Sual: "Xahiş edirəm
məni mühakimə etməyin, sadəcə kömək edin. Yarım il bundan əvvəl internetdə bir
oğlanla tanış olmuşdum, daha sonra onunla görüşmüşəm də. Hamıda olduğu kimi,
biz də bir-birimizi sevdik. Hal-hazırda da münasibətimiz vardır. Məni alacağını
deyir, mən də ona inanıram, mənə olan münasibətinin ciddi olduğunu bilirəm.
Bilirəm ki, bizim danışmağımız dini cəhətdəna qadağan edilmişdir, Lakin bacara
bilmirəm, onunla danışmaya bilmirəm. Bu mənim zəifliyimdir. Bu barədə çoxlu
kitablar oxumuş, nəsihətlər eşitmişəm. Amma hisslərimi cilovlaya bilmirəm. Nə
edəcəyimi bilmirəm. Xahiş edirəm, mənə kömək edin. İstəyirəm ki, Allah mənə
qəzəblə deyil, mərhəməti ilə baxsın."
Aralarında nikah və
ya yaxın (məhrəm) qohumluq əlaqəsi olmayan oğlan və qızın təklikdə qalmaları
dini qanunlara görə qadağandır. Bu məsələyə din çox həssas yanaşmışdır. Kişi və
qadın xəlvətdə qalmamalıdı, çünki onların üçüncü Şeytandır. ("Kənzül-Ümmal
fi sünənil-Əqvalil-Əfal")
Ünsiyyət zamanı
əxlaqsız fikirlər yaranar və bu münasibət sərhədləri aşarsa İnternet və ya
telefon vasitəsilə belə, ünsiyyət saxlamağa icazə verilmir. Qurani-kərimdə
"zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir
yoldur!" - deyə buyrulur. ("İsra", 32) Maraqlı budur ki, ayədə
"zina etməyin" yox, "zinaya yaxın düşməyin" - deyə müraciət
olunur.
İslam qanunlarına
riayət edən və gözəl əxlaqa malik olan bir gəncin təklifinə müsbət cavab vermək
tövsiyə edilmişdir.
Belə bir problemin
yeganə və düzgün həll yolu gərəkən şərtlər daxilində nikah bağlamaqdır. Əgər
oğlan həqiqətən sevirsə, onun məqsədi oyun oynamaq və əylənmək deyilsə,
valideyinlərdən istəmək üçün elçi göndərməli və bu istiqamətdə cəhd
göstərməlidir.
Əgər oğlan
evlənməkdən imtina edərək, "hələ tezdir", "mənim evim və yüksək
maaşım yoxdur" və s. kimi bəhanə gətirirsə, çox güman ki, məqsədi ciddi
deyil. Belə olduqda, onunla bağlı - onu xatırladacaq hər şeydən (SMS, şəkil,
hədiyyələr və s.) qurtulmaq lazımdır.
İslam dini uzun-uzadı
sevgili münasibətlərini, "bir-birimizi tanımaq üçün hələ bizə zaman
lazımdır" tipli bəhanələri qadağan edir, əvəzində ciddi fikir yarandığı
təqdirdə şərt və xarakter xüsusiyyətləri açıqlamaqlar münasibəti
rəsmiləşdirməyi zəruri hesab edir.
Bu problem bir
çoxları üçün psixoloji faktordan da aktualdır. Belə bir münasobət yad olan bir
insana öyrəşmə ilə başlayır. Bundan sonra xəyal qurmaq mərhələsi gəlir. Bundan
sonra hər şey çəhrayı rəngdə görsənir və elə gəlir ki, sən artıq
sevirsən.
Şəxsi marağınızı
sevgi deyə qəbul etmək də mümkündür. Belə ciddi çıxarışlar əsasında tələskənlik
etmək olmaz. Bu, şəxsi illyuziyalar da ola bilər. Onunla görüşməyin
mümkünsüzlüyü və bunun qüvvədən artıq olması dərin hisslər deyil, daha çox
ehtiras cizgiləri ilə uyğun gəlir.
Ehtiras elə
təhlükəlidir ki, mövcudiyyət üzərində insanın şüurunu nəzarətdən çıxartır.
Fikirləriniz bir predmet üzərində cəmləşdikdə, özünü kənardan müşahidə edə
bilmək bacarığı ölür. "Mən bacarmaram!" deməkdənsə, özünü idarə
etməyi bacarmaq lazımdır. Birinci addımı oğlan atmalı, ünsiyyətə məhdudiyyət
qoymalı, belə bir münasibətin qadağan olduğunu anlamalıdır.
Mövcud vəziyyətdən
daha yaxşı çıxış yolu elçi düşmək və həyat yoldaşı etməkdir.
Hazırladı: Fərid
Abdullah
Комментариев нет:
Отправить комментарий