
Corc
Vaşinqton universitetinin amerikalı müəllifləri Kristin Milord və Ronald Vayser
yeni bir araşdırma üzərində çalışıblar. Bu araşdırma internet forumda
paylaşılmış 2442 paylaşımın analizindən ibarətdir. Həmin bu paylaşımlarda müştərilərin
intim xidmətçi seçimi və onlarla olan təcrübələrindən söz açılır.
Paylaşımların
üçdə birində intim xidmət nümayəndələri və onların müştəriləri aralarında olan
emosional əlaqədən söhbət açılır. Bu paylaşımlarda bir çoxu, münasibətlərin
fiziki əlaqələr çərçivəsindən çıxartmaq arzusunda olduqlarını ifadə etmişlər.
Onlar bu fiziki münasibətləri sevgi və hissi münasibətlərə çevirmək istəyirdilər.
Araşdırma
və təhqiqatlar göstərib ki, fahişələrin daimi müştəriləri onlara qarşı dərin
bağlılıq bəsləməyə başlayırdılar. Daha sonra bu bağlılıq böyüyür və həqiqi
sevgiyə çevrilirdi.
Başqa
bir sorğuda “sevgi ilahələri”nə baş çəkən kişilərin 32%i normal münasibət üçün
vaxt tapa bilmədikləri üçün belə bir intim münasibəti satın aldıqlarını
bildirmişlər. Kişilərin 28%-i ciddi münasibətlərin doğurduğu məsuliyyət hissindən
qaçdığını, 18%i isə normal qadınla münasibət qurmaqdansa fahişəylə münasibət
qurmağı üstün tutduqlarını dilə gətiriblər.
Bir
çox kişiləri pullu intim xidmətinə təhrik edən motivasiyanın səbəbi onların sadə
münasibət və rollarını oynamağı yoxlamaq üçün partnyor tapa bilməməlidir. Lakin
bir çox kişilər əvvəlki münasibətlərində olan emosional əlaqənin
çatışmazlıqları haqqında da danışmışlar. Eyni zamanda intim xidmət nümayəndələri
müştərilərini “çox nəzakətli” və “başqa kişilərə nisbətən daha diqqətli
olduqları” kimi xarakterizə etmişlər.
Araşdırmada
iştirak edən kişilərin üçdə biri isə qeyd edib ki, onlar fiziki təmasdan daha
da böyük bir şey axtarıblar.
Hazırladı:
Fərid Abdullah
Комментариев нет:
Отправить комментарий