Təyyarədə uçmaqdan qorxmaq normal haldırmı?


Son zamanlarda təyyarələrin qəzaya uğraması haqqında çox eşitmişik. Təyyarəyə minmək özünü qəsdən ölüm təhlükəsi ilə üzbəüz qoymaq sayılırmı? Həlak olan şəxs özünə qəsd etmiş hesab edilirmi? Ümumiyyətlə təyyarəyə minməkdən qorxmaq normal haldırmı? Bu qorxu ilə mübarizə aparmaq lazımdırmı?
İntihar etmək şüurlu şəkildə özünü həyatdan məhrum etməkdir və ya gec-tez ölümlə nəticələnəcək bir işi görmək də eyni qəbildəndir. Təyyarə nəqliyyatından yararlanmağı özünəqəsd adlandırmaq olmaz. İndiki zamanda müasir təyyarələr elə təchiz edilmişdir ki, təyyarə qəzası avtomobilə nisbətən daha az riskli bir şeydir. İnsanın təyyarənin qəza vəziyyətində olduğunu əvvəlcədən qəti şəkildə bilməsi və ya buna dair yüksək ehtimalın olması ciddi təhlükə hesab edilə bilər. Sadəcə şübhə və yersiz qorxu müxtəlif fobiyalar yaradır. əgər diqqət etsək görərik ki, bu cür qorxular insanlar arasında az rast gəlinən hallardandır.

Qəzaların KİV-lər vasitəsilə faciəvi, bəzən milli avtofaciə kimi təqdim edilməsi insanlar arasında çaşqınlıq yaradır. Halbuki çağdaş zamanəmizdə bu cür halların baş verməsi adi hal almışdır. Unutmaq lazım deyil ki, hər gün dünya həyatı ilə vidalaşan şəxslərin ölüm səbəbi avtoqəza deyildir.
Sözsüz ki, bir nəfərin həlak olması fəlakətdir. Belə bir hal kimdəsə hava nəqliyyatından istifadə etmək barədə ikrah hissi yarada bilər. Odur ki, belə bir fobiya keçirmək normal hesab edilə bilər. Burada qorxaqlığın necəliyi şərt deyil. Əsas məsələ odur ki, belə bir qorxuinsanın aldığı qərarlara necə təsir göstərir. Əgər qorxu hissinin xüsusiyyəti dağıdıcıdırsa, insanın hərəkətinə mane olursa, problemin həlli üçün mütəxəssisə müraciət etmək gərəkdir. 
Qorxu başqa hisslər kimi idarəedici və siqnalverici funksiyalar daşıyır, İnsanı bir çox məsuliyyətsizlik və ağılsızlıqdan saxlayır. Buna görə də qorxunu lazımsız bir hiss kimi adlandıra bilmərik. Bu hiss sözsüz ki, insana gərəklidir. 
Təyyarədə uçmaqdan qorxmaq kimi yaranmış bir hiss dəhşətli faciə kimi ürəyə salmaq lazım deyil. Ən azından belə bir hissi qayğımıza daha yaxşı qalaq deyə bizlərə verilmiş bir nemət kimi qəbul edərək, pozitiv düşünək.


Hazırladı: Fərid Abdullah



Комментариев нет:

Отправить комментарий