
Təbiətdə gördüyümüz hər
şeyin
Bizlər üçün önəmli
hikməti var.
Quşlar gözəl avazla
oxuyanda
Qulaq asaq, bu səsin
söhbəti var.
***
Sevgi dolu mənzərəyə aç
qucaq,
Ağacları qırıb, qalama
ocaq,
Bir ad üçün vurma qəlbinə
bıçaq
Gördüyün bu işin pis töhməti var.
***
Bu təbiət qurulmuşdur nizamla,
Zülmünə göy ağlayır damla-damla,
Gəz a Rəşid yer
üzündə aramla,
PAY VERƏN VAR
Hər bir kərəm yaxşılıqla ödənməz,
Yaxşılığa yaman da
pay verən var.
Məyus olub, gəl
tərk etmə savabı,
Heç olmasa güman
da pay verən var.
***
Yaxşı insan
qarşılığlı iş görməz,
Yadı arxa bilib,
evini hörməz,
Sahibinə sadiq
it heç vaxt hürməz,
Sədaqətsiz olsan
da pay verən var.
***
Bir kəs sənə əl
tutub versə çörək,
Yaxşılığın
itirməyəsən gərək.
Comərddirsə gəlin,
sayğı göstərək,
Əsarətə aman da
pay verən var.
***
Bir çox insan
duz-çörək itirərmiş...
Gəl, nankora ikram
eyləmə bəxşiş.
Yaxşıya yardım et,
olsa da keşiş,
Bu əmələ iman da
pay verən var.
***
Rəşid tapıb çox
dəyərli xəzinə,
Çıxartmaz əlinnən,
vurmaz dizinə,
Ləpirin qoy sən də
onun izinə,
Hər qətrəyə ümman
da pay verən var.
Fərid
Abdullah Rəşid
10.08.2012
Комментариев нет:
Отправить комментарий