ALLAH ZÜLMƏ, HAQSIZLIĞA GÖZ YUMURMU?

Bir neçə nöqtəyə diqqət etmək lazımdır:
1 – Allah-taala mütləq haqdır. Tamamlilə haqq və ədalətlə rəftar edir, bütün məzlumların haqqını zalımlardan alır. Necə ki, buyurmuşdur: “Rəbbin heç kəsə haqsızlıq etməz!” (Kəhf, 49) Həmçinin buyurur: “Biz heç müsəlmanları günahkarlara tay tutarıqmı? Sizə nə olub, necə hökm verirsiniz?” (Qələm, 35-36) “Həcc” surəsinin 62-ci ayəsində belə buyurulur: “Bu belədir. Çünki Allah Haqdır. (Kafirlərin) Ondan başqa yalvardıqları isə batildir”.
2 – Burada bir problem vardır. O da “Allah mütləq haqdırsa,ədalətlə rəftar edirsə, onda nə üçün dünyada bu qədər zülm var? Nə üçün Allah zalımların zülmlərininq qarşısını almır?” – deməkdir. Bunun cavabı aydındır:  Bəşərin yaşayışının əsası azad seçim üzərindədir. Bu da hamılıqla sınağa çəkilməkdən ötrüdür. Daha məcburiyyət və xoşagəlməzliklə vadar etməkdən söz gedə bilməz. Əgər belə olmasaydı təkamül baş verə bilməzdi.

QURANDAKI BİLGİLƏR MƏHDUDDURMU?

Quranda əsasən, ərəblərdən başqa digər qövmlərə işarə edilməmişdir. Məsələn, çinlilər, hindlilər, yaxdud amerika hinduları kimi kəşf olunmamış qövmlərdən söz açılmamışdır.
Quranda zikr olunan heyvanlar o heyvanlardır ki, bu yarımada rast gəlinənlərdir. Məsələn, çəyirtkə, dəvə və s. Heç yerdə, məsələn, bəbir, pələng, ağ ayı kimi heyvanlardan danışılmayıb.
Meyvələr də bu cürdür, zeytun, xurma, nar, əncir kimi meyvələrdən danışılmış, digər meyvələrin adları çəkilməmişdir.
Təbiət hadisələrindən də həmçinin ildırım, şimşək, tufan kimi hadisələrdən söz açılmış, qar, şaxta kimi şeylərə toxunulmamışdır.
Bu cür irada belə cavab vermək mümkündür
İlk öncə qeyd etməliyik ki, İslam dini ümumdünya və cahanşümul bir dindir. Onun xitabı Qiyamət gününə qədər bütün insanlaradır.

NƏ ÜÇÜN ALLAH ÖZÜNƏ "O" DEYİR?

Əgər Quran Allah tərəfindəndirsə, bəs nə üçün ifadələr üçüncü şəxs əvəzliyi ilə işlədilmişdir? Məsələn, O, Ğəfurdur, Rəhimdir.
Nümunə təfsirində belə oxuyuruq: Allah üçün üçüncü şəxsin təki olan əvəzlikdən istifadə etmək əslində Onun müqəddəs zatının son dərəcə məxfi olduğuna, insanların məhdud fikirlərinin ona yetişə bilməyəcəyinə rəmz və işarədir. Hərçənd Allahın nişanə və əlamətləri aləmi elə şəkildə doldurmuşdur ki, hər şeydən daha aşkar, daha üzdədir. Necə ki, buyurur:
“Onun haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik”. (“Fussilət”, 53) (Nümunə təfsiri, c.27, s.432)

İmam Baqir buyurmuşdur: “Huvə” (o işarə əvəzliyi) ğaib zəmiridir (yəni üçüncü şəxsin təkini, həmçinin həmin şəxsin göz önündə olmadığını ifadə edir). Həmçinin Allahın gözlərdən qeybdə, hiss üzvlərinin toxunmasından uzaq olmasına işarədir”. (Biharül-ənvar, c.3, s.221)

VƏSVƏSƏ VƏ ŞEYTANİ FİKİRLƏRDƏN NECƏ QURTULAQ?

Vəsvəsə və şeytani fikirlərə necə qalib gələk? 
----- 
Əslində vəsvəsə stresdən və narahatçılıqdan qaynaqlanan bir şeydir. İnanclı insanlarda bu xüsusiyyət bir başqa formada da ola bilər. Yəni Allah razılığı, dinin zəruri göstərişini yerinə yetirmək, əks təqdirdə əməlinin bərbad olacağından qorxu səbəbilə bu xüsusiyyət üzdə olur. Bu məsələyə iki hissədə baxaq 
1. İztirab və stress Qeyd etdik ki, vəsvəsəlik stresdən doğur. Yəni nə qədər stress çox olsa vəsvəsəlik də çox olacaqdır. Odur ki, ilk öncə stresi aşağı salmağa çalışmalıyıq: 

RİYAKARLIQ NƏDİR?

Camaatın gözü qarşısında edilən yaxşı əməl riyakarlıq hesab olunurmu?
-------
İlk öncə qeyd erməliyik ki, göz önündə olan hər bir yaxşı iş riya deyil. Əksinə bir kəs özünü nümayiş etmək niyyətilə yaxşı iş görsə riyakarlıqdır.
Məşhur əxlaq ustadlarından biri qeyd edib ki, yaxşı iş, bəyənilən xüsusiyyət və bu qəbil şeylərdən nəyisə xalqa göstərmək, bununla da xalqın qəlbində özünə yer etmək məqsədi güdmək, özünü yaxşı insan kimi tanıtdırmaq riyakarlıqdır. Odur ki, Allaha yaxın olmaq niyyətilə görülən yaxşılıq nəinki riyakarlıq deyil, əksinə bəyənilən və gərəkli işdir. Həm də ülgü və nümunə olmağa, cəmiyyətin islahına xidmət edir. Ancaq hədəf Allahdan başqası olarsa, özünü xalqa nümayiş etdirmək məqsədi güdərsə riyakarlıqdır. Həm günahdır, həm əməl puçdur, həm də hesab kitabı var.