Bir gün siçanın gözünə dəydi ki, fermanın yiyəsi siçan tələsi quraşdırır. Bunu görər-görməz, gəlib toyuq, qoyun və inəyə tələ haqqında danışdı. Lakin onların hər biri: "Siçan tələsinin bizə bir aidiyyatı yoxdur. Bu sənin şəxsi problemindir." - deyə cavab verdilər.
Bir müddət sonra siçan tələsinə zəhərli bir ilan düşdü və fermerin arvadını çaldı. Fermerin arvadını sağaltmağa çalışarkən, toyuğu kəsib ətindən şorba hazırladılar. Sonra xəstəyə baş çəkməyə gələn qonaqları yedizdirmək üçün qoyunu kəsdilər. Fermerin arvadı sağalmadı və nəticədə öldü. Ev yiyəsi başsağlığı verməyə gələnləri yedizdirmək üçün inəyi də kəsdi.
Bütün bunlar baş verərkən, siçan divarın deşiyindən müşahidə edir və heç kəsə aidiyyatı olmayan şeylər barədə düşünürdü.
Əgər bir şey birbaşa olaraq bizə təsir göstərmirsə, bu, o demək deyil ki, bir vaxt həmin şey qayıdaraq başımıza dəyməyəcək.
Комментариев нет:
Отправить комментарий