Dua haqqında düşüncәlәr

1. Dua problemin sözlәr vasitәsilә aydınlaşdırılması vә ifadә edilmәsidir. Biz dua edәrkәn nә istәdiyimizi özümüz üçün dә aydınlaşdırırıq. Dua edәrkәn problem qabardılır, onun hәlli yolları da insan üçün müәyyәnlәşir.
2. Dua etmәk bizim yalnız olmadığımızı göstәrir. Bilirik ki, danışarkәn bizi dinlәyәn var. Bizә danışmağa macal verir. Bu, insanda qәlbi rahatlıq bәxş edir. Bu hәm dә pulsuz ünsiyyәt vasitәsidir. Psixoloq bizdәn bunun әvәzindә pul istәyәcәk, başqa insanların isә bizlә dәrdlәşmәyә vaxtı çatmayacaqdır.
3. Dua insana enerji verir. Mütәmadi dua edәn şәxs mәqsәdi uğrunda cәhdlәrini dә intensivlәşdirir vә sәy göstәrir.
4. Dua etmәk insanın mәnfi yükünü azaldır, onu stresdәn qoruyur. Dәrdini paylaşa, dilә gәtirә bilmәyәn insan yüklәnmiş olur vә nә etdiyini bilmir.

Sәn hәlә dә özünü bәdbәxt sayırsan? (Psixoloji motivasiya)

Belә bir optimist hәyat tәrzi vardır. Bu günlә yaşamaq. Ay dostlar, gәlin siz dә, mәn qarışıq bir vәrәq götürәk. Orada sadalayacağım şeylәri yazaq vә әmәl edәk. Әgәr sizdә müәyyәn bir vaxtdan sonra (әn azı 40 gün) hәr hansı bir dәyişiklik olmasa mәnә nә deyirsiz, deyin. Proqramın adı «Mәhz bu gün»dür.

1. Mәhz bu gün mәn xoşbәxt olacağam. Linkolnun sözü olmasın, insanlar xoşbәxt olmaq üçün nә qәdәr qәrarlıdırlarsa, bir o qәdәr xoşbәxtdirlәr. Xoşbәxtlik bizim içimizdәdir. Onu kәnarda axtarmaq lazım deyil.

2. Bu gün mәn hәr şeyi olduğu kimi qәbul edәcәyәm. Yәni hәr şeyi öz arzu vә istәklәrim әsasında olmasını kәnara qoyacam. Ailәmi, dostlarımı olduqları kimi sevәcәyәm. 

Dostlar ilə "ən yaxşı dostlar"ın fərqi

Bilirəm ki, sizin də belə "yaxın dostlarınız" vardır :) 
Dostlar yeməyin axırını sənin üçün saxlayarlar. 
Ən yaxşı dostlar isə yeməyin axırı nədir, hətta tavanın dibini də çörəklə siyirib, səni ələ sala-sala gülərlər. 
***
Dostlar evə gəlməmişdən öncə sənə zəng edib xəbərdarlıq edərlər. 
Ən yaxşı dostlar isə xəbərdarlıq etmədən gələrlər, bir də ayılarsan ki, evin içindədirlər. 
***
Dostlar onlara nəsə lazım olsa, götürmək üçün əvvəlcə səndən icazə alarlar. 
Ən yaxşı dostlar isə əllərinə nə gəldi götürüb istədikləri kimi istifadə edərlər. 

Nə üçün kişilər fahişələrə meyl edirlər? (Psixoloji araşdırma)

Araşdırmalar nəticəsində məlum olub ki, yüngül əxlaqlı qadınlara meyl edən kişilər həqiqətdə bir gecəlik intim xidmət qarşılığında fərqli bir şey umurlar. Mütəxəssislər qeyd edir ki, istədiklərini səhv yerdə axtarsalar da, onların həqiqi axtarış istəyi sevgi və bağlılıqdır. Məsələnin həqiqi tərəfi budur ki, bu kişilər öz cütlərinin axtarışı üçün pul da xərcləməkdən çəkinmirlər.
Corc Vaşinqton universitetinin amerikalı müəllifləri Kristin Milord və Ronald Vayser yeni bir araşdırma üzərində çalışıblar. Bu araşdırma internet forumda paylaşılmış 2442 paylaşımın analizindən ibarətdir. Həmin bu paylaşımlarda müştərilərin intim xidmətçi seçimi və onlarla olan təcrübələrindən söz açılır.

Bu cümləni işlətməyə qorxuruq! (İbrətamiz)

1-ci kurs
O, partanın kənarında duraraq, kədərli bir sima almışdı. Yaxınlaşdım, nə baş verdiyini soruşdum. Sən demə, cəbr dərsindən müəllim izah etdiyi dərsi başa düşməmişdi. Sözsüz ki, buna biganə qala bilməzdim. Mən ona yardım əlimi uzatdım. O, təbəssüm etdi, mənə dedi ki, mən onun dünyadakı ən yaxşı dostuyam. Amma mən onu sevdiyimi deyə bilmədim. Qorxdum...

2-ci kurs
O, mənə zəng etdi. Xahiş etdi ki, "Sevinc" kafesinə gəlim. Hönkür-hönkür ağlayırdı, ailə qurmaq istədiyi oğlan onu başından etmişdi. Biz kafedə oturaraq maraqlı bir film izlədik. Axşamüstü, artıq gec olduğunu deyərək ayağa qalxdı. Üzümə baxıb, təbəssüm etdi. Mənə dedi ki, dünyada məndən yaxşı insan və dost yoxdur. Mən isə onu sevirəm, amma bilmirəm, bunu ona söyləməyə nə üçün qorxuram?

Bəlkə, səhv olan elə sizsiz?! (İbrət götürəcəyimiz hadisə)

Bir qız hava limanında uçacağı reysi gözləyirdi. Müəyyən texniki problemlərə görə reys bir neçə saatlıq təxirə düşdü. Çarəsiz qalan qız bu bir neçə saatdan səmərəli istifadə etmək fikrinə düşdü. Dükanları gəzərək özünə bir kitab və bir qutu peçenye aldı. Gözləmə salonuna geri döndü, kresloda əyləşib yerini rahatladı. Qızın yanındakı boş oturacaqda bir qutu peçenye, həmin oturacağın yanındakı oturacaqda isə bir kişi oturmuşdu. Kişi əlindəki jurnala diqqətlə baxaraq, maraqla səhifələrini vərəqləyirdi. Qız qutudan bir peçenye götürdü, kişi də əlini uzadıb bir peçenye götürdü. Bu qızı çox əsəbləşdirdi, amma səsini çıxartmadı, əsəbləşsə də mütaliəsinə davam etdi. O, hər dəfə bir peçenye götürəndə, ondan dərhal sonra kişi də bir peçenye götürürdü. Qız özündən çıxmışdı, ürəyində kişini lənətləyirdi, amma hava limanında mübahisə salmaq istəmirdi.