Zəiflərə kömək edəkmi?



İndi söyləyəcəyim fikir İslam dəyərlərinə, insanlıq prinsipinə zidd görsənəcək. Amma səbirli olun, fikrimi anlatmağa çalışacağam. Zəiflik barədə qısaca fikrimi bildirmək istəyərdim. Heyvanlarda, hələ doğularkən "ən güclülər həyatda qalır" prinsipi sürür. Dünyada da bu fikri dəstəkləyənlər var. Amma bəzi dəyərlər bu fikri rədd edir ki, fəqir-füqəra, zəif və miskinlər kənarda qalmamalıdır. Mən də bu fikirdəyəm. Bəs zəif kimdir? 
Məgər zəif özü zəif olmayıbmı? O qədər zəif insanlar olub ki, öz gücünə və ya başqalarının dəstəyi ilə qüvvətli olublar. Hamı şikayət edir ki, bir fəqiri evinə gətirib yedizdirir, amma fəqir evindən oğurluq edib. Fəqirə iş veriblər fəqir pulu alıb aradan çıxıb və s. O qədər insanlar fəqir və zəif insanların bivecliyindən əziyyət çəkiblər ki. 

Elementar ayaqqabını 100 manata satanın etikasına baxın, bir də çin malı satanın etikasına. Siz 8-ci km bazarındakı işçilərin əksəriyyətinin özünü necə apardığını görmüsünüzmü? Deyəcəksiz ki, tərbiyə olunmayıblar. Xeyr. Belə deyil. Bir qövm tövrünü dəyişməyənə qədər Allah da onun tövrünü dəyişməz. Axı nə üçün Allah bizə sərmayədarlıq etməlidir? Bir dəfə afrikalı durub deyibmi ki, mənim torpağımın brilliantlarını hara daşıyırsız? O brilliantları daşıyanlar, oğurlayanlar onlara bir kanistr su verməklə ağa olurlar. 
Sənə niyə dəstək verməlidirlər ki? İmam Əlini kim öldürdü? Çörək verdiyi binamus. İmam Həsəni kim öldürdü? Doğma arvadı. Zəif və avam bir qadın. Kimə əl tutublarsa, elə zərbə də o tərəfdən gəlib. Tarix müəllimim deyərdi ki, fəhlələr, qullar inqilab edərdilər, lakin nəticəyə çatdıqdan sonra harınlayardılar. Bəli, biz bu gün fəqirə balıq yox, tilov verməliyik. Balığı ona görə verməliyik ki, balıq tutmağa taqəti olsun. Bu dediklərimin içində mən də varam. Mən güclü biri olsam Allah da mənə dəstək verər, başqası da. Güclü o demək deyil ki, kiminsə başına qapaz vursun. Güclü o şəxsdir ki, qapaz vurmaq iqtidarında olub, vurmasın. Konfutsi demişkən, yaxşılığa yaxşılıqla, pisliyə ədalətlə cavab versin. Bəli, biz yaşayışımızdan şikayət etməməliyik. Psixoloqlar deyir ki, biz bir şeylə qarşılaşırıqsa, deməli onu biz etmişik. Əgər kimsə məni söyürsə və mən də guya dözürəmsə və cavab da verə bilmirəmsə, adını səbir qoyuramsa, bu bədbəxtlikdir. Zəiflikdən həzz almaq, bundan istifadə etmək lazım deyil. Biz o zəifləri tapmalıyıq ki, onlardan güclü insanlar çıxacaq. Hədəf bu olmalıdır. O biri arsız zəifləri də dışlamamaq şərti ilə.

1 комментарий:

  1. Konfutsi deyir ki,yaxşılığa yaxşılıqla, pisliyə ədalətlə cavab verin,amma dinimizde pisliye de Allaha xatir yaxwiliqla cavab vermek beyenilir.

    ОтветитьУдалить