
Bu oğlanın adı Dilan Siqeldir. Digəri isə Connidir. Onun ən yaxın dostu. Conni uşaqlıqdan nadir bir xəstəliyə tutulub, bu xəstəlik irsidir və qara ciyəri sıradan çıxarır. Conninin valideynləri, müxtəlif sosial xidmət yerləri olduqca bahalı dərmanların alınmasında çətinlik çəkirdilər. Bundan əlavə üzərində düşünürdülər ki, onlar ucuz bir müalicə üsulunu necə tapa bilərlər? Bunun öhdəsindən gəlmək mümkündürmü?
Böyüklər bunu düşünərkən Dilan bir kitab tərtib edir və illüstrasiyalarını da şəxsən özü hazırlayır. Bu kitabda Dilan özü, nəyi sevdiyini, dostu haqqında yazmışdı. Dilan kitabı bitirdikdən sonra onu Conninin valideynlərinin yanına gətirir və satmalarını rica edir. Niyyəti də bu idi ki, əldə edilən gəlirlə ən yaxın dostunun müalicəsi aparılsın. Məsələ Dilanın valideynləri ilə razılaşdırıldıqdan sonra kitabı satışa çıxarmağı qərara alırlar. Ancaq bir həftə sonra əldə edilən nəticə hamını dəhşətə saldı.
Kitab olduqca sürətlə yayılmağa başladı. Televiziya Dilandan bu haqda danışmağı rica etdi. Uşağın danışığından və kitabın mütaliəsindən sonra kitab ən çox satılan kitablar siyahısına düşdü. Onlar 1.2 milyon dollar yığmağı başardılar. Yığılan pullar Conninin müalicəsi üçün tam şəkildə kifayət edirdi. Üstəlik yerdə qalan pullar iki oğlanın hesabarına keçirildi ki, gələcəkdə təhsil və ya fərdi işin açılması üçün istifadə edə bilsinlər. Bax belə bir balaca addım iki uşağın taleyini dəyişdi.
Qeyd: Soldakı Dilan, sağdakı isə Connidir.
Hazırladı: Fərid Abdullah.
Комментариев нет:
Отправить комментарий