
Maraqlısı odur ki, basketbol topunun içində böyüyən qız dünyaya ikrah gözü ilə baxmadı, əksinə o, həmişə həyata nikbin yanaşırdı və bu abu-havanı bütün ömrü boyu saxlamağa müvəffəq olmuşdur. Valideynləri dəfələrlə qızlarının onların yanına gələrək “narahat olmayın, hər şey yaxşı olacaq” deməsinin və valideynlərini bu kasıbçılıqdan çıxaracağına dair işlətdiyi sözlərlin şahidi olurdular. İndi özünüz düşünün, insanın qəlbi nə qədər parlaq olmalıdır ki, basketbol topunun içində olmaqdan əlavə, özünü deyil, valideynlərini düşünsün?!
Çyan elə bu cür halda məktəbə gedir, dərslərini öyrənir və basketbola gedirdi. Axı özü də nahaq yerə bu topun içində yaşamırdı. Heç şübhəli də deyil ki, o, Çinin paraolimpiya yığmasının məşqçisinin diqqətini çəkə bildi və nəticədə bu məşqçi qızı üzgüçülüyə yönəldir ki, nəhayət Çyan bütün bacarıqlarını göstərərək ona göstərilən etimadları doğruldur. Çyan yığmaya qatılan kimi iştirak etməyə, çoxlu sayda müsahibələr verməyə, müxtəlif televiziya şoularında iştirak etməyə başlayır. İlkin pullar gəlməyə başlayır. Sponsorlar bu qıza xəsislik etmədən yaxşı pullar verirdilər.
Bax belə, həmişə üzü gülən Çyan həmişə deyirdi ki, ola bilər, həmin travma və qəza olmasaydı, öz ailəsilə birlikdə həmin xarabalıqda yaşayacaq və heç vaxt kasıbçılıqdan qurtulmayacaqdı.
Bəs sən həyatından narazısanmı? Özünü bədbəxtmi sayırsan?
Hazırladı: Fərid Abdullah.
Комментариев нет:
Отправить комментарий