1. Yaxşılıq elə bir şeydir ki, onu kar da
eşidə bilər, kor da görə bilər.
2. Qırışlar, yalnız o yerləri göstərmələdir
ki, orada əvvəllər təbəssüm olmuşdur.
3. Ruhlanmağın ən yaxşı yolu – başqa birisini
ruhlandırmaqdır.
4. Xoşbəxtlik hər
kəsin qapısını həyatda bir dəfə döyür, lakin adətən, həmin hər kəs qonşuluqdakı yeməkxanada oturur və taqqıltını
eşitmir.
5. Gəlin elə
yaşayaq ki, hətta tabut qayıran usta da ölümümüzə ağlasın.
6. Bizdən az
sayda insan xoşbəxtliyə tab gətirə bilər – yaxın adamın xoşbəxtliyinə, nəzərdə tuturam.
7. Hədsiz incəlikdən
böyük kobudluq yoxdur.
8. Həqiqət –
bizim ən qiymətli malımızdır. Gəlin onunla ehtiyatla davranaq.
9. Dərdi olan
insanlar başqalarını ovundurmağı bacarır.
10. Sülh, xoşbəxtlik,
insanların qardaşlığı – bu dünyada bizə lazım olan, bax budur!
11. Əgər siz
yalnız həqiqəti deyirsinizsə, bir şeyi yadda saxlamaq sizə lazım deyil.
12. Həqiqi dost
səhv olduğun zaman səninlədir. Düz olduğun zaman, hər kəs səninlə olacaq.
13. Səs-küy heç
nəyi sübut etmir. Toyuq yumurtladıqda, adətən elə qaqqıldayır ki, elə bil kiçik
bir dünya yumurtlayıb.
14. Əgər
çoxluğun tərəfində olduğunuzu gördünüzsə, bu onun əlamətidir ki, artıq dəyişilmək
vaxtıdır.
15. O kəslərdən
qaçın ki, sizin həyatda əhəmiyyətli bir şeyə çatmaq mümkünlüyünə olan inamınızı
korlamağa çalışırlar. Bu xüsusiyyət kiçikqəlblilərə məxsusdur.
16. Hər bir
insan ay kimidir, işıqlandırılmamış tərəfinə malikdir ki, onu heç kəsə göstərmir.
17. Şaftalı nə
vaxtsa acı badam olmuşdur, gül kələmi isə sonradan ali təhsil almış adi kələmdir.
18. Tərəddüd
etdiyiniz zaman həqiqəti deyin.
19. Adəm xoşbəxt
insan olmuşdur: Onun ağlına gülməli bir şey gəldikdə, qəti əmin ola bilərdi ki,
başqalarının məzəli sözlərini təkrarlamır.
20. Yazıçıların
əksəriyyəti həqiqəti özünün daha dəyərli malı hesab edir – bax, buna görə də
ondan belə qənaətlə istifadə edirlər.
21. Qaynar
sobaya bir dəfə oturmuş pişik bir daha qaynar sobaya əyləşməyəcək. Elə soyuq
sobaya da.
22. Heç bir
insan həqiqi sevginin nə olduğunu anlamaq iqtidarında deyil, nə qədər ki, əsrin
dörddə birini nikah içində keçirtməyib.
Tərcümə: Fərid Abdullah.
Комментариев нет:
Отправить комментарий