Siçan və tələ

Bir gün siçanın gözünə dəydi ki, fermanın yiyəsi siçan tələsi quraşdırır. Bunu görər-görməz, gəlib toyuq, qoyun və inəyə tələ haqqında danışdı. Lakin onların hər biri: "Siçan tələsinin bizə bir aidiyyatı yoxdur. Bu sənin şəxsi problemindir." - deyə cavab verdilər.

Bir müddət sonra siçan tələsinə zəhərli bir ilan düşdü və fermerin arvadını çaldı. Fermerin arvadını sağaltmağa çalışarkən, toyuğu kəsib ətindən şorba hazırladılar. Sonra xəstəyə baş çəkməyə gələn qonaqları yedizdirmək üçün qoyunu kəsdilər. Fermerin arvadı sağalmadı və nəticədə öldü. Ev yiyəsi başsağlığı verməyə gələnləri yedizdirmək üçün inəyi də kəsdi.

Boşluq qanunu

Malik olduğun bir şeyi buraxmağa hazır ol ki, arzuladığın şeyə malik olasan.
Məsələn, əgər sən səmimi sevgi və etibarlı münasibət axtarışındasansa, sənə əl verməyən ünsiyyətlərə xitam verməlisən. Bunu unutmaq olmaz ki, insan sevdiyini əldə etməlidir. Yoxsa əldə etdiyini sevməyə məcbur qalacaqdır.
Sən yeni bir libasa, yalnız o zaman malik ola bilərsən ki, köhnəsindən imtina edəsən.
Yeni biznes qurmaq, yaxşı şərtləri olan işə yiyələnmək istəyirsənsə, zəhlən getdiyi işdən əl çəkməlisən. Bəli, deyəcəksən ki, əlimdəkini buraxsam əliboş qalacağam. Lakin zəhlən getdiyindən yapışıb-durmaq səni inkişafa aparmayacaq. Sabah o da əlindən çıxanda, heç nəsiz qalacaqsan. Məşhur bir ifadə var ki, Allaha özünü şoryeyən kimi tanıtdırma. Yoxsa şor yeməklə həyatını sona vuracaqsan. Əgər yeni maşın istəyirsənsə, köhnəni satmalısan. Sözsüz ki, ən ucuz maşına sahib olmadan yuxarı mərtəbələri arzulamaq axmaqlıqdır. Zirvəni fəth etmək istəyən dağın ətəyindən başlamalıdır. 

Psixologiyanın bilməyimiz gərəkən yeddi qaydası

1. Güzgülər qaydası
Məni əhatə edən insanlar – mənim aynamdır. Onlar mənim şəxsi kimliyimi əks etdirirlər, hansı ki, mən belə sezə bilmirəm. Məsələn, əgər kimsə mənə qarşı qanmazlıq edirsə, deməli, mən belə istəyirəm və buna icazə vermişəm. Əgər kimsə dəfələrlə məni aldadırsa, deməli, mənim istənilən kəsə inanmaq meyilliyim vardır. Buna görə də kiməsə acıqlanmağım yersizdir.
2. Seçim qaydası
Dərk edirəm ki, həyatımda bütün baş verənlər mənim şəxsi seçimimin nəticəsidir. Əgər bu gün mən darıxdırıcı bir insanla söhbət edirəmsə, bu mənim də sıxıcı və boğazayığıcı birisi olduğuma dəlalət edirmi? Pis insan yoxdur – bədbəxt insan vardır. Əgər mən onların problemlərini qazıyıramsa, deməli, bu mənim xoşuma gəlir. Buna görə də heç kimə qarşı iddia irəli sürmək lazım deyil. Mənimlə baş verənlərə baiskar elə özüməm. Taleyimizin müəllif və yaradıcısı özümüzük.

Pozitiv düşüncəyə necə sahib olaq?

1.Sizinlə bağlı hər bir yaxşı şeyi qeyd edin. Sizə faydalı və xoş olan insanlara təşəkkür edin və uyğun durumları qiymətləndirin.
2. Hər gün təbəssüm edin. Çünki təbəssüm beyinə siqnal göndərir ki, bir xoşbəxtik. Xoşbəxt olduğumuz zaman isə, orqanizm endorfin istehsal etməyə başlayır ki, bu da əhval-ruhiyyəni qaldırır.
3. Heç olmasa gün ərzində 30 dəqiqə də olsa meditasiya ilə məşğul olun. Günəş, yalnız ii-üç ağac və gül-çiçək üçün parlamır, əksinə bütün dünyanın məmnuniyyəti üçün işıq saçır. Meditasiya zamanı uyğun fikirlər beyini əhatə edir.
4. Gündəlik olaraq arzunuzu vizuallışdarmağa çalışın. Arzu cədvəlinizi tərtib edin və gün ərzində beş dəqiqə onun üzərinə nəzər salın. Xəyalınıza gətirin ki, siz daha bunlara nail olmuşsunuz. Yadınızda saxlayın ki, dünyada olan hər şey bir zamanlar kimlərinsə xəyal və arzularında idi. 

Utancaqlıqdan necə xilas olmaq olar?


Hər gün biz cəmiyyət daxilində böyük sayda – utancaq, özünə bir güvəni, inamı olmayan şəxsləri görürük. Psixoloqlar qeyd edir ki, demək olar ki, dərəcəsindən asılı olaraq bütün insanlar utancaqlıqdan əziyyət çəkirlər.
Bu barədə ən yaxşı kitab – amerikalı psixoloq F. Zimbardonun “Utancaqlıq: nədir və öhdəsindən necə gəlmək olar?” adlı işidir ki, o, Uebsterin məşhur lüğətinə müraciət etməyi təklif edir ki, orada utancaq olmaq – yəni “ürəksizlik, ehtiyat və inamsızlıq səbəbilə yaxınlığa qorxulu (çətin) olmaq.” – deyə qeyd edilmişdir.
Əgər həqiqətən siz utancaqlıqdan qurtulmaq və həmişə inamlı, həmçinin müdafiə olunmuş olmaq istəyirsinizsə, aşağıda qeyd edilən bir neçə addımı ata bilərsiniz:

Əgər siqareti tərgitsəniz...

Əgər siqareti tərgitsəniz:
– 20 dəqiqədən sonra sizin arterial təzyiqiniz və nəbziniz aşağı düşəcək, lakin əl və ayaqlarınızın temperaturu artacaqdır.
Təxminən 8-12 saat sonra qanda olan karbon oksidi normal həddinə qədər azalacaq, qanda olan oksigen isə normal həddinə qədər artacaqdır.
24 saatdan sonra ürək tutmasının riski aşağı düşəcəkdir.
48 saatdan sonra iybilmə və dadbilmə reseptorları normal həssaslıq qabiliyyətinə qayıdacaqlar.
İki həftə və üç ay arasındakı dövrdə qan dövranı yaxşılaşacaqdır. Yerimək daha da yüngülləşəcək, öskürək və xırıltılar daha az narahat edəcəkdir. Tüpürcək ifrazatı azalacaq, üç ay sonra isə ağ ciyərin funksiyası bərpa olacaqdır.

BEYİN ÜÇÜN MƏŞĞƏLƏ

Psixoloq Aleksis Kastori ayıldıqdan 5-10 dəqiqə sonra beyin üçün aşağıdakı məşğələni yerinə yetirməyi məsləhət bilir: 
1. Yüzdən birə qədər cəld saymaq (ucadan və açıq gözlə. Bundan sonrakı məşğələləri də eyni şəkildə yerinə yetirmək lazımdır). 
2. Əlifbanı tələffüz etmək, hər bir hərif üçün bir söz düşünüb tapmaq (a – alma, b – böcək və s.) Bacardığınız qədər tez. Əgər hansısa bir hərifin üstündə 30 saniyə dayandınızsa, üzərindən keçin. 
3. İyirmi kişi adı çəkmək və hər birinə nömrə vermək. 
4. İyirmi qadın adı

Nə üçün uşaqlıqda zaman indikiyə nisbətən daha ləng gedir?

Diqqət etsək görərik ki, uşaq vaxtı – hələ məktəbli olarkən parta arxasında əyləşir və vaxtın ləng getməsindən şikayətlənərdik. Hal-hazırda bir çox işləri çatdıra bilmədiyimizdən, bunun üçün asudə vaxtımızın – zamanın olmamasından şikayətlənirik. Ahıl yaşlarında isə, zaman, demək olar ki, işıq sürətilə ötüb-keçir. Axı nə üçün? Bu barədə bir neçə nəzəriyyə vardır:
Birinci nəzəriyyə: Həyat dövrünün hissələri
Bu nəzəriyyənin mahiyyəti budur ki, müxtəlif yaşlarda olan fərqli insanlar həyat durumlarına görə “zaman ölçüsü” anlayışını özlərinə məxsus qavrayırlar. Ömrün ilkin illərində insanın həyat dövrü aylarla və yarım illərlə ölçülür. Daha sonra isə bu müddət sanki dartılır, yəni daha illərlə yox, onilliklərlə ölçülür. Məsələn beş yaşlı uşaq üçün zaman anlayışı onun həyatının 1/5-nə bərabərdir. Məntiqi cəhətdən müqayisə etsək görərik ki, beş yaşlı uşağın nəzərində bir il ilə, əlli yaşlı insanın nəzərdə tutduğu il anlayışı bərabər deyil. 1/5 və 1/50... Özünüz müqayisə edin.

Konfutsidən ibrətamiz nəsihətlər

Dahi Çin mütəfəkkirinin fəlsəfəsi – fərdi və ictimai əxlaqi məsələlər üzərində təmərküzləşmişdir. Konfutsi insanlara cəmiyyətdə doğru ünsiyyət qurmaq üçün ədalət və bərabərlik qanunlarını öyrədirdi. İndi isə filosof Konfutsinin 10 həyati dərsini gözdən keçirək:
-          Dayanmadığınız təqdirdə sizin nə qədər yavaş getməyiniz zəruri deyil.
-          Heç vaxt özünüzdən daha yaxşı olmayan bir kəslə dostluq etməyin.  
-          Qəzəbləndiyin zaman nəticələr (işin nəticəsi) barədə düşün.
-          Hədəflərə çatmağın qeyri-mümkünlüyü aydın görünürsə, hədəfləri  deyil, hərəkətləri təshih edin.
-          Əgər nifrət edirsənsə,deməli, səni məğlub ediblər.