Konfutsidən ibrətamiz nəsihətlər

Dahi Çin mütəfəkkirinin fəlsəfəsi – fərdi və ictimai əxlaqi məsələlər üzərində təmərküzləşmişdir. Konfutsi insanlara cəmiyyətdə doğru ünsiyyət qurmaq üçün ədalət və bərabərlik qanunlarını öyrədirdi. İndi isə filosof Konfutsinin 10 həyati dərsini gözdən keçirək:
-          Dayanmadığınız təqdirdə sizin nə qədər yavaş getməyiniz zəruri deyil.
-          Heç vaxt özünüzdən daha yaxşı olmayan bir kəslə dostluq etməyin.  
-          Qəzəbləndiyin zaman nəticələr (işin nəticəsi) barədə düşün.
-          Hədəflərə çatmağın qeyri-mümkünlüyü aydın görünürsə, hədəfləri  deyil, hərəkətləri təshih edin.
-          Əgər nifrət edirsənsə,deməli, səni məğlub ediblər.

-          Nəcib insan özünə, zəif (aşağı keyfiyətli) insan isə başqalarına qarşı tələbkarlıq göstərər.
-          Hər nə işlə məşğul olursunuzsa, bunu ürəkdən edin.
-          Xırdaçılıqda hövsələsizlik göstərmək əhəmiyyətli işi məhv edər.
-          Əgər kürəyinə tüpürürlərsə, deməli, sən öndəsən.
-          Nifrət etmək asan, sevmək isə çətindir. Həyatımızdakı bir çox şeylər məhz bunun üzərində durub. Yaxşılıqlara yetişmək çətin, hər hansı bir pisliyi əldə etmək isə olduqca asandır.
-          Mən insanların yaxşılığı (xeyirxahlığı) gözəlliyi sevdikləri kimi sevdiklərini görmədim.
-          Özünüzə qarşı sərt, başqalarına qarşı mülayim olun. Belə etməklə siz özünüzü insanların düşmənçiliyindən qorumuş olarsız.
-          Ağılsız şəxs – insanların onu tanımamasından, müdrik şəxs isə insanları tanımamasından şikayətlənər.
-          Yaxşılığa yaxşılıqla, pisə ədalətlə cavab ver.
-          İntiqam alırsan – iki qəbir qaz.
-          Etmək gərəkəni bilmək və bunu etməmək ən pis qorxaqlıqdır.
-          Əvvəllər insanların sözlərinə qulaq asar və onların əməllərinə inanardım. İndi isə, insanların sözlərinə qulaq asır və onların əməllərinə baxıram.


Hazırladı: Fərid Abdullah

Комментариев нет:

Отправить комментарий