Novruz bayramı barədə zəruri qeydlər


Novruz bayramı qədim bayramlardan biridir. Biz hər il bu bayramı sevinclə qeyd edirik. Bu bayram hardasa qanımıza işləmiş bir bayramdır ki, sərbəst və ixtiyari şəkildə onu sevə-sevə keçirtmək niyyətindəyik.

Amma bəzən də bu cür olur ki, insan hər hansı bir ideologiyaya mənsub olur və bu cür bayramların keçirilib, keçirilməməsində tərəddüd edir. Bunu ya müsəlmançılığı ya millətpərəstliyi, ya da başqa ünsürlərə səbəb bilir. Amma məsələni tam dəqiqliklə araşdırdıqda, bayram keçirtməyin bir problemi olmadığını görürük.

100 gün ərzində həyatınızı yaxşılaşdıracaq 60 addım


İlk əvvəl onu qeyd edim ki, özünü dəyişmək, həyatda nəyəsə nail olmaq istəyən hər bir kəs bunlara əməl edə bilər. Məhz 100 gündən sonra özünüzdə qeyri-adi dəyişiklik görəcəksiz. Həyatınızı dəyişmək sizin əlinizdədir.

 EV

1. Evin müxtəlif sahələrini səhmana salmaq üçün günlərə görə bölgü təyin etmək üçün, özünüz üçün "evin lazımsız şeylərdən təmizlənməsi üzrə təqvim" yaradın.

Puldan daha əhəmiyyətli olan...


Bir sahibkar başdan-ayağa borcun içində idi və bundan çıxış yolunu tapa bilmirdi. Borc sahibləri onun üstünə çökmüşdülər. Mal verənlər ödəniş etməsini tələb edirdilər. O başını  əllərinin üzərinə salladıb, şirkətinin iflasdan nəyin qurtara biləcəyi haqda xəyala dalaraq, parkda skamyaların birində oturmuşdu.

Birdən onun qarşısında naməlum qoca bir kişi peyda oldu. - Görürəm ki, sizi nəsə narahat edir, - dedi. Sahibkarı dinlədikdən sonra qoca dedi, - "Düşünürəm ki, sizə yardım edə bilərəm". O, sahibkardan adını soruşdu, bir çek imzaladı və "Bu pulları götürün. Düz bir ildən sonra burada yenidən görüşərik və siz onları bu vaxt mənə geri qaytara bilərsiz." deyərək, onu sahibkarın əlininin içinə qoydu. Daha sonra arxaya çevrildi və qəfil göründüyü kimi də yoxa çıxdı.

Sahibkar əlində o zaman dünyada ən varlı insanlardan biri olan Con Rokfeller tərəfindən imzalanmış 500000$ dəyərində olan çeki gördü.

Röyasında gördüyü dəfinəni Misirdə axtarmağa gedən adamın hekayəti


Röyasında gördüyü dəfinəni Misirdə axtarmağa gedən adamın hekayəti (VI cild, 4206)

Mal və yatır şəklində xeyli miras almış bir adam var idi. Günlərin bir günü bu adam aldığı mirasın hamısını yeyib-dağıtdı, çırıl-çılpaq qalınca ağlayıb, sızlamağa başladı. Onsuz da miras malın nə vəfası olacaqdı ki?! Çünki miras qoyan adam da bu dünyadan muradına çatmadan köçüb gedir və yığdığı mallar da bir işə yaramır. Hazır mirasa sahiblənən adam isə onun qədrini heç bilməz, çünki onu asanlıqla əldə edib, ondan ötrü nə tər töküb, nə də əlləşib-vuruşub. Təslim aldığı mallar üçün də hər hansı zəhmətə qatlanmayıb!

 Ey insan! Sən də, eynilə beləcə, Haqqın lütfünə və ehsanına mirasçı çıxdın! Haqq sənə bu canı müftə verdiyi üçün canının qədr-qiymətini bilmir, hazır mirasa yiyələnən birisi kimi onu sağasola sərf edirsən!

Qısqanmaq və tərk etmək


- Hətta əgər öyrənsən də, qısqanmayacaqsan?
- Qısqanmaq? Nəyə əsasən?
- O ki, əgər mən sənin yanında olduğuma baxmayaraq, keçmişimdə olan hər hansı bir qadın haqqında düşünsəm? Səni tərk edib həmin qadının yanına gedəcəyimdən narahat olmazdınmı?
- Yox.
- Yəqin ki, məni sevmirsən. 
- Başa düşmürsən, nə danışırsan.