1-ci kurs
O, partanın kənarında duraraq, kədərli bir sima almışdı. Yaxınlaşdım, nə baş verdiyini soruşdum. Sən demə, cəbr dərsindən müəllim izah etdiyi dərsi başa düşməmişdi. Sözsüz ki, buna biganə qala bilməzdim. Mən ona yardım əlimi uzatdım. O, təbəssüm etdi, mənə dedi ki, mən onun dünyadakı ən yaxşı dostuyam. Amma mən onu sevdiyimi deyə bilmədim. Qorxdum...
2-ci kurs
O, mənə zəng etdi. Xahiş etdi ki, "Sevinc" kafesinə gəlim. Hönkür-hönkür ağlayırdı, ailə qurmaq istədiyi oğlan onu başından etmişdi. Biz kafedə oturaraq maraqlı bir film izlədik. Axşamüstü, artıq gec olduğunu deyərək ayağa qalxdı. Üzümə baxıb, təbəssüm etdi. Mənə dedi ki, dünyada məndən yaxşı insan və dost yoxdur. Mən isə onu sevirəm, amma bilmirəm, bunu ona söyləməyə nə üçün qorxuram?
3-cü kurs
Mənə tərəf gəldi, gülümsündü, bir şey xahiş etmək istədiyini bildirdi. Mən də razılaşdım. Tədbir vardı, xeyriyyə işləri ilə əlaqdar. Gecikmişdi, tək başına getmək istəmirdi, yolu da tanımırdı. Məndən ona bələdçilik etməyimi rica etdi. Razılaşdım. Ona yolu göstərdim və mənzil başına çatdırdım. Gülümsədi, təşəkkürünü bildirdi... Mənə dedi ki, dünyada tanıdığı ən yaxşı insan və dostam. Amma mən onu sevirəm yenə də bunu etiraf etməkdə acizəm, qorxuram!
5 avqust
Yanıma cəld addımlarla yaxınlaşdı. Gülümsədi və söylədi ki, mən dünyada ən yaxşı insan və dostam. Daha sonra geri qayıtdı və yanındakı oğlanın qoluna girdi. Bu gün ağ gəlinlik libası geyinmişdi. Üzündən təbəssüm əskik olmurdu. Hamı onu təbrik edir, sevinir, şadyanalıq edirdi. Ümidvaram ki, onu sevəcəkdir. Axı mənimçün əsas olan onun xoşbəxt olmasıdır. Təki ona yaxşı olsun, axı mən onu sevirəm. Amma bunu ona etiraf edə bilmədim, qorxdum... onu itirməkdən qorxdum.
Uzun illər keçdikdən sonra...
Qəbiristanlıqdayam. Bu gün onun ildönümüdür. Artıq neçə illər keçib. Mən hələ də onu sevirəm, bu neçə illər ərzində, hələ də onu unuda bilməmişəm. Bu gün məzarlıqda onun bacısını gördüm. Mənə mərhumun gündəliyini verdi. Gündəlikdə neçə illər əvvəl yazdığı cümlələr məni məhv etdi. Özümü dünyada ən alçaq biri kimi hiss edirəm:
"O, dünyada tanıdığım ən yaxşı dost və insandır. Ondan başqa heç kəs məni bu dünyada başa düşmədi! Nə qədər mənə yardım əlini uzadıb, bir Allah bilir. Bu həyatda sevgi sarıdan da yarımamışam. Dəfələrlə oğlanlar məni aldatmışdılar. Onların saxta sevgi və səmimiyyətlərinə inanmışdım. Hər dəfə məyus olduqda mənə dəstək çıxan yeganə şəxs o idi! Ah... onu o qədər sevirəm ki... Amma bunu ona deyə bilmərəm. Çünki onu itirməkdən qorxuram. Çox qorxuram..."
Bəzən xoşbəxtlik üçün cəmi 3 sözdən ibarət cümlənin işlətmək lazımdır.
Sevdiklərinizin dəyərini bilin.
Hazırladı: Fərid Abdullah.

Комментариев нет:
Отправить комментарий