Allah duanı qəbul edib, gerçəkləşməsini təxirə sala bilərmi?

Mümkün ola bilərmi ki, Allah duanı qəbul etsin, ancaq onun həyata keçməsini təxirə salsın?
Sual: Bu hədisin mənası nədir?
عن إسحاق بنِ عمّارٍ: قلتُ لأبی عبدِ الله (ع): یُستَجابُ للرجلِ الدُّعاءُ ثمّ یُؤَخَّرُ؟ قال: نَعَم عِشرونَ سَنةً
“İshaq ibn Əmmarın belə dediyi nəql olunmuşdur:  “Əbu Abdullaha (İmam Sadiqə) dedim ki, bir adam üçün dua müstəcab olub, sonra təxirə düşə bilərmi? Buyurdu: Bəli, (ola bilər ki, hətta) iyirmi il (təxirə düşsün)”.
Cavab: Bu hədis “Əl-Kafi” kitabında (c.2, s.489) mövcuddur. Hədisin mənası odur ki, bəzən Allah-taala bəndəsinin xahişini qəbul etməsinə baxmayaraq, bəzi məsləhətlər üzündən onun həyata keçməsini təxirə salır. Məsələn, bu hədisdə buna misal olaraq qeyd edilmişdir:
عَنْ هِشَامِ بْنِ سَالِمٍ عَنْهُ (ع) قَالَ: کَانَ بَیْنَ قَوْلِ اللَّهِ عَزَّ وَ جَلَّ قَدْ أُجِیبَتْ دَعْوَتُکُما وَ بَیْنَ أَخْذِ فِرْعَوْنَ أَرْبَعُونَ عَاماً
“Hişam ibn Salim həzrətin belə buyurduğunu nəql etmişdir: “İzzət və cəlal sahibi Allahın “Siz ikinizin (yəni Musa ilə Harunun) duası qəbul olunmuşdur” – sözü ilə Fironun yaxalanması arasında qırx il fasilə olmuşdur”. (Həmin, c.4, s.345)

Nə üçün duadan sonra əlləri üzə çəkirlər?

Rəvayətlərdə əli üzə çəkmək vacib namazlarda nəhy edilmiş, nafilə və müstəhəb namazlarda isə müstəhəb hesab olunmuşdur. Əlbəttə, vacib namazda nəhy olunması o demək deyil ki, kimsə, məsələn vacib namazın qunutunda əlini üzünə çəksə, namazı batildir. Əksinə, bu nəhy kərahət (məkruh olması) mənasındadır. Çünki namazda icra olunan əlavə hərəkət hesab olunur.
Amma duadan sonra nə üçün əllərin üzə çəkilməsinə gəlincə, bunun təbərrük baxımından olduğu söylənilmişdir. Çünki Allaha sarı uzanan ələ Allah nəzər salar və onu boş qoymaz. Əlbəttə, mümkündür ki, həmin şəxsin duasını həmin mövqedə, yaxud heç vaxt qəbul etməsin. Ancaq yəqinliklə demək olar ki, bu işdə bir məsləhət vardır. Rəvayətdə də bu məzmun tapşırılmışdır.

Körpə dünyaya gəldikdə hansı işləri görmək müstəhəbdir?

Sual: Zəhmət olmasa bunlara cavab verərdiniz: 1) “Vəlimə” nədir? 2) “Əqiqə” nədir? 3) Sünnət etmək baxımından İslamın nəzəri nədir? 4) Yenicə doğulmuş körpənin saçlarını qırxmaq barədə İslamın nəzəri nədir?

Cavab: Qeyd etdiyiniz şeylər övlad dünyaya gəldikdən sonra görülməsi müstəhəb olan işlərdən və ədəblərdəndir. Belə ki, övladın dünyaya gəlişi çox bərəkətli bir məsələdir. İslamın onun üçün xüsusi proqram və ədəbləri vardır. Onlardan bəzilərini qeyd edirik:

1. Körpəyə qüsl vermək: Rəvyətlərdə bir sıra qüsllərdən söz açılmışdır. Onlar arasında “Mövlud qüslü” (yeni doğulan körpənin qüslü) də vardır. (Hürr Amili, “Vəsailüş-Şiə”, c.3, s.304) Ona görə də bəzi fəqihlər körpəyə qüsl verməyi (zərər dəyməyəcəyinə dair arxayınçılıq hasil olduqda) körpənin doğulması ilə əlaqədar ədəb və müstəhəb işlərin bir hissəsi hesab etmişlər. (Fazil Lənkərani, “Cameül-Məsail”, c.2, s.387. Əlbəttə, digər fəqihlər qeyd etmişlər ki, körpənin qüslündən məqsəd uşağı çimizdirməkdir. Yəni “ğəsl” mənasındadır, “ğusl” mənasında deyil. (Şeyx Tusi, “Əl-Cüməl vəl-Uqud fil-İbadat”, s.192) 

Tatu qaşları və qoyma kirpikləri naməhrəmdən örtmək lazımdırmı?

Sual: Anam vəfat etdikdən sonra qaş və kirpiklərim şiddətli dərəcədə tökülməyə başladı. Elə şəkildə töküldü ki, gərək qaş çəkmək üçün hökmən qələmdən istifadə etməli idim. Tatu döydürdüm. Nəzərə almaq lazımdır ki, mən ictimai xadiməm və sizin göstərişinizə uyğun olaraq qaş və gözlərimi örtə bilmərəm. İndi nə etməliyəm?
            Cavab: Əgər tatu döydürməklə yalnız boş yerlər doldurulmuş olsa, yəni bu döydürmə normal qaş və kiprik həddində olsa, camaatın nəzərində xüsusi bəzək hesab olunmazsa, zinət hesab olunmur və onu naməhrəmdən örtmək vacib deyil.

"Ya Sin" nə deməkdir?

Bu surənin birinci ayəsində oxuyuruq "Ya Sin". Nə deməkdir bu ifadə? 
Qurani-Kərimdə 28 surə "Müqəttə hərfləri" ilə (məsələn, Əlif Lam Mim, yaxud Ya Sin, yaxud Ta Ha və s.) başlayır. "Müqəttə hərfləri"nin nə olması, nə üçün belə ifadə olunduğu, nə kimi anlam daşıması barədə ayrıca bəhs etmək lazımdır. 
Qeyd edək ki, "Ya Sin" ifadəsi haqqında müxtəlif təfsirlər mövcuddur. Bu ifadə "Ya" (ey - müraciət nidası) və "Sin" - yəni Peyğəmbərin şəxsiyyətinə yönəlik çağırışdan ibarətdir. Bu qənaət ondan ötrüdür ki, bu ifadədən sonra Peyğəmbərə müraciət olunur. 
Başqa versiyaya görə, müraciət insanadır. və "Sin" ona işarədir. Ancaq bu ehtimal sonra gələn ayələrlə düz gəlmir. Çünki sonrakı ayələrdə müraciət Peyğəmbərədir: "Həqiqətən də, sən rəsullardansan, düzgün yoldasan".

Camaat arasında deyilən "Vəhşət namazı" necə qılınır?

"Dəfn gecəsi namazı", onun qılınma qaydası, hökmləri və haqqında bəzi məlumatlar (ARAŞDIRMA)
Dəfn gecəsinin namazı müstəhəb namazlardandır. Bu namaza hədiyyə namazı da deyilir. Xalq arasında isə daha çox vəhşət namazı kimi tanınır. Meyit üçün birinci qəbir gecəsində qılınır. Vaxtı gecənin əvvəlindən sübhə qədərdir. Qılınmasının ən üstün vaxtı isə İşa namazından sonradır.
Bu namazın adları Hədiyyə namazı (Hürr Amili, Vəsailüş-Şiə), Dəfn gecəsi namazı (Seyid Kazim Yəzdi, Urvətul-Vusqa) və Vəhşət namazıdır (Təhrirul-Vəsilə). Bu namaza ona görə vəhşət namazı deyilir ki, təzəcəcə dünyadan köçmüş adam hələ qəbir aləmi ilə tanış və ünsiyyətdə olmadığına görə özlüyünddə qorxu və vəhşət hissi keçirir. Bu namaz ilahi fəzilət sayəsində vəhşəti onun üzərindən götürməyə səbəb olur. Deməli, əslində bu namaz vəhşəti aradan götürəndir, vəhşət namazı deyil.

Şükür namazının qılınma qaydası

İmam Sadiqin şükür namazı haqqında belə buyurduğu nəql olunmuşdur: 
"Allah sənə bir nemət bəxş etdikə iki rəkət namaz qıl; birinci rəkətdə “Fatihə” və “İxlas” surəsini oxu. İkinci rəkətdə isə “Fatihə” və “Kafirun” surəsini oxu.
Birinci rəkətdə rüku və səcdələrində de:
الحمد لله شكرا شكرا وحمدا
“Əlhəmdu lillə̃hi şukrən, şukrən və həmdən” 
(Həmd Allahındır, şükür, şükür və həmd olsun);

ikinci rəkətdə rüku və səcdələrində de:
الحمد لله الذي استجاب دعائي وأعطاني مسألتي
“Əlhəmdu lillə̃hil-ləz istəcə̃bə du`ã` və ə`tãn məs`ələt 
(Həmd o Allaha məxsusdur ki, mənim duamı müstəcəb etmiş və xahişimi (istəyimi) mənə əta etmişdir).

(Şeyx Kuleyni, "əl-Kafi", 3/481)

F.A,