
Bir ailənin
dağılmasına səbəb olan yaşanmış acı bir həyat hekayəsi
Bu hadisə sizlərə
sahibinin dilindən yazılır. Uzun olmasına baxmayaraq diqqətlə oxunması lazım olan
bir ailənin səbəbsiz yerə kədərli bir şəkildə viran olmasından gedən hüzünlü
bir hadisədir. Hadisəni yaşayan qız deyir ki: "Salam olsun sizlərə əziz
bacı və qardaşlarım. Sizlərə həqiqəti, kədərli həyatımı yox edən, gələcəyimi
parçalayan, ailə həyatımı öldürən, həyat yoldaşımla yollarımızı ayıran ekyəmi
danışıram. Mən mühafizəkar bir ailənin əxlaq və tərbiyəsi ilə böyümüş bir
qızam. Heç vaxt düşüncəsiz ya da əyləncə axtaran biri olmamışam. Allahın
qəzəbinə səbəb olacaq bir iş etməməyə çalışmışam. Məni sevən mənimdə onu
sevdiyim bir şəxslə evləndim. Onun ərköyün həyat yoldaşıydım. Hətta ailəm və
qohumlarımdan bir çoxu mənə həyat yoldaşımın mənə çox hörmət etdiyini
deyirdilər.
Mənim həyat
yoldaşımdan bir şey istədiyimi və onu rədd etdiyini xatırlamıram. Nə istəsəm
onu da edirdi. Bir gün ona kompyuter almasını xaiş etdim. İnternetdən
istifadə etmək istədiyimi söylədim. Əvvəlcə bunun yaxşı olmadığını, mənim
üçün uyğun olmadığını söylədi. Hiyləgərliklərlə ona interneti aldırdım və pis
istiqamətdə istifadə etməyəcəyimə dair söz verdim və o da qəbul etdi. (kaş
ki, qəbul etməyəydi.)
Məni internetdə
əyləndirən nə varsa xoşbəxtlik və sevinclə qarşılayırdım. Vəziyyət o yerə
çatdı ki, həyat yoldaşım hər gün işə gedir, məndə internetə girirdim. Hətta o
evdə olduğu vaxtlarda da məndən nə etdiyimi soruşmurdu. Çünki mənə etibar
edirdi. Günlər keçdi, internetdən istifadə edən bir dostum mənə çatdan
danışdı. Dedi ki, çat çox əyləncəlidir, insanlar bu proqramda bir-birləriylə
danışır, vaxtlarını keçirilər. Beləcə məndə çatdan istifadə etmək qərarına
gəldim.
Əvvəlcə yalnız
müvəqqəti söhbətlər edirdim. Daha sonra bir nəfər ilə
tanış oldum. Hər gün onunla görüşür və danışırdıq. Yüksək əxlaqıyla
digərlərindən fərqlənirdi. Əvvəl danışdığım şəxslərdən onun kimi olanını
görməmişdim. Həyat yoldaşımı sevməyimə baxmayaraq, saatlarla çatda oturur və
onunla danışırdım. Həyat yoldaşım gəlir, məni izləyir və kompyüterin
qarşısında keçirdiyim saatlara əsəbləşirdi. Bir nəfəri çatda bəyənmişdim və
onunla yalnız dost olaraq danışırdım. Zaman keçdikcə vəziyyət tərsinə döndü
və dostluq sevgiyə çevrildi. Ona həyat yoldaşımdan daha çox bağlandım. Həyat
yoldaşımın qəzəbindən qaçıb internetdə onunla danışmağa başladım. Bir dəfə
özümü itirdim və həyat yoldaşımla dalaşdım. Həyat yoldaşım internet müqaviləsini
ləğv etdi və kompüteri evdən apardı. Yoldaşıma çox əsəbləşdim. Çünki ilk dəfə
mənə bu şəkildə davranırdı. Acığa düşüb çatda söhbət etdiyim adamla danışmağa
qərar verdim. Mənə onunla danışmağım üçün yalvarmasına baxmayaraq rədd
edirdim. Bir gecə ona zəng etdim. Telefonda onunla danışırdım, o andan
etibarən həyat yoldaşıma olan xəyanətim başladı...
Yoldaşım hər evdən çıxanda ona zəng edib danışırdım. Danışdığım oğlan
boşansam mənimlə evlənəcəyini vəd edirdi və davamlı onunla görüşməyim üçün
yalvarırdı. Onun istəklərini qəbul edib, onunla görüşdüm. Görüşlərimiz bir
qadının həyat yoldaşına xəyanət edəcəyindən, ən böyük günaha düşənə qədər
davam etdi. Aramızda əlaqə oldu. Çatda tanış olduğum adamı sevdim və həyat
yoldaşımdan ayrılmağa qərar verdim. Həyat yoldaşımdan məni boşamasını
istədim. Sual verdi, niyə?
Aramızda problemlər çoxalmışdı və dözə bilmirdim. Həyat yoldaşımı görmək
istəmirdim. Yoldaşım məndən şübhələndi və hadisənin kökünü araşdırdı. Bir
dəfə telefonda danışdığımı gördü. Ona həqiqəti söylədim. Onun mənə qarşı
yaxşı olmasına qarşı onu istəmədiyimi bildirdim. Artıq onunla yaşamaqdan
bezdiyimi söylədim. Həyat yoldaşım bu vəziyyəti ailəmə bildirmədi. Mən səni
sevirəm, amma səninlə daha yaşaya bilmərəm dedi. Allah sənin və bizim
günahlarımızı bağışlasın. Ailənə mənimlə yaşamaq istəmədiyini, bir-birimizə
uyğun olmadığımızı söyləyərsən. Bütün bunlar həyat yoldaşımın əvvəldə mənə
məsləhət görmədiyi internetin vurduğu zərərlər idi.
İnternetdə tanış olduğum gəncin sözləri isti ocağımın dağılmasına səbəb
oldu. Mənə: "Səndən başqa heç kimi sevmirəm. Həyatımda səndən daha şirin
biriylə qarşılaşmamışam. Sən həyatımda gördüyüm ən yaxşı qadınsan."
deyirdi. Amma işin sonunda bu xainin həqiqi sözləri mənə bir ildırım kimi
çarpdı. Dedi ki, "Əgər evlənsəm tanımadığım ya da çatda tanış olduğum
biri ilə evlənmərəm. Xüsusilə də sənin kimi yaşlı və ərinə xəyanət etmiş
birisi ilə. Əgər mən birini istəsəm çatda tanış olduğum və evlənməyi
düşündüyüm biri olsa belə kiçik yaşlı bir qızla tanış olaram, onu istədiyim
kimi istiqamətləndirərəm, sənin kimi evli və ərinə xəyanət etmiş biriylə
deyil!!!."
Sizə and içərəm ki, bu söylədiyim sözlər tamamilə onun dediyi kimidir.
Yalan danışmıram nə bir söz artırdım, nə də bir söz əskiltdim. İndi çaş-baş
qalmışam. İntihar etmək düşüncəsindəyəm. Mənə zülm edən və bu hadisə ilə
həyatımı sarsıdan şəxs və onun kimilərə deyirəm ki, "Bir gün gələcək
sizdə öz nəfslərinizdə təhrikedici şeylərin insanı necə aldatdığını
görəcəksiniz. Bütün duam Allahın mənə zülm edən şəxsin eyni hala (özü və ya ailəsinidə)
düşməsini görməkdir. Allaha əmanət olun."
Qeyd: "Əziz dostlar bu yaşanmış acı bir həyat hekayəsi idi. Əgər günahsız bir qızla və yaxşı niyyət bir tərəfdə, pis bir şəxs və hiyləsi bir tərəfdə olsa, həqiqət qaranlıq və qorxunc olur.
Sonda bütün xanımlara müraciət edirəm. Əziz xanımlar öz həyat
yoldaşınızın qədrini bilin. Ailə böyük anlam daşıyır. Siz əgər bir evə xanım
gəlmisinizsə, deməli o evi abad etməlisiniz. Siz həyat yoldaşınınızın
namususunuz. Və onu qorumaqda canla başla çalışmalısınız. Övladlarınız
tərbiyəsi ilə məşğul olun. Cəmiyyətə gözəl, tərbiyəli, savadlı, gənclər
təqdim edin. Nəfsiniz əmrinə uyub papaq kimi başdan-başa qoyulmayın! Allaha
əmanət olun."
Leyla Tağıyeva
faktxeber.com
|
Butun bunlar internetin vurduğu zərərlər deyil,axmaq ve azgin bir qadinin nefsine uymasidir,internetden yaxwi meqsedler ucun istifade etmek olar,amma orada taniwliq axtarmaq axmaqliqdir......
ОтветитьУдалить