Bilirəm ki, sizin də belə "yaxın dostlarınız" vardır :)
Dostlar yeməyin axırını sənin üçün saxlayarlar.
Ən yaxşı dostlar isə yeməyin axırı nədir, hətta tavanın dibini də çörəklə siyirib, səni ələ sala-sala gülərlər.
***
Dostlar evə gəlməmişdən öncə sənə zəng edib xəbərdarlıq edərlər.
Ən yaxşı dostlar isə xəbərdarlıq etmədən gələrlər, bir də ayılarsan ki, evin içindədirlər.
***
Dostlar onlara nəsə lazım olsa, götürmək üçün əvvəlcə səndən icazə alarlar.
***
Dostlar dara düşdükdə səni xilas etməyə tələsərlər.
Ən yaxşı dostlar isə şaqqanaq çəkərək: "Hə, necəydi, zor idi hə? Sən öl, sənə hələ bu da azdır. Ha ha" - deyərlər.
***
Dostlara bir şey versən, əmanətdarlıq göstərərlər və bir neçə gündən sonra əmanəti sağlam şəkildə qaytararlar.
Ən yaxşı dostlar isə səndən aldıqlarını itirərlər, onlardan soruşduqda boyunlarına almazlar ki, sən onlara nəsə vermisən.
Sözsüz ki, bu bir zarafatdır.
Hazırladı: Fərid Abdullah
Комментариев нет:
Отправить комментарий