaydı. Bu suyu yenidən canlandırmaq üçün, qarlı havanın hökm sürməsinə baxmayaraq, külünglə yarmaq lazım idi. Mübariz bunu bacardı.

Süfrə


Süfrə alır bu gün evə
Kədərli bir kasıb qadın.
Yoxsulluğu sərvətidir,
Bilmir bunu ayıb qadın.
***
Süfrənin gah o başına,
Bu başına baxıb gülür.
Axı, oğlu əsgərlikdən
Bu gün öz evinə dönür.
***
Naxışlı bir süfrə seçdi,
Pulun verib evə döndü.
Satıcısa söz demədi,
Kövrək qəlbə maraq çökdü: