Bu gün lap dilxor olmuşdum, özümdə
deyildim, çünki sevimli cizgi filmimə baxa bilməyəcəkdim. Dünən həyacanla
izlədiyim cizgi filmi ən maraqlı yerində “Ardı var” yazısıyla yarımçıq kəsilmiş
və bu, ürəyimə tikan kimi batmışdı. Allah evinizi tiksin, adamı niyə intizarda
saxlayırsız ki? Maraqla izləyirsən, izləyirsən, bir də görürsən ki, sona
çatmamış sonluq verirlər. Nə isə, ümidimi bu günə saxlamışdım ki, sevimli cizgi
filmimin davamına baxım. Amma arzum ürəyimdə qaldı, nənəm mənə xüsusi bir iş
tapşıracaqdı - əti çəkmək.
Elə bil, bu günü gözləyirdi nənəm. Nə etmək olardı ki, axı evin kişisi mən idim. Anam işlədiyi üçün, hər dəfə məktəbdən çıxaraq nənəm gilə gəlirdim. O məni xoş qarşılayar, nazımı çəkər, doyunca yedizdirib-içizdirərdi. Arada fürsət tapan kimi, ya bir müddət yatıb dincələr, ya da xalam aldığı yeni televizorda cizgi filmlərini, ya da türk kliplərini izləyərdim. Oyun-oyuncaqla elə də aram yox idi. Həm də nə küçəyə çıxmağa bir həvəsim, nə də nəyisə eşələyib, qurtdalamağa bir marağım var idi.