Quranda əlaqə növləri

Quranda üç növ rabitə növü var. 1. Peyğəmbərin camaatla olan rabitəsi - Rəhmət. "Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərmişik". ("Ənbiya", 107) 
2. Camaatın Peyğəmbərlə olan rabitəsi - Məvəddət. Qeyd edim ki, bizim dildə məvəddət sözünün tam ekvivalenti yoxdur və onu ifadə etmək çətindir. Düzdür, bəzi tərcüməçilər onu məhəbbət kimi veriblər. Lakin məvəddət məhəbbətdən daha üstündür. Məvəddətdə sevgi bəsləməkdən əlavə həm də bu sevgini əməldə göstərmək, sevgidə sədaqətli, sabitqədəm və itaətkar olmaq nəzərdə tutulur. Quranda deyilir: "De: Mən sizdən ona görə (yəni elçiliyimin qarşılığında) yalnız yaxınlar barədə məvəddət istəyirəm". ("Şura", 23) 

Üzərində düşünməyə ehtiyac duyulan bəzi məsləhətlər

Bunu bir yerə qeyd edin, mütləq gərək duyacaqsınız: 
1. Ətraf mühit istəyir ki, siz kütbeyin qalasınız. Kütbeyin olduğunuz müddətdə kim hansı məhsulu, hansı xidməti istəsə sizə sırıya bilər. 
2. Təhsil sisteminə korkoranə inanmayın. İllər öncə aldığınız təhsillə indiki zamanın təhsil metodları fərqlidir. Özünüzü zamana uyğunlaşdırın. 
3. Fasiləsiz mütaliə edin. Daha çox oxuyun. Oxuduqlarınızdan elə məlumatlar əldə edə bilərsiniz ki, gələcəkdə qəfil bir maneə ilə qarşılaşdıqda gərəyiniz ola bilər və buna hazır olacaqsınız. 
4. Ətrafdakılarla ünsiyyətdə olun. Mənasız insanlardan uzaq durub, ünsiyyətindən fayda əldə edə biləcəyiniz kəslərlə münasibət qurun. 
5. Utancaqlıq - zamanı boşa xərcləməkdir. Emosiyalarınıza imkan verməyin ki, əvəzinizə qərar qəbul etsinlər. 

Narahatçılıqdan qurtulmaq üçün yollar

Dostlar, gəlin bu gün daimi narahatçılıqdan və mütəmadi qorxu içində qalmaqdan çıxmaq üçün bəzi üsullara qısa şəkildə baxaq: 
1 . Boş vaxtlarınızı doldurun. Adam boş-bekar qaldıqda daha çox fikir çəkir. Məsələn, fiziki və ya sevdiyiniz işlərlə məşğul olun. 
2. Bunu birdəfəlik qəbul edin ki, nə qədər ahu-zar etsəniz də, keçmişi dəyişə bilməyəcəksin. 
3. Qaçılmaz şeylərə müqavimət göstərməyə çalışmayın. Yəni dəyişə bilməyəcəyiniz şeyi olduğu kimi qəbul edin. 
4. Xırdaçılığa getməyin. Bəzən xırda və mənasız incəliklər bizi daha çox məşğul edir. 
5. Sizə lazım olmayan və zəruri ehtiyac duymadığınız şeylərə vaxtınızı və enerjinizi sərf etməyin. 
6. Tez-tez eşidib əməl etmədiyimiz məsləhət: Malik olduğunuzun dəyərini bilin. 
Nəticə: Həyatınızın 10%-i real hadisələrdən, 90%-i isə sizin ona münasibətinizdən təşkil olunub. Sizin baxış bucağınız dəyişsə, hadisələr də sizin üçün dəyişəcək.

Bir çox kişilərin gizli qorxuları

Bəzi qorxular var ki, qadınlardan fərqli olaraq, bəlkə də 90% kişilər onu üzə çıxartmağı xoşlamır. Amma içlərində olur və bunu inkar etməyə çalışırlar. Həmin qorxulardan bəziləri aşağıdakılardır. Uzanmasın deyə, əlavə şərh vermirəm.  
1. Bədən qurluşunun münasib olmaması. 
Təkcə qadın öz bədəninə görə narahat deyil, kişidə də bu olur. Ancaq elə də dilinə gətirmir. 
2. Maddi cəhətdən əlinin aşağı olması. 
Bəzən kişi elə düşünür ki, pulu olmasa onun hörməti olmayacaq və qadın onu sevə bilməz.
3. Boy. 
Adətən hündürboylu adamlar özünə daha inamlı olur. Bəzi qadınlar hündürboylu adamlardan xoşlandığını dedikdə, boyu balaca olan kişilər bundan narahat olur. 

Deyl Karnegidən 10 ruhlandırıcı ibarə

1 - Hər bir insan gün ərzində heç olmasa beş dəqiqə özünü dəli kimi aparır. Əsl müdriklik bu zaman limitini artırmamaqdır. 
2 – Bal yığmaq istəyirsənsə, pətəyi dağıtma. 
3 – İndiki durumda üzərinizə yüklədiyiniz keçmişin yükünə əlavə olunan gələcəyin yükü, hətta ən güclü şəxsləri belə yolda büdrəməyə məcbur edir. 
4 – Təbəssümün bir qiyməti yoxdur, ancaq baha dəyərləndirilir. 
5 – Əgər tale sənə limon təqdim edirsə, sən ondan limonad düzəlt. 

GEŞTALT-TERAPİYA HAQQINDA

Bir alman psixoterapevti var. Adı Frederik Perlzdir. O, Geştalt-terapiyanın yaradıcısı və müəllifidir. Burada bir and vardır ki, "Geştaltistin duası" adını almışdır. Gəlin həmin bu "duaya" nəzər salaq: 
*** 
"Mən öz işimi görürəm, sən isə öz işini görürsən. 
Mən bu dünyada ona görə yaşamıram ki, sənin gözləntilərinə uyğun gəlim. 
Sən də bu dnyada ona görə yaşamırsan ki, mənim gözləntilərimə uyğun gələsən. 
Sən - sənsən. 
Mən isə - mənəm. 
Əgər bir-birimizin qarşısına çıxmaq baş tutubsa, bu gözəldir. 
Əks təqdirdə, bir şey etmək mümkün deyil". 

DÜZGÜN QƏRAR QƏBUL ETMƏK ÜÇÜN NƏ EDƏK?

Düzgün (Rasional) qərar qəbul etməyin yolları: 
1 – İki alternativ çıxış yolu arasında seçim etməyin. Özünüzə sual verin ki, görəsən daha yaxşı yollar varmı? Mən bundan başqa nə edə bilərəm? 
2 – Daxili səsinizə, ağlınıza gələn ilk şeyə tam ümid bəsləməyin. Şəraiti gözdən keçirin, mütəxəssislərə müraciət edin. 
3 – Qərar qəbul edərkən emosialardan uzaq olun. Ən sevincli və ən kədərli, habelə ən qəzəbli durumunuzda cəld qərar verməyin. 
4 – Qərar qəbul edərkən, təsəvvür edin ki, bu qərarınız sizi böyük bir problemə salmışdır. Belə düşündükdə siz çatışmayan cəhətləri görəcəksiniz. 
5 – Səhv edəcəyiniz ehtimalını gözardı etməyin. 
6 – Əks tərəfin arqument və tənqidini göz önündə tutun. Əgər buna imkanınız çatmırsa, kənardan durub qərarınızı tənqid etməyə çalışın. Belə durumda siz öz qərarınızın əleyhinə olan arqumentləri görəcəksiniz. 
Yekun olaraq deyək ki, ideal plan qurmaq, uyğun vaxtı gözləmək üçün uzun-uzadı vaxt və güc sərf etməyə ehtiyac yoxdur. Sadəcə hər hansı qərarı qəbul edərkən yuxarıdakı faktorları göz önündə tutun. 
Yaddan çıxarmayın ki, təcrübə bilikdən üstün və əhəmiyyətlidir.

DÜZGÜN QARŞILIQLI MÜNASİBƏT QURMAĞIN SİRLƏRİ

1. Güzgü qanunu: 
Başqalarını mühakimə etməmişdən öncə özünüzə diqqət edin. 
2. Ağrı qanunu: 
İncimiş insan başqalarını incitməyə çalışır. 
3. Yuxarı yol qanunu: 
Biz başqaları ilə onların bizimlə etdiyi rəftardan daha yaxşısını sərgilədikdə daha ali mərhələyə keçmiş oluruq. 
4. Bumeranq qanunu: 
Başqalarına kömək göstərdiyimiz zaman biz elə özümüzə kömək etmiş sayılırıq. 
5. Çəkic qanunu: 
Heç vaxt söhbət etdiyiniz adamın alnındakı ağcaqanadı öldürmək üçün çəkicdən istifadə etməyin. 

NƏ ÜÇÜN İNSANLAR BELƏ TEZ MƏĞLUB OLURLAR?

Nə üçün insanlar belə tez ümidlərini üzərək məğlub olurlar? 
DİQQƏT! 
Bu xüsusiyyətlər içərisində özünüzü görə bilərsiniz: 
- Tez bazar nəticə gözləyir; 
- Daha özünə inanmır; 
- Keçmişdə ilişib qalır; 
- Öz səhvlərinin üzərində pərçimlənirlər; 
- Gələcəkdən qorxurlar; 
- Dəyişikliyə müqavimət göstərir; 
- Tez əllərini yana sallayır; 
- Özünü zəif hesab edir; 
- Düşünür ki, Allahın ona borcu var; 
- Uğur qazanmağa həris olmaq əvəzinə, uğursuzluq qazanacağından hürkür; 
- Bütün istedad və bacarıqlarını göz önündə tutmur; 
- Hiss edir ki, itirəcəyi nəsə var; 

MÜNASİBƏTİ KORLAYAN VƏ MÖHKƏMLƏDƏN İFADƏLƏR

Baxın, əzizlərim, görün bunlardan hansını söyləməyə dilimiz öyrəşib? Bəzi insanlar var ki, onlar başqa cür demək istəyərdilər, amma deyə bilmirlər. Biz özümüzü möhkəmləndirici ifadələr deməyə öyrəşdirməli və bunu süni deyil, içdən etməyi bacarmalıyıq.
Qeyd: "a" bəndi pozucu, qırıcı ifadələr, "b" bəndi isə möhkəmləndirici ifadələrdir. 
***
a) Mən səninlə danışmaq istəmirəm!
b) Gəl daha sonra bu barədə danışaq.
***
a) Səninlə adam balası kimi xoş yaşamaq alınmır.
b) Sən mənimlə bu cür rəftar etdikdə canım ağrıyır.
***
a) Sən həmişə itirirsən. Bilmirəm fikrin hardadır.
b) Gəl görək bu vəziyyətdən necə çıxa bilərik.
***

ALLAH ZÜLMƏ, HAQSIZLIĞA GÖZ YUMURMU?

Bir neçə nöqtəyə diqqət etmək lazımdır:
1 – Allah-taala mütləq haqdır. Tamamlilə haqq və ədalətlə rəftar edir, bütün məzlumların haqqını zalımlardan alır. Necə ki, buyurmuşdur: “Rəbbin heç kəsə haqsızlıq etməz!” (Kəhf, 49) Həmçinin buyurur: “Biz heç müsəlmanları günahkarlara tay tutarıqmı? Sizə nə olub, necə hökm verirsiniz?” (Qələm, 35-36) “Həcc” surəsinin 62-ci ayəsində belə buyurulur: “Bu belədir. Çünki Allah Haqdır. (Kafirlərin) Ondan başqa yalvardıqları isə batildir”.
2 – Burada bir problem vardır. O da “Allah mütləq haqdırsa,ədalətlə rəftar edirsə, onda nə üçün dünyada bu qədər zülm var? Nə üçün Allah zalımların zülmlərininq qarşısını almır?” – deməkdir. Bunun cavabı aydındır:  Bəşərin yaşayışının əsası azad seçim üzərindədir. Bu da hamılıqla sınağa çəkilməkdən ötrüdür. Daha məcburiyyət və xoşagəlməzliklə vadar etməkdən söz gedə bilməz. Əgər belə olmasaydı təkamül baş verə bilməzdi.

QURANDAKI BİLGİLƏR MƏHDUDDURMU?

Quranda əsasən, ərəblərdən başqa digər qövmlərə işarə edilməmişdir. Məsələn, çinlilər, hindlilər, yaxdud amerika hinduları kimi kəşf olunmamış qövmlərdən söz açılmamışdır.
Quranda zikr olunan heyvanlar o heyvanlardır ki, bu yarımada rast gəlinənlərdir. Məsələn, çəyirtkə, dəvə və s. Heç yerdə, məsələn, bəbir, pələng, ağ ayı kimi heyvanlardan danışılmayıb.
Meyvələr də bu cürdür, zeytun, xurma, nar, əncir kimi meyvələrdən danışılmış, digər meyvələrin adları çəkilməmişdir.
Təbiət hadisələrindən də həmçinin ildırım, şimşək, tufan kimi hadisələrdən söz açılmış, qar, şaxta kimi şeylərə toxunulmamışdır.
Bu cür irada belə cavab vermək mümkündür
İlk öncə qeyd etməliyik ki, İslam dini ümumdünya və cahanşümul bir dindir. Onun xitabı Qiyamət gününə qədər bütün insanlaradır.

NƏ ÜÇÜN ALLAH ÖZÜNƏ "O" DEYİR?

Əgər Quran Allah tərəfindəndirsə, bəs nə üçün ifadələr üçüncü şəxs əvəzliyi ilə işlədilmişdir? Məsələn, O, Ğəfurdur, Rəhimdir.
Nümunə təfsirində belə oxuyuruq: Allah üçün üçüncü şəxsin təki olan əvəzlikdən istifadə etmək əslində Onun müqəddəs zatının son dərəcə məxfi olduğuna, insanların məhdud fikirlərinin ona yetişə bilməyəcəyinə rəmz və işarədir. Hərçənd Allahın nişanə və əlamətləri aləmi elə şəkildə doldurmuşdur ki, hər şeydən daha aşkar, daha üzdədir. Necə ki, buyurur:
“Onun haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik”. (“Fussilət”, 53) (Nümunə təfsiri, c.27, s.432)

İmam Baqir buyurmuşdur: “Huvə” (o işarə əvəzliyi) ğaib zəmiridir (yəni üçüncü şəxsin təkini, həmçinin həmin şəxsin göz önündə olmadığını ifadə edir). Həmçinin Allahın gözlərdən qeybdə, hiss üzvlərinin toxunmasından uzaq olmasına işarədir”. (Biharül-ənvar, c.3, s.221)

VƏSVƏSƏ VƏ ŞEYTANİ FİKİRLƏRDƏN NECƏ QURTULAQ?

Vəsvəsə və şeytani fikirlərə necə qalib gələk? 
----- 
Əslində vəsvəsə stresdən və narahatçılıqdan qaynaqlanan bir şeydir. İnanclı insanlarda bu xüsusiyyət bir başqa formada da ola bilər. Yəni Allah razılığı, dinin zəruri göstərişini yerinə yetirmək, əks təqdirdə əməlinin bərbad olacağından qorxu səbəbilə bu xüsusiyyət üzdə olur. Bu məsələyə iki hissədə baxaq 
1. İztirab və stress Qeyd etdik ki, vəsvəsəlik stresdən doğur. Yəni nə qədər stress çox olsa vəsvəsəlik də çox olacaqdır. Odur ki, ilk öncə stresi aşağı salmağa çalışmalıyıq: 

RİYAKARLIQ NƏDİR?

Camaatın gözü qarşısında edilən yaxşı əməl riyakarlıq hesab olunurmu?
-------
İlk öncə qeyd erməliyik ki, göz önündə olan hər bir yaxşı iş riya deyil. Əksinə bir kəs özünü nümayiş etmək niyyətilə yaxşı iş görsə riyakarlıqdır.
Məşhur əxlaq ustadlarından biri qeyd edib ki, yaxşı iş, bəyənilən xüsusiyyət və bu qəbil şeylərdən nəyisə xalqa göstərmək, bununla da xalqın qəlbində özünə yer etmək məqsədi güdmək, özünü yaxşı insan kimi tanıtdırmaq riyakarlıqdır. Odur ki, Allaha yaxın olmaq niyyətilə görülən yaxşılıq nəinki riyakarlıq deyil, əksinə bəyənilən və gərəkli işdir. Həm də ülgü və nümunə olmağa, cəmiyyətin islahına xidmət edir. Ancaq hədəf Allahdan başqası olarsa, özünü xalqa nümayiş etdirmək məqsədi güdərsə riyakarlıqdır. Həm günahdır, həm əməl puçdur, həm də hesab kitabı var.

SABAH BUNLARA GÖRƏ PEŞMAN OLACAQSIZ?


Ola bilər ki, bir neçə ildən sonra bu aşağıdakı şeyləri etmədiyimizə görə peşman olaq
Odur ki, 10 ildən sonra "kaş ki" deməməyimiz üçün bunları diqqətlə oxuyaq.
1- İnsan daim ətraf mühitdən öz həqiqi kimliyini gizlədir. Ətraf mühit onu yaxşı qəbul etsin, yaxud fərqli görsənsin deyə özünə aid olmayan maskalar taxır üzərinə. Yəni özü kimi olmur. İllər keçdikdən sonra həmin bu maskanı üzündən çıxardıqda öz həqiqi kimliyini tapa bilmir. Çaşıb qalır və peşman olur.
2 - İnsanlar, adətən başqalarının arzularını öz arzuları kimi qəbul edirlər. Kimsə "ayfon" istəyirsə, bu da istəyir. Kimsə Qəbələyə istirahətə gedirsə, bu da gedir. Ata deyir ki, böyüyəndə qəssab olmalısan, o da belə edir. Lakin illər keçir və görür ki, həyatına başqalarının arzularını salıb gerçəkləşdirmişdir və bir gün belə düşünməyib ki, özü nə istəyir.

ÖZÜNƏİNAMSIZLIĞA NECƏ QALİB GƏLƏK?

Utancaqlıq və özünəinamsızlıq hər bir insana aid edilə bilər. Bəzən bu xüsusiyyətlər insana mənfi təsir göstərir. Utancaqlıq üzündən bəzən insan öz şəxsi həyatını nizama sala bilmir. Onu maraqlandıran insanla ünsiyyət qura bilmir. Düzdür, insanın həyasız və arsız olması mənfi xüsusiyyətdir və zəhlə tökür.

Özünəinamsızlıq isə insanın karyera qurmasına mane olur. Bu iki xüsusiyyəti dəf etmək üçün insana bir xeyli vaxt lazım olur. İndi görək insan özünəinamlı olmağı necə bərpa edib yarada bilər:
1 - Birinci yol odur ki, insan "öz qınından" çıxaraq cəmiyyət içərisinə çıxsın. Ona maraqlı insanlarla tanış olmağa çalışsın. Məsələn, evdən çıxırsa qonşulara "salam" versin. Əvvəlcə qəribə görsənə bilər. Lakin sonradan nə qədər insana təkan verəcəyi aşkar olacaqdır.
Məsələn, siz dükana gedib hansısa bir şey haqqında soruşa bilərsiniz, hətta hansısa bir malı götürüb baxa bilərsiniz. Yaxud yoldan keçən bir şəxsdən yolu soruşa bilərsiz. Görəcəksiz ki, siz insanlarla ünsiyyət qura bilirsiz.

KİM OLMAQ İSTƏYİRSƏN?

Zəng çalındıqdan sonra müəllim kitabı bağladı və yıryığış etməyə başladı. Lakin bir tələbənin qəfil sual verməsi tələbələri yerində oturmağa vadar etdi. Tələbə ayağa durub dedi: "Müəllim, bu sual beynimi didib dağıdır. Baxın, az qalıb ki, diplom alaq. Özü də pis də oxumamışam. Amma bundan sonra nə işlə məşğul olacağımı bilmirəm. Sözün düzü, valideynlərimin məcbur etməsi səbəbilə bu universitetdə oxuyuram". Tələbələr bu tələbəyə baxır, başları ilə dediklərini təsdiq edirdilər. "Bəli, elə biz də bu gündəyik". "Həri, qardaş, bu xarabaxanada iş tapmaq olar?" "Əsas daydayın olsun" - deyə yerdən səslər gəldi.
Müəllim əlindəkiləri qoyub irəli keçdi. Tələbəyə üzünü tutub dedi: "Yalçın, əgər maaş, pul-para olmasaydı nə işlə məşğul olardın? Həyatdan necə həzz alardın?"
Yalçın dedi: "Müəllim, gülünc gələ bilər. Ancaq ədəbiyyat sahəsinə marağım çoxdur. Şair olmaq istəyərdim".
Müəllim dedi: "Lap gözəl. Uşaqlar, bəs siz?"

UĞURSUZLUĞUN 6 MƏRHƏLƏSİ

1. Əvvəlcə insan deyir: "Məndə hər şey alınacaq". Bu işə ümidi də var. Lakin arzulağı şeyi reallaşdırmağın vaxtını təyin etmir. Düşünür ki, nə zamansa öz-özünə baş verəcəkdir.
2. Sonra deyir: "Tezliklə başlamaq lazımdır". Artıq həyəcanlanır. Ancaq indi başlamaq istəmir. Düşünür ki, vaxtın nə anlamı var, onsuz da vaxt çoxdur.
3. Sonra düşünür: "Gərək bir az tez başlayaydım". Vicdanı onu yeyib-batırır. İşinə aid olmayan xırda şeylərlə məşğul olur. Öz-özünə deyir ki, "Nə gözəl. Halal olsun mənə. Əsas yolda olan maneələri aradan qaldırıram ki, daha sonra fikrimi yayındırmasın".
4. Sonra düşünür: "Bütün günü işləyirəm. Heç özümə vaxt ayıra bilmirəm". Özünə yazığı gəlməyə başlayır. Əylənir və öz aləmində xoş bilgilər əldə etməyə çalışır. Düşünür ki, "hələ vaxta var".

АLLАH GӘLӘCӘKDӘ ОLАCAQ HАDİSӘLӘRİ NЕCӘ BİLİR?

Kеçmiş, bu gün, gәlәcәk kimi mәfhumlаr mәhdud düşüncәli vә mәhdud vаrlıqlı insаnа аiddir. İnsаnın vücudu zаmаn vә mәkаn bахımındаn mәhduddur. Әgәr insаn vаrdırsа, bu vаrlığın kоnkrеt zаmаnı vә mәkаnı vаrdır. İnsаnın mәkаncа mәhdud оlmаsı оnun üçün “yахın, uzаq”, zаmаncа mәhdud оlmаsı isә “kеçmiş, bu gün, gәlәcәk” kimi mәfhumlаr yаrаdır. Әgәr vücudumuz bütün vаrlıq аlәmini tutmuş оlsаydı, bizim üçün “yахın, uzаq” mәfhumlаrının әhәmiyyәti оlаrdımı?!
İnsаnın zаmаncа mәhdud оmаsı “kеçmiş, bu gün, gәlәcәk” kimi mәfhumlаr оrtаyа çıхаrır. “İndi” dеdikdә yаşаdığımız аnı nәzәrdә tuturuq. “Kеçmiş” “indidәn” әvvәlki, “gәlәcәk” isә “indidәn” sоnrаkı ömür dönәmimizdir. Dеmәli, hәr üç mәfhum üçün miqyаs insаnın özüdür.
Mәsәlәn, bizim üçün kеçmiş sаyılаn bir dövr, kеçmişdә yаşаmış insаnlаr üçün bu gün sаyılmışdır. Еlәcә dә, kеçmişdәki insаnlаrın gәlәcәk sаydığı dövr bizim üçün bu gündür.
Bәli, zаmаn vә mәkаncа qеyri-mәhdud bir vаrlıq üçün bu mәfhumlаrın mәnаsı yохdur. Оnun üçün kеçmiş dә, bu gün dә, gәlәcәk dә еynidir. О hәr dövrü görür vә hәr аndаn хәbәrdаrdır.

ƏGƏR HƏR BİR ŞEYİ ALLAH YARADIBSA, ONDA ALLAHI KİM YARADIB?

Bir nеçә mühüm mәsәlәyә diqqәt yеtirdikdәn sоnrа uyğun suаlın cаvаbı аydınlаşır: 
Mаtеriаlistlәr uyğun suаlı аllаhpәrәstlәrә ünvаnlаyаrаq yахаlаrını kәnаrа çәkir. Hаnsı ki, аllаhpәrәstlәr dönüb mаtеriаlist оlsаlаr dа, uyğun suаl gündәmdә qаlır vә оnа cаvаb vеrmәk lаzım gәlir. Mаtеriаlistlәr dә sәbәblәr qаnununu qәbul еdirlәr. Оnlаr dа inаnırlаr ki, tәbiәtdә mövcud оlаn şеylәrin sәbәblәri vаrdır. Dеmәk, uyğun suаl mаtеriаlistlәrә dә ünvаnlаnа bilәr. Sоruşа bilәrik ki, hәr şеy mаddәdәn yаrаnmışdırsа, bәs mаddә nәdәn yаrаnmışdır? 
Sәbәblәr zәncirinin nәhаyәtsiz оlmаdığını nәzәrә аlmаqlа istәr idеаlist, istәrsә dә mаtеriаlist filоsоflаrın hәr biri әbәdi vә әzәli bir vücudun vаrlığınа inаnmışlаr. Sаdәcә, mаtеriаlistlәr iddiа еdirlәr ki, hәmin әzәli vücud mаddәdir, аllаhpәrәstlәr isә hәmin vаrlığın Аllаh оlduğunu bildirirlәr. Əzәli vаrlığın sәbәbi, yаrаdıcısı yохdur! Çünki әzәli vаrlıq hәmişә оlmuşdur vә hәmişә оlаn vаrlığın sәbәbә еhtiyаcı yохdur. Yаlnız sоnrаdаn yаrаnmış vаrlıqlаr sәbәbә еhtiyаclıdır. Bu nöqtәlәrә diqqәtlә yаnаşın. Dеmәli, әzәli vә әbәdi bir mövcudun vаrlığı hаmı tәrәfindәn qәbul оlunmuş vә әqli dәlillәrlә әsаslаndırılmış bir hәqiqәtdir. Sәbәblәr zәncirinin sоnsuzluğunun qеyri-mümkünlüyü filоsоflаrı әzәli bir vаrlığа, еtiqаdа vаdаr еtmişdir. 

ALLAHA "ENERJİ" DEYƏ BİLƏRİKMİ?

Аllаh-taаlаnı “еnеrji” аdlаndırmаq hеç cür düzgün sаyılа bilmәz. Bеlә bir yаnаşmа nәticәsindә “Аllаh”lа “tәbiәt” mәfhumlаrı sәhv sаlınа bilәr. Аllаh bütün cәhәtlәr baxımından sоnsuz bir vücuddur. О hәr yеrdә vаr vә tәbii mövcudlаrın sifәtlәrinә mаlik dеyil. İslаm аlimlәri әqidә vә din kitаblаrındа dәfәlәrlә qeyd etmişlər ki, Аllаhı hәr növ mаddi хüsusiyyәtlәrdәn uzаq bilmәk üçün “cisim” vә “mаddә” qохusu gәlәn kәlmәlәrdәn çәkinmәk lаzımdır. Buna görə də, Аllаhla əlaqədar “еnеrji” kәlmәsinin işlәdilmәsi yаnlışdır. Оnа görә dә dеmәliyik ki, Аllаh еnеrji dеyil, mаddә vә еnеrjidәn üstündür, həmçinin, оnlаrın yаrаdıcısıdır.

CƏBR VƏ İXTİYAR BARƏDƏ FƏXR RAZİ VƏ NƏSİRƏDDİN TUSİ ARASINDA FİKİR AYRILIĞI

“Cəbr (məcburiyyət)” və “ixtiyar (seçim edə bilmək)” [mövzusunda] Fəxr Razi və Xacə [Nəsirəddin Tusi arasında] fikir ayrılığı - 
Fəxr Razi cəbr [əqidəsinə] inanır. Özünün “Muhəssəl” [əsərində] bu əqidəsininin [doğruluğunu] ibsat etmək üçün bir neçə dəlil söyləmişdir. Ondan fərqli düşünən Xacə isə Fəxr Razinin cəbrin isbatında söylədiyi dəlilləri rədd edir. İndi isə növbə ilə onların fikirlərini qeyd edib, sonra təhlil edəcəyik. 
Fəxr Razı “Muhəssəl” və “Məalime usuliddin” [əsərlərində] özünün “insanın hərəkəti (gördüyü iş) qeyri ixtiyarı [baş verir] və iradənin hərəkətə hər hansı bir təsiri yoxdur” əqidəsi haqqında belə deyir:
Əgər bir insan bir işi icra edərkən onu tərk etmək qüdrətinə sahib deyilsə deməli ixtiyar sahibi deyil və məcburdur. Bu fərziyyə isə “ixtiyar” tərəfdarı olan Mötəzilə [firqəsinin] əqidəsinin puç olmasını ortaya qoyur. Əgər insan işi tərk etmək seçiminə [sahib] olarsa və onun işindən üstün tutulan [digər] bir iş [mövcud] olmazsa [bu zaman] “üstün tutulan olmadan üstün tutmaq [prinsipinin]” zərurəti yaranacaq ki, [bu da öz- özlüyündə] qeyri mümkündür. Əgər işin üzərinə hər hansı bir üstün tutula bilən [digər bir iş mövcud olarsa] və belə olduqda işin hasil olmaması da mümkün olarsa, üstün tutulanın hərəkətin baş vermə və ya verməmə zamanına olan nisbəti bərabər olacaqdır. Bunun gərəkcəsi üstün tutulan olmadan üstün tutmaq olduğuna görə ehtimala zidd olur və qeyri mümkündür. Əgər hərəkət (iş) üzərində üstün tutulanın mövcud olması ilə hərəkətin hasil olmaması qeyri mümkün və hasil olması vacib olarsa insanın ixtiyar və iradəsinin onun hərəkətinə təsir etmədiyi isbat olunar ki, nəticə də elə budur.

ALLAHIN HƏR ŞEYİ YOXDAN YARATMASI NƏ DEMƏKDİR?

Deyirlər ki, Аllаh-taаlа vаrlıq аlәmini hеçdәn yаrаdıb. Elə isə, “yохluq” “vаrlığın” mәnşәyi оlа bilәrmi?

Bəzən belə sual olunur: Əgәr mаddә sоnrаdаn әmәlә gәlibsә, onda nәdәn әmәlә gәlmişdir? Vаrlıq yoxluqdan yаrаnа bilәrmi?
Öncә qеyd еtmәk lazımdır ki, “Аllаh vаrlıq аlәmini hеçdәn yаrаdıbsözünü düzgün аnlаmаq lazımdır. “Hеçlik“yохluq ifadələri “аğаc”, “dәmir” kimi materiya deyil. Аllаhın dünyаnı hеçdәn yаrаtmаsı ilə, hәr hаnsı bir әşyаnın maddədən yaranması arasında fərq vardır. Vаrlıq аlәmi hеçdәn əmələ gəlmişdirdedikdə, vаrlıq аlәminin tәrkib hissəsinin hеçlikdən təşkil olunduğu nəzərdə tutulmur. Məqsəd odur ki, vаrlıq аlәmi bir zaman оlmаmış, sоnrаdаn yаrаdılmışdır. Yәni vаrlıq аlәminin yаrаnışındа “yохluğun” heç bir rоlu оlmamışdır.

NƏ ÜÇÜN SIXINTI VƏ BƏLAYA DÜÇAR OLURUQ?

Biz bəndələrin düçar olduğu sıxıntılar və bəlalar üç haldan xaric deyil: 
1. Ya Allah dərgahında mükafatın, məqamın və rütbənin artırılması üçündür; 
2. Ya imtahan üçündür ki, özümüzə höccət olsun. Yəni biz bu yolla zəif nöqtələrimizi görür, tövbə edir və üzərimizdə islahat aparırıq. Ya da üzüağ çıxaraq nəticəyə görə şükür edirik; 
3. Ya da mürtəkib olduğumuz günahlara görədir ki, Allah bizi ayıltmaq, özümüzə gəlməyimiz üçün bu üslubdan istifadə edir.