Əgər siqareti tərgitsəniz...

Əgər siqareti tərgitsəniz:
– 20 dəqiqədən sonra sizin arterial təzyiqiniz və nəbziniz aşağı düşəcək, lakin əl və ayaqlarınızın temperaturu artacaqdır.
Təxminən 8-12 saat sonra qanda olan karbon oksidi normal həddinə qədər azalacaq, qanda olan oksigen isə normal həddinə qədər artacaqdır.
24 saatdan sonra ürək tutmasının riski aşağı düşəcəkdir.
48 saatdan sonra iybilmə və dadbilmə reseptorları normal həssaslıq qabiliyyətinə qayıdacaqlar.
İki həftə və üç ay arasındakı dövrdə qan dövranı yaxşılaşacaqdır. Yerimək daha da yüngülləşəcək, öskürək və xırıltılar daha az narahat edəcəkdir. Tüpürcək ifrazatı azalacaq, üç ay sonra isə ağ ciyərin funksiyası bərpa olacaqdır.

Bir və doqquz ay ərzindəki dönəmdə yuxarıda qeyd edilmiş imtiyazlardan əlavə siz burun boşluğunun tutulmasının azalması, yorğunluğun aşağı düşməsinə malik olacaq, həmçinin ağır nəfəs almaqdan qurtulacaqsınız. Normal funksiyanı ağ ciyərlərdən seliyi hərəkət etdirən kirpikciklər bərpa edəcəkdir. Bir ildən sonra siqaret çəkdiyiniz dövrlə nisbətdə infarktın riski ikiqat azalacaqdır.
Beş və on beş il arası dövrlərdə isə infarkt riski siqaretə başlamazdan əvvəlki dövrdəki kimi öz dərəcəsini alacaqdır.
On ildən sonra müxtəlif növ xərçəng xətəliklərinin, o cümlədən ağ ciyər , ağız boşluğu, boğaz, qida borusu, sidik kisəsi, böyrək, mədəaltı vəzi xərçənginin yayılması riski xeyli azalacaqdır. Ağ ciyər xərçənginin yaranma riski, demək olar ki, siqaret çəkməyən insandakı kimi olacaqdır. Əslində siqaret çəkməyə aludə olmaq 60 faiz ağciyərə yoluxmaq şansı yaradır.

On beş ildən sonra ürəyin işemiya xəstəliyi və ürək tutmasının inkişaf etməsi siqaret çəkməmiş insandakı kimi, öz dərəcəsində qərarlaşır. Ölüm riski də, həmçinin, siqaret çəkməyən insandakı kimi olur.


Hazırladı: Fərid Abdullah

Комментариев нет:

Отправить комментарий