Əgər
Quran Allah tərəfindəndirsə, bəs nə üçün ifadələr üçüncü şəxs əvəzliyi ilə işlədilmişdir?
Məsələn, O, Ğəfurdur, Rəhimdir.
Nümunə təfsirində belə oxuyuruq: Allah üçün üçüncü
şəxsin təki olan əvəzlikdən istifadə etmək əslində Onun müqəddəs zatının son dərəcə
məxfi olduğuna, insanların məhdud fikirlərinin ona yetişə bilməyəcəyinə rəmz və
işarədir. Hərçənd Allahın nişanə və əlamətləri aləmi elə şəkildə doldurmuşdur
ki, hər şeydən daha aşkar, daha üzdədir. Necə ki, buyurur:
“Onun haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi
onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik”. (“Fussilət”,
53) (Nümunə təfsiri, c.27, s.432)
İmam Baqir buyurmuşdur: “Huvə” (o işarə əvəzliyi)
ğaib zəmiridir (yəni üçüncü şəxsin təkini, həmçinin həmin şəxsin göz önündə
olmadığını ifadə edir). Həmçinin Allahın gözlərdən qeybdə, hiss üzvlərinin
toxunmasından uzaq olmasına işarədir”. (Biharül-ənvar, c.3, s.221)
Комментариев нет:
Отправить комментарий