Camaatın gözü qarşısında edilən yaxşı əməl riyakarlıq hesab olunurmu?
-------
İlk öncə qeyd erməliyik ki, göz önündə olan hər bir yaxşı iş riya deyil. Əksinə bir kəs özünü nümayiş etmək niyyətilə yaxşı iş görsə riyakarlıqdır.
Məşhur əxlaq ustadlarından biri qeyd edib ki, yaxşı iş, bəyənilən xüsusiyyət və bu qəbil şeylərdən nəyisə xalqa göstərmək, bununla da xalqın qəlbində özünə yer etmək məqsədi güdmək, özünü yaxşı insan kimi tanıtdırmaq riyakarlıqdır. Odur ki, Allaha yaxın olmaq niyyətilə görülən yaxşılıq nəinki riyakarlıq deyil, əksinə bəyənilən və gərəkli işdir. Həm də ülgü və nümunə olmağa, cəmiyyətin islahına xidmət edir. Ancaq hədəf Allahdan başqası olarsa, özünü xalqa nümayiş etdirmək məqsədi güdərsə riyakarlıqdır. Həm günahdır, həm əməl puçdur, həm də hesab kitabı var.
Quran xüsusi bəndələrə göstəriş verir ki, yaxşı işləri həm gizli, həm aşkar şəkildə etsinlər. Aşkarda görülən yaxşı işlərə nümunə olaraq camaat namazını, xeyriyyə işlərinə qoşulmağı, sədəqə verməyi, kiminsə müalicəsinə yardım etməyi qeyd etmək olar. Bu iş başqalarını da hərəkətə gətirir. Olduqca bəyəniləndir, savabı artıqdır. Amma gərək diqqət olunsun ki, riya çox inca şeydir.
Gizlində görülən elə bir iş ola bilər ki, riya olsun. Məsələn, kimsə camaat namazında arxa cərgədə durur, özünü arif kimi göstərir ki, bunu təvazökar hesab etsinlər.
Nəticə: biz heç kəsi riyakarlıqda ittiham edə bilmərik. Çünki bu batini işdir, niyyətə bağlıdır. Amma bu, heç kəsi ilahi məsuliyyətdən azad etmir. Farid Abdullah
Комментариев нет:
Отправить комментарий