Rövşən Abdullaoğlu - Qorxular


Bir xeyli müddət öncə əzizimiz Rövşən Abdullaoğlu mənə əksər kitablarını imzası ilə birlikdə hədiyyə etmişdi. Mənim üçün çox xoş təsir bağışlamışdı. İnşallah, hər biri haqqında ayrıca fikrimi yazmağa çalışacağam. Lakin kitablarının arasında “Qorxular” adlı kitabı yox idi. Səhv etməsəm, o vaxt nəşri bitmişdi. Qorxular mövzusu mənim üçün maraqlı mövzudur. Təsadüfən, bu yaxınlarda kitab sərgisinə gedərkən “Qədim Qala”nın şöbəsində bu kitabı gördüm və aldım. Rövşən müəllimin tək imzasız kitabı oldu kitabxanamda.

Kitabla tanışlıq üçün qeyd olunur: Qorxu hissi insan təbiətinə xas olan ən ağır psixolofi duyğular cərgəsindədir. Bu kitab qorxularından bezmiş və nəhayət, onların əsarətindən qurtulmaq İstəyən insanlara ünvanlanıb. Qorxulanını yenməyən kəs ömür boyu kölə həyatı yaşamağa məhkumdur. İnsan qorxularından agah olarsa, bu barədə lazımi məlumatlarla silahlanarsa, hisslərini idarə edə və nəticədə qorxularına qalib gələ bilər. Bu kitabın mütaliəsi qorxu zindanında məhkum olan birinin əzablardan qurtulmaq üçün ata biləcəyi ilk mühüm addımdır.

Robin Şarma - Dahiliyə aparan yol


Bu yaxınlarda Robin Şarmanın “Dahiliyə aparan yol” kitabını oxudum.

Kitabın tanıtımı barəsində belə yazılır:

“Həyatın oyununda xırda uduşlardan bezmisiniz? Hliss edirsiniz ki, nəsə daha artığına qadirsiniz? Diqqətəlayiq uğurlara nail olmağa, heyranedici nəticələrə çatmağa və öz daxili potensialınızı reallaşdırmağa hazırsınız?

Onda bu gözəl kitab məhz sizin üçün yazılıb. Həyat eşqi, həvəs və ilham verən, çalışqanlığa sövq edən, yüksək ideyalarla dolu olan bu kitab tezliklə ideal həyat haqqındakı arzularınızı reallaşdırmaqda sizə kömək edəcək. “Dahiliyə aparan yol” kitabı doğrudan da sizin daxili potensialınızı aşkar etmək və ən yaxşı şəxsi keyfiyyətlərinizi oyatmağa qadir olan nadir kitablardandır.

Piter Volt İstənilən arzunu reallaşdırmaq üçün 30 ən yaxşı üsul


Bu kitabda şəxsi hədəflərə nail olmaq üzrə ən məşhur mütəxəssislərin 30 ən yaxşı məşğələsi yığılıb. Məsələn: Xose Silva, Barbara Şer, Dipak Çopra, Robert Kiyosaki, Con Kexo, Cozef Mörfi, Deyl Karnegi və sair kəslərin. Bu üsullar liderlik keyfiyyətlərinin inkişafında, zənginliyin əldə olunmasında, uğurlu karyera qurmaqda, möhkəm sağlamlığın qazanılmasında, hətta ailə qurmaqda belə, kömək edir. Qərar verin, məhz nədə uğur qazanmaq istəyirsiniz, məşğələləri edin və istədiyiniz nəticəni alın.

Kitabdan elə hissələr var ki, onları ayrı şəkildə bir məqalə kimi paylaşacağam. Kitabın üstün cəhəti odur ki, müəllif bir mövzuda fərqli mütəxəssislərin rəylərini qısa-lakonik şəkildə verib. Asanlaşdırıb. Kitabdan bəzi qeyd etdiyim şeyləri paylaşıram:

Anni Layonnet – Möhtəşəm Layf-kouçinq, həyatı dəyişmək üçün 10 ruhlandırıcı addım


Dəyişikliklər həyatın zəruri hissəsidir. Yəqin ki, siz şeylərin cari vəziyyətini saxlamaq üçün çox səy sərf edirsiniz – beləliklə də, həyatınızı hərəkətsiz bir gölə çevirirsiniz. İroniya ondadır ki, bizim varlığımız bizə darıxdırıcı və mənasız görünsə də, biz ondan yapışmağa davam edirik: köhnə dostlar, iş, əvvəlki, boz və sıx həyat çevrəsi. Bəs dəyişikliklərə necə qərar verə bilərəm?

"Möhtəşəm layf-kouçinq" sizə bu problemi həll etməyə kömək edəcək. Anni Layonnet peşəkar layf-kouçdur, çoxillik iş təcrübəsi vardır. O, şəxsi və ya peşəkar inkişaf üçün xüsusi layf-kouçinq kursları keçirən Tədris Mərkəzinə rəhbərlik edir. Layf-kouç - şəxsiyyətin müvəffəqiyyətinə və inkişafına nail olmaq üçün lazım olan informasiya və vasitələri təmin edən texnikadır. Lakin əgər tez-tez belə yardımların arxasınca mütəxəssislərə müraciət ediriksə, onda bu kitab sizə kouçinqin əsaslarını müstəqil şəkildə öyrənməyə və özünüz üçün mentor olmağa kömək edəcək.