Gözəl qız (ibrətamiz)

Bir gün Tandzan və Ekido adlı iki rahib palçıqlı yol ilə gedirdilər. Onlar bir yolun kəsişməsinə çatdıqda gözəl bir qız gördülər ki, əynində ipək kimono və şərf vardı. Bu arada leysan yağış yağırdı. Ancaq qız palçıqlı çuxurun içindən keçə bilmirdi. 
- Gəl gedək, — deyə Tandzan dərhal qıza dedi. 
Onu qucağına alıb bütün çamurun üzərindən keçirdi. Ekido bir söz demədi, susdu. Nəhayət, onlar məbədə çatdılar. Daha dözməyərək dostunun üstünə acıqlandı: 
- Sən bilmirsən ki, biz rahiblər qadınlardan uzaq durmalıyıq, xüsuilə də gənc və gözəl qadınlardan?! Onlar təhlükəlidirlər. Adamı yoldan çıxara bilərlər. Niyə görə belə etdin? 
- Mən o qızı elə oradaca buraxdım, - Tandzan cavab verdi.- sən hələ də onu özünlə daşıyırsan?

Vaxtım çatmır (İbrətamiz)


Bir dəfə şagird müəllimindən soruşur: "Müəllim, zəhmət olmasa, deyin görüm mən nə edim? İnanın ki, mənim heç vaxt heç nəyə zamanım çatmır. Bir neçə iş arasında parçalanıram, amma axırda heç birini də yaxşıca yerinə yetirə bilmirəm". 
– Bu tez-tez olur? – deyə müəllim soruşdu. 
– Bəli, – şagird cavab verdi, – mənə elə gəlir ki, sinif yoldaşlarım arasında bu, daha çox mənim başıma gəlir. 
– Bəs ayaq yoluna necə, belə hallarda oraya getməyi çatdırırsan? 

Ərindən boşanmaq istəyən qadının əhvalatı


Bir gün bir qadın müdrikin yanına gəlib dedi:
- İki il bundan qabaq mənimlə ərim arasında kəbin kəsmisən. İndi isə boşa bizi! Mən belə bir kişiylə yaşamaq istəmirəm!
- Bəs sənin boşanma səbəbin nədir, qızım? – deyə, müdrik maraqlandı.
Qadın izah etdi:
- Camaatın əri evə vaxtında gəlir, mənimki isə həmişə gecikir. Hər gün də bunun üstündə evdə dava-qırğındır..
Müdrik təəccüblənərək soruşdu:
- Səbəbin ancaq budur?
- Hə, mən belə bir çatışmazlığı olan adamla qalmaq istəmirəm – qadın cavab verdi.
- Boşamağına boşayaram. Ancaq bir şərtim var. Evə qayıt. İri və ləzzətli bir çörək bişir. Onu mənə gətir. Ancaq çörəyi bişirərkən evdəki ləvazimatlardan istifadə eləmə. Duzu, suyu, yumurtanı və unu qonşulardan istə. İstəyərkən də məqsədini onlara bildir, — müdrik göstəriş verdi.

İki ailə


Qonşuluqda iki ailə yaşayırdı. Ailənin birində hər gün dava-qırğın, mübahisə idi. Digər ailədən cınqırtı belə çıxmırdı, sakit şəkildə yaşayırdılar.
Bir dəfə dava-dalaşlı ailədəki qadın həsəd aparan şəkildə ərinə dedi:
- A kişi get bir gör o ailə nə edir, nə iş görür, niyə onların heç səs-səmiri gəlmir?
Ər sakit şəkildə evdən çıxıb, asta addımlarla qonşu evin pəncərəsinə yaxınlaşıb güdməyə başladı. Gördü ki, evin xanımı evləri silir. Birdən nəsə onun yadına düşdü və cəld mətbəxə qaçdı. Bu zaman əri qəfil evə girdi, görünür tələsirdi. Ayağının altında vedrəni görmədiyi üçün vedrəni aşırtdı, çirkli su yerə dağıldı. Arvad qaçaraq otağa girib mənzərəni gördü. Əri ağzını açmadan dilləndi:

Həyatı məhv edən qaydalar

"Reallığı korlanmış süzgəcdən dəyərləndirmək- onu koqnitiv şəkildə korlamaq deməkdir", - deyə koqnitiv rəftar terapiyasının banisi Aron Bek bunu təsdiq edirdi. O belə hesab edirdi ki, məhz bu cür, yəni hadisələri və münasibətləri korlanmış şəkildə qəbul etmək neqativ fikirlər və hislər yaradır. Gəlin bu təhlükəli süzgəclərə dair bir neçə misal çəkək:
Ümumiləşdirmə: Müəyyən bir hadisədən qlobal şəkildə ümumi nəticə çıxarılır. Məsələn, mən imtahandan keçə bilmədimsə, deməli, o biri imtahanlardan da kəsiləcəyəm.
Ağ-qara düşüncə: Durum və davranışlar zərurətlərin birindən yarandığı kimi gözdən keçirilir və qiymətləndirilir: yaxşılıq və pislik, həmişə və ya heç vaxt, hamısı və ya heç birisi.

Başqalarının təsiri

1961-ci ildə amerikalı professor Aş bir otağa yeddi nəfər yığır. Onlara elan edir ki,həqiqəti qavrama barədə onlar üzərində təcrübə aparılacaqdır. Əslində isə sınağa çəkilən adam bir nəfər olur. Yerdə qalan altı nəfər isə professorun köməkçiləri olur. Onların da vəzifəsi həmin bir nəfəri çaşqınlığa salmaq idi.
Divrada iki xətt çəkilmişdi. Bu xətlərdən birinin uzunluğu 25, digəri isə 30 sm. idi. Xətlər paralel çəkilmişdi. Belə ki, uzunluğu 30 sm. olan xəttin uzunluğu 25 sm. olan xəttin uzunluğundan daha uzun olması açıq-aşkar görünürdü. Professor Aş otaqda olanlara sual verirdi ki, bu xətlərdən hansı biri daha uzundur. Öz köməkçilərindən olan 6 nəfər deyirdi ki, 25 sm. olan xətt daha uzundur. Sınağa çəkilən iştirakçı olan həmin bir nəfərlərin 60 faizi digər altı nəfərin dediyini - yəni 25 sm. olan xəttin daha uzun olduğunu təsdiq edirdi. Əgər hansısa biri 30 sm-lik xəttin daha uzun olmasını iddia etsəydi, digər altı nəfər onu ələ salır, lağa qoyurdu ki, bunun nəticəsində 30 faiz insan öz fikrindən dönür və çoxluğun sözünü təsdiq edirdi. Belə ki, bu təcrübə tələbə və müəllimlərin üzərində aparılmışdır. Hansılar ki, onların ağılsız olduğunu iddia etmək gülünc olardı. Nəticədə məlum olur ki, on nəfərdən doqquzunu əmin etmək olub ki, 25 sm-lik xətt 30 sm-lik xətdən daha uzundur.

Ringelman effekti nədir?

1927-ci ildə olduqca maraqlı bir təcrübə aparılır ki, indiki zamanda elə də sıx yada düşmür. Bu təcrübələrin nəticəsi psixologiyada "Ringelman effekti" adı altında qalmışdır.
Təcrübə belə olmuşdur: Ən adi insanları götürür, onlara müəyyən bir çəkidə ağırlıq qaldırmalarını tapşırırdılar. Məsələn, bir adama qaldıra biləcəyi maksimal çəkini tapşırırdılar. Sonra bu insanları qrup halında toplayırdılar: əvvəl iki nəfər, sonra üç, dörd və s.
İlkin gözlənti belə idi ki, əgər bir adam 100 kq. çəkini qaldıra bilərdisə, iki nəfər 200 kq. və ya daha artıq qaldırmalı idi. Axı xalq arasında da belə deyim vardır ki: "El gücü sel gücüdür", "El bir olsa dağ oynadar yerindən" və s. Hələ indiyə qədər bu fikir hökm sürür ki, kollektiv iş daha böyük səmərə verir.

Çılpaq qəlb


Günlərin birində yaşlı bir müdrikin yanına gənc bir qız gəlir. O, hönkür-hönkür ağlayırdı. Qız müdrikdən soruşdu:
- Nə üçün mən insanlara etibar edir, onlara qəlbimi açır, ancaq onlar daim məni aldadırlar?
Müdrik cavab verdi:
- Qızım, əynindəkiləri soyun və çılpaq şəkildə şəhəri dolaş.
Qız təəccüb içində və qorxmuş halda dedi:
- Siz nə danışırsız! Belə olduqda yoldan keçən istənilən kəs mənə sataşacaq, ələ salacaq və ağzına gələni deyəcəkdir.
Müdrik dedi:
- Onda bəs nə üçün camaatın arasında çılpaq qəlblə gəzirsən?!

Çarxıfələk (Hekayə)

Manaf şәhәrin adlı-sanlı iş adamlarından biri idi. Deyilәnә görә bir zamanlar atası axırıncı inәklәrini satıb oğlunu şәhәrә oxutmağa göndәrmiş, o da ailәsinin ümidlәrini doğrultmuşdu. Amma doğurltmaq dedikdә, heç dә düşündüyünüz kimi deyil. Universitetә daxil olan Manaf güc-bәla ilә ikinci kursa qәdәr gәlib çata bilmişdi. Amma oxuya bilmәdiyini görüb, gizli şәkildә tәhsilini tәrk etmiş, üstәlik bunu atasından da gizlәtmişdi. Manafın oxumaq qabiliyyәti olmasa da, cәmiyyәt içәrisindә baş çıxartmağı var idi. Əlqәrәz, fenomen bacarıq vә dilә malik olan Manaf mövsümün әn satılacaq malını ayırd edir, hәmin malı sifariş edәrәk şәhәrә gәtizdirir, satıb pul qazanırdı. Çarxıfәlәk dönüb-dönüb, onun üçün yaşıl işıq yandırmışdı. Pullar sel kimi axırdı. Iş o yerә çatmışdı ki, atası Salman kişini inandıra bilmirdi ki, o, bu pulu öz zәhmәtilә qazanır. Əlqәrәz, Manafın mәnfi xüsusiyyәti - onun xeyriyyәçiliyә olan nifrәti idi.

Sevgi güclüdürmü? (Hekayə)



Axşam vaxtı idi. Dostum ailəlikcə bizə gəlmişdi. Evliliyimizdən yeddi ay keçməsinə baxmayaraq birinci qonaq idi ki, qəbul edirdik. Həm sevincli, həm də həyəcanlı idim. Necə sevinməyim? Gülzar tez-tez şikayət edirdi ki, onu adam içinə çıxartmıram, dostlarımla tanış etmirəm. Düzdür, arada şıltaqlıq edir, amma mən "qadın işvəsidir" deyib, təbəssüm edirdim. Mən yazıq da nə edim, səhər tezdən işə gedirəm, axşam yorğun-ağır evə gəlirəm. İlk əvvəllər bizim evdə qalırdıq, lakin nəsə Gülzarım anamla yola getmədi. Anam bir az tələbkar qadındır, məni də o ruhiyyədə böyütmüşdü. Ancaq Gülzar bir az şıltaq qız idi. Gəzməyi, əylənməyi sevən idi. Məni hər dəfə danlayırdı ki, gəl çıxaq gəzək, mənə lazımı diqqəti göstərmirsən, məni saymırsan. Axı mən necə başa salaydım ki, ay qız, mən yazıq bütün bunları əldə etmək üçün pul qazanmalıyam. Anam belə şeyləri bəyənmirdi. Çünki Gülzar gec yatırdı, gec də dururdu. Mən onu alanda mənə demişdi ki, evdə paltaryuyandan tutmuş hər bir xırda elektrik məişət cihazına qədər olmalıdır. Çünki onu anası ərköyün böyütdüyünə görə ev işləri görməyə maraqlı deyildi. Tez-tez evlərinin yanından fast-food aldıqlarına görə yemək də bişirə bilmirdi. Mən bütün bunları onun üçün keçmişdim. Çünki onu çox sevirdim. Amma anam köhnə qadınlardan idi. Səhər tez durar, işə gedər, mənə və qıza qulluq edər, axşam da gəlib yenə də iş görərdi. Düzdür, mən bunu qəbul edə bilmirdim. Amma sevgim imkan vermirdi ki, Gülzara artıq söz deyim. 

Həkim (Şeir)

O gecә sәngәrdәydim.
Azğın düşmәn mәni pusurdu.
Düşmәni məğlub etmək çox çәtin idi.
Әlinә keçәni sonsuzluğa doğru udurdu.

Neçә ailәlәr bәdbәxt etmişdi,
Neçә fәqirin, kimsәsizin üzәrinә getmişdi.
Neçә qәhrәmanın adını tarixdәn silmişdi,
Neçә pәhlivanın qamәtini sındımışdı,

Bәşәriyyәt ona həyat verəni unutmuşdu...
Әbәdi ruhlar küsmüş,  dağılmışdı...

vә nәhayәt insan bununla barışmışdı ...
Qәddar hәyat, nә sevinc verdin bizә?!
Nә yatdıq ki, nә dә yuxu görәk?
Hәyatda insanı ucaltmadı әmәk.
Hanı bәs, iş insanın cövhәri idi?
Bunun cavabını qəddar hәyatdan soruş!

Ləkələnmiş (hekayə)


Hava artıq qaralmışdı. Dənizkənarı parka gəlmişdi. Ora təklikdə qalmaq üçün ən əlverişli yer idi. Dənizkənarı parkın bu hissəsi hava qaraldıqda, demək olar ki, boş olurdı. Əvvəl buralarda çayxanalar vardı, insan əlindən dayanmağa yer tapmaq olmazdı. Sonra bir müddət sevgililərin yığışdığı yerə çevrildi. Aralarında bir neçə metr məsafədə sevgililər yaranmış fürsətdən istifadə edər, özlərini yalnız hiss edərdilər. Sonra polislər bir çoxunu cərimələdi. Qucaqlaşan cütlük görən kimi oğlanı yanlarına çağırar, “sən qızın nəyisən, indi zəng edib qızın atasına deyəcəyik.” - kimi sözlərlə oğlana hədə-qorxu gələr, cibindəkiləri alardılar. Amma indi buralara polis də gəlmirdi. Heç sevgililər də. 
Adil bu geniş sahədə tək idi. Əllərini dəmir tutacaqlardan tutub dənizə baxırdı. Onun gözünün yaşı axıb birbaşa Xəzərə tökülürdü. Dəniz də onun göz yaşlarını qoynuna almaqla sanki bu qəmgin oğlana dəstək və təsəlli verirdi. Dənizin ləpələri, əsən külək insanları oralardan qovmuşdu. Belə ki qışqırsan belə heç kim səsini eşitməzdi. Adil üçün bu, yeganə macal idi ki, ürəyini boşaltsın. Hıçqırmaq, hönkürmək istəyirdi, lakin özünü güclə saxlayardı. Deyirdilər ki, kişilər ağlamaz. Əksər kişilərdə, yaşları artdıqca bu bir kompleksə çevrilir. Əslində bunun səhv fikir olduğunu demək olmaz. Kişi fiquru güc mənbəyi olduğu üçün ona bel bağlayıb arxalananlar həmin kişini aciz gördükdə məyus olur, ondan ümidlərini kəsirdilər. Adil bunları heç düşünmürdü. Çünki onun dərdi başqa idi.

Anamın hədiyyəsi (hekayə)


(olmuş hadisə əsasında)
Gözəl bir payız axşamı işdən evə qayıdırdım. Öz-özümə düşünürdüm ki, insanın özündən başqalarını görməsi üçün hökmən gözəl əhval-ruhiyyədə olması lazımdır. Bax, hər dəfə səhər işə get, axşam gəl... Hər gün eyni yolu get, gəl. Kişi kimi bir dəfə sual vermisənmi özünə, getdiyin yolda hansı dükanlar var, kiminlə tez-tez qarşılaşırsan, həmin yolda ağaclar varmı, və s. Sadə bir misal çəkim, hər gün ən azı iki dəfə qalxıb-düşdüyüm binanın pilləkanlarını saymaq fikrimdən kemişdimi? Bir dəfə keçmişdi. Saymışdım da. İndi yadımdan çıxıb neçə pilləkan var idi. Əşşi, nə isə...
Həə, deməli, əhval-ruhiyyədə qalmışdım. İndi hər şey mənə sanki: "Ey oğlan, mənə bax, məni görürsənmi?" - deyirdi. Barmağımı dişlədim, səbəbini anladım. Axı bu gün maaşımı qaldırmışdılar. Həm də əlli faiz. Beş ildən sonra nəhayət ki, maaşımı qaldırmışdılar. Çox xoşbəxt idim. Sanki içimdən bir səs mənə deyirdi ki, götür pullarını bir şeyə xərclə. Yəqin sizdə də olub, artırılan maaşı və ya əlavə bir pulu aldıqda – onun xərclənməsi yolu ilə bağlı plan qurmadığımıza görə özümüzü bir anlıq dövlətli hiss edirik. Amma gələn ay bu cür olmayacağını da bilirik. Çünki hansısa bir "qəmbərqulu" çıxacaq və həmin artıq gəlir hansısa bir kreditinin ödənməsinə gedəcəkdi. Mən də bu pulu hara xərcləyəcəyimi düşünürdüm ki, qəfil ağlıma bir fikir gəldi: Nərgiz! Həyat yoldaşım. İnanın, desəm bəlkə də gülərsiz, amma, axırıncı dəfə, haradasa dörd, ya da beş il olardı ki, Allahın dönərini də bir yerdə yeməmişdik. İndi qonaqlıq-zad başqa. Amma konkret harasa gedib, oturub yemək adlı bir şey yox idi.

Verilmiş söz (hekayə)


Hər yan ağ rəngə bürünmüşdü. Yer öz üzərinə ağ yorğan salaraq üzərində həkk olmuş müxtəlif izləri gizlətmişdi. Gecənin qaranlığında müşahidə edilən bu bəyazlıq küçədə utancaq adamlar kimi başını yerə dikmiş işıq dirəklərindən ətrafa yayılan işıq yerdəki qara toxunarak əks olunur və göz qamaşdırırdı. Əsən zəif külək yerə yığılmış qar topasını kənara səpələyirdi... 
Kimsəsiz küçələrin birində tək-tük evlərin küçə qapılarının üzərində yanan işığın şüaları bu qapılardan birinin kandarında oturan bir kişinin cüssəsini işıqlandırırdı. Kişi tərpənmirdi. Kənardan belə görünə bilərdi ki, o kəskin şaxtaya görə tərpənmir. Lakin belə deyildi. Topa-topa yağan qar bu kişinin paltarını da dümağ etmişdi. Bəzən adama elə gəlirdi ki, o qarın onun üzərində yaratdığı “əsəri” pozmaq istəmir. 

Ermənidən alınan qisas (hekayə)


Səsucaldandan çıxan qarışıq səslər zalı bürümüşdü. Görünən bu idi ki, zalın yuxarı başında oturub istedadlarını nümayiş etdirməyə çalışan musiqiçilərin canfəşanlıq göstərməsi heç kəsə maraqlı deyildi. Səliqə ilə bəzədilmiş mərasim zalı işdən evə yorğun gələrək divanda pırtlaşıq saçlar, kirli üz və büzüşmüş libasla uzanmış tənha kişini xatırladırdı. İnsanların səsləri eşidilməz olsa da, onların bir-birilərinə əl işarələri ilə nəyisə başa salmaları, üz təbəssümləri və açılıb-bağlanan ağızlarını rahat müşahidə etmək olurdu. Çox maraqlıdır, səs olmadıqda insanın əyləncəli hərəkətləri kənardakılara gülünc görünür. Kənardakılar rəqs edənin dünyasına daxil olmadan onları mühakimə edə bilməzlər. 
***
O, rəqs edənlərin arasından keçirdi. O qədər fikirli idi ki, xidmət göstərmək üçün qarışqa kimi vurnuxan ofisiantlardan birinə toxunub, əlindəkiləri yerə necə aşırtdığını da fərq etmədi. Stola yaxınlaşıb – üzbəüz oturan yoldaşına tərəf stolun üzərindən uzanaraq söz deyən bir nəfərin kürəyindən əli ilə vurdu. Bu vuruşda əsəbilik və nifrət yatırdı:

Ester Vergeeri tanıyırsınızmı?


Ester Vergeer 1981-ci ildə Niderland krallığının Vurden şəhərində doğulub. Altı yaşınadək normal şəkildə inkişaf edib. Heç bir problemi olmayıb. 1988-ci ilin martın 21-də özünü pis hiss edir və üzgüçülük üzrə məktəb dərsində huşunu itirir. Araşdırmalar göstərir ki, beyindaxili qanaxma və maye yığılması vardır. Drenaj yolu ilə cərrahiyə əməliyyatı keçirilir. Altı həfdədən sonra evə buraxılır. Amma həkimlər xəstəliyin səbəbini tapa bilmir. 1989-cu ildə üzgüçülük dərsindən sonra yenə də güclü baş ağrıları hiss edir, boyun nahiyəsində ağrılar olur, gözlərində təzyiq artır. Yenə də həkimlər bir şey tapa bilmir. Həmin ilin oktyabr ayında qız qasığında yaranan ağrıdan şikayət edir. 14 noyabrda epidural anesteziyaya göndərilir. Prosedur zamanı özünü çox pis hiss edir. Sonra xəstəxanaya yerləşdirilir. Lakin həkimlər xəstəliyin səbəbini tapmaqda yenə də aciz qalırlar. Esteri xəstəxanada saxlayırlar ki, bəlkə bir şey tapa bildilər. Ancaq məktəb tətilləri başlayanda müvəqqəti olaraq onu evə də buraxırdılar. Tətil vaxtı təcili olaraq xəstəxanaya çatdırılır. Yenə də beyninə qan sızmışdı. Həmin üsulla cərrahiyə olunur. Bu səfər düzgün diaqnoz qoymaq olur: Veskulyar melopatiya - damar xəstəliyi. Nəticədə onurğa beyininin qan təchizatı pozulmuşdu. 1990-cı ilin yanvar ayında 9 saat davam edən cərrahiyyə əməliyatı keçirilir və nəticədə hər iki ayağı iflic olur. İkinci dəfə olunan əməliyyat da heç bir nəticə vermir.

Stiven Hokinq və özünəinam


Stiven Hokinq müasir dövrün ən məşhur və ən nüfuzlu fizik-nəzəriyyəçilərindən biridir. Mən bu şəxsin həyat və yaradıcılığını sizə bildirmək istəmirəm, sadəcə başqa səmtdən məsələni çatdırmaq istəyirəm.
60-cı illərin əvvəlləri Hokinqdə yan amiotrofik sklerozun əlamətləri görünməyə başladı. Məhz bunun nəticəsində alim iflic oldu. 1963-cü ildə həkimlər xəstəliyi diaqnoz etdikdən sonra belə qənaətə gəldilər ki, onun ömrünə iki il yarım qalıb. Amma xəstəlik elə də sürətlə güclənmədi. Əlil arabasından o, yalnız 60-cı illərin axırları istifadə etməyə başladı. 1985-ci ildə ağır xəstəliyə düçar oldu. Belə ki, o, sətəlcəm olmuşdu. Bir neçə əməliyyatdan sonra üzərində traxeostomiya (nəfəs borusunda operasiya vasitəsilə deşik açılması) icra olundu. Nəticədə danışıqdan məhrum oldu. Dostları ona xüsusi danışıq qurğusu verdilər ki, əlil arabasına quraşdırılmışdı. Bir az hərəkətliliyi yalnız sağ əlinin şəhadət barmağı saxlamışdı. Axırda bu hərəkətlilik yanağının mimika ifadə edən əzələsində qaldı. Onun da qarşısında qurğu var ki, bu yolla fizik kompyuteri idarə edir və nəticədə ətraf mühitlə danışır.

Motivasiya tipli kitablarla uğur qazanmaq mümkündürmü?

Fərid Abdullah: “Uğura aparan yolun yalnız motivasiya ruhlu kitablardan keçdiyini düşünmək doğru anlayış deyil”
Həyatımızın bir parçasına çevrilən, elmə-savada yiyələnməyimizdə bizə yaxından kömək edən, dünyagörüşümüzü, məntiqi təfəkkürümüzü artıran, ruhumuzu qidalandıran, mənəvi zövq verən kitablar  barədə nə qədər danışsaq da yəqin ki az olar.  İnternetin həyatımıza nüfuz etdiyi müasir dövrdə belə kitablarsız yaşamaq mümkün deyil. Hələ də elm mənbəyi olan kitablar  bizə nələrisə öyrədir. Məsələn müasir dövrdə motivasiyanı artıran, uğura gedən yolu göstərən kitablardan bəhrələnərək, orada yazılanları həyatımızın müəyyən məqamlarında tətbiq edirik.

UĞURLU İNSANLARIN VƏRDİŞLƏRİ

1. Uğurlu insanlar qarşılarına məqsəd qoymaq və həmişə bu məqsədə çatmaq kimi vərdişə malikdirlər. 
2. Onlar öz hədəflərinə çatmaq üçün mütəmadi olaraq mərhələli addımlar planlaşdırırlar. 
3. Onlar sabahkı günlərinin plan və qrafikini qurmadan yerlərinə girib yatmırlar. 
4. Onlarda başladıqları işi sona çatdırmaq adəti vardır. 
5. Onlar həmişə məsuliyyəti öz üzərilərinə götürməyə adət ediblər. 
6. Onlar zamanlarını qorumaq və bu zamandan istifadə etmək bacarığına malikdirlər. 
7. Risk etmək adəti onlara xas olan xüsusiyyətdir. 
8. Uğurlu insanlar hər gün sərf etdikləri xərclərinin hesabatını aparırlar. 
9. Onlar gəlirlərinin 20-30 fazini kənara atırlar. 
10. Onlar xeyriyyə işlərilə məşğul olurlar. 

Nepal müdriklərindən 30 məsləhət

1. Ağır-ağır danışın, ancaq sürətli düşünün.
2. Camaatı qohumlarına görə mühakimə etməyin.
3. "Səni sevirəm" dediyiniz zaman doğru danışın!
4. "Təəssüf edirəm" dediyiniz zaman insanın gözlərinə baxın.
5. Başqalarının yuxularına və arzularına gülməyin.
6. Camaata gözlədiklərindən artıq verin və bunu sevincək halda edin.
7. Həmişə yaddaşınızda sevdiyiniz bir şeir saxlayın.
8. Eşitdiyiniz hər şeyə inanmayın, malik olduqlarınızı sərf edin, yuxunuzu almayanadək yatın.
9. Böyük sevgi və əzəmətli nəaliyyət böyük risk tələb edir.
10. Məğlub olduğunuz zaman bundan dərslə yanaşı mənfəət də çıxarmağa çalışın.
11. Özünüzə hörmət edin, başqalarına hörmət edin. Əməllərinizə cavabdeh olun.
12. Balaca mübahisəyə böyük dostluğu yerlə-yeksan etmək imkanı verməyin.
13. Səhv etdiyinizi anladıqda onu yaymağa başlamayın, dərhal düzəltməyə çalışın.
14. Hər gün bir müddət təklikdə olun.
15. Mübadiləyə açıq olun, amma dəyərlərinizi əlinizdən verməyin.

Bu 18 şeyi heç vaxt etməyin!

Den Valdşmidt - tanınmış marketoloq, şəxsi bloqunda biznes və fərdi inkişaf haqqında standart olmayan fikirləri bölüşmüşdür. Onlarsı sizə təqdim edirik:

1. Heç vaxt şəxsi biznes planınızı bəxt üzərində qurmayın. (Yəni bəxtim gətirəcək deyə, işlərinizi planlaşdırmayın).
2. Heç vaxt özünüzə pis əhval-ruhiyədə qalmağa imkan vemrəyin.
3. Heç vaxt detallar və dedlaynlar barədə nigarançılığı kənara atmayın.
4. Heç vaxt başqasının məğlubiyyətinə sevinməyin.
5. Heç vaxt oxumağı, dinləməyi və arxanızca başqalarını aparmağı dayandırmayın.

Kris Qardnerin maraqlı həyatı

O doğularkən atası öz ailəsini atmışdı. Atalığı isə rəhimsiz bir insan idi.
Anası həbsdə olarkən körpəni tərbiyə edən sevimli dayısı Missisipi çayında faciəvi şəkildə həlak oldu.
26 yaşı olduqda onu işdən qovdular. Bundan sonra arvadı oğlunu götürərək bir yerdə qaçır. O isə boş otaqda yalqız qalır: pulsuz, geyimsiz... Çünki arvadı bunları da götürmüşdü.
Bir neçə gün sonra iki həftəlik həbsə düşür. Üzərindəki cərimə 1200 dollara çatır.
Azadlığa çıxdıqdan sonra, elə həbs paltarındaca bir dəllallıq şirkətinə ayda 1000 dollar maaşa işə düzəlir. Ancaq bu maaş ona böyük şəhərdə sağ qalmağa kifayət etmirdi.
Sonra arvadı uşağı qaytarmaq naminə geri dönür. Bu sırada o, elə bir mənzildə yaşayırdı ki, orada uşaq saxlamaq mümkün deyildi. Buna görə də onlar bir neçə il müddətinə evsiz-eşiksiz qaldılar.

İşiniz sizi bezdirib?

Әgәr işinizdәn zәhlәniz gedirsә...

Tez-bazar aradan çıxıb evә qaçmaq istәyirsizsә...

Әtrafdakılar sizi bezdiribsә...
Nәticәdә, sizin kefiniz yoxdursa...
Bax, indi yazacağımız şey haqqında yaxşı düşünün.

Tәsәvvür edin, siz şimal qütbündә, özü dә lap yada-gümana gәlmәyәn yerdә maralçısız, yәni maral saxlamaqla mәşğulsuz. Bu zaman hәyatınız necә olardı? Bir dәqiqә, biz deyәrik...

Bazar ertәsi, maralları güdәcәksiz, onlara qulluq edәcәksiz.

Çәrşәnbә axşamı da, çәrşәnbә dә, cümә axşamı da, cümә günü dә...
Şәnbә günü... Düşünürsüz, istirahәt edәcәksiz? Ay-hay... Maral güdәcәksiz.
Bazar günü... Yәqin ki, başa düşdüz dә, bәli, bәli, marallara baxacaqsız...

İşlərimiz düz getmədikdə bu 8 şeyi xatırlamaq lazımdır

1. Ağrı inkişafın bir hissəsidir. Bəzən həyat üzümüzə qapıları ona görə bağlayır ki, hərəkət etmək vaxtıdır. Bu da yaxşı əlamətdir. Çünki biz, adətən şərait bizi məcbur etdikdə hərəkət edirik. Ağır zamanlar baş verdikdə bunu xatırlayın ki, heç bir ağrı hədəfsiz gəlmir.
Sizə nə ağrı verirsə, ondan uzaqlaşın. Ancaq onun sizə verdiyi dərsi heç vaxt unutmayın. Sizin mübarizə aparmağınız o demək deyil ki, siz uğursuzluğa mübtəla olmusunuz. Hər bir böyük uğur ləyaqətli mübarizənin aparılmasını tələb edir. Yaxşı bir şey zaman tələb edir. Səbirli olun, özünüzə inanın. Hər şey öz yerini tutacaqdır. Onun dərhal baş verməməsi mümkündür. Yadda saxlayın ki, iki cür ağrı vardır: biri sizi yaralayır, digəri isə sizi dəyişir. Həyat boyu irəlilədikcə onunla əlləşib-vuruşmaqdansa, ona sizi daha da dəyişməsi üçün imkan yaradın.