Məsələn, əgər sən səmimi
sevgi və etibarlı münasibət axtarışındasansa, sənə əl verməyən ünsiyyətlərə
xitam verməlisən. Bunu unutmaq olmaz ki, insan sevdiyini əldə etməlidir. Yoxsa əldə
etdiyini sevməyə məcbur qalacaqdır.
Sən yeni bir libasa,
yalnız o zaman malik ola bilərsən ki, köhnəsindən imtina edəsən.
Yeni biznes qurmaq,
yaxşı şərtləri olan işə yiyələnmək istəyirsənsə, zəhlən getdiyi işdən əl çəkməlisən.
Bəli, deyəcəksən ki, əlimdəkini buraxsam əliboş qalacağam. Lakin zəhlən
getdiyindən yapışıb-durmaq səni inkişafa aparmayacaq. Sabah o da əlindən
çıxanda, heç nəsiz qalacaqsan. Məşhur bir ifadə var ki, Allaha özünü şoryeyən
kimi tanıtdırma. Yoxsa şor yeməklə həyatını sona vuracaqsan. Əgər yeni maşın
istəyirsənsə, köhnəni satmalısan. Sözsüz ki, ən ucuz maşına sahib olmadan
yuxarı mərtəbələri arzulamaq axmaqlıqdır. Zirvəni fəth etmək istəyən dağın ətəyindən
başlamalıdır.
Həyatına yiyəlik etmək
istəyirsənsə, pessimistlikdən qurtulmağa çalış. Özünü qurban edib qurbangahda
canından keçmə. Əgər sənin şəxsi istək-arzuların və hədəflərin olmasa, daim başqalarının
hədəfinə qulluq edəcəksən.
Ən sadədədən başla.
Dur və sənə lazım olmayan 5 şeyi at. Lazımsız şeylərdən canını xilas et ki, həyatına
yeniləri daxil olsun.
Lakin hər zaman mötədilliyi
qoru və fanatizmə yaxın düşmə.
Hazırladı: Fərid
Abdullah.
Комментариев нет:
Отправить комментарий