Anam öyrətdi mənə

Anam mənə mümkün olmayan şeyin öhdəsindən gəlməyi öyrətdi: “Ağzını yum və yeməyini ye."

Anam mənə başqasının zəhmətinə hörmət etməyi öyrətdi: “Əgər bir-birinizi öldürmək istəyirsizsə, çıxın bayırda qırışın, polları təzə yumuşam.”

Anam mənə Allaha inanmağı öyrətdi: “Dua et ki, əynindəki bu ləkə yuyulsun.”

Anam mənə məntiqlə düşünməyi öyrətdi: “Çünki mən belə deyirəm. Vəssəlam.”

Anam mənə işin nəticəsini düşünməyi öyrətdi: “Bax indi pəncərədən yıxılacaqsan, mən də səni özümlə dükana aparmayacağam.”


Anam mənə dözümlü olmağı öyrətdi: “Yeməyini yeyib qutarmayana qədər stoldan durmayacaqsan!”

Anam mənə baş verə biləcək hadisələrin səbəbini öyrətdi: “Əgər ağlamağı dayandırmasan, səni döyəcəyəm.”

Anam mənə qibtə etməyi öyrətdi: “Bax, dünyada milyonlarla uşaq var ki, səndən fərqli olaraq, onların valideynlərilə bəxti gətirməyib.”

Anam mənə böyük olmağı öyrətdi: “Əgər meyvə-tərəvəz yeməsən, heç vaxt böyüməyəcəksən.”

Anam mənə gələcəyə inamla baxmağı öyrətdi: “Ax, bir dayan, evdə səninlə danışaram!”


Tərcümə: Fərid Abdullah.

Комментариев нет:

Отправить комментарий