Əsərləri ilə insanları xoşbəxt etmək istəyən motivatorların cəhənnəm kimi həyatları

Fərid Abdullah: “Bəzən müəyyən bir mənsəbə yetişən insan oturub düşünür və əldə etdiyi nəticənin onu qane etmədiyini görür”
İnsan həyatı, yaşam və ölüm arasındakı müəyyən zaman müddətindən ibarətdir. İnsan yaşayır, ona verilən ömür müddətində hər hansı bir işləsə məşğul olur, daha sonra isə həyatını başa vuraraq əbədiyyata qovuşur. Məhz həyat və ölüm arasında yaşanan qısa vaxt ərzində insan özünü və ətrafını dərk etməyə, dünyanın yaradılışını, xöşbəxtlik sindromunu, bədbəxtliklərin səbəblərini anlamağa çalışır. Lakin bu sirrləri çözmək hər bir insana nəsib olmur. Lakin dünyanın müxtəlif ölkələrindən olan alimlər, yazıçılar və digər bu kateqoriyadan olan insanlar daima araşdırmalar apararaq yaradılışın və ona daxil olan sindromların sirrlərini çözməyə səy göstəriblər. Amma onların çözməyə çalışdıqları sirrlərlə yaşadıqları həyat bir-birinə paradoks təşkil edib. Bunu tarixi faktlar da sübuta yetirir. Məslən aparılan kiçik bir araşdırma zamanı məlum olub ki, ABŞ-da ailə harmoniyası haqda “Nigahı necə qorumalı” kitabını yazan yazıçı öz həyat yoldaşını öldürərək şəklini “Facebook” sosial şəbəkəsinə yerləşdirib. “Dostları necə qazanmalı” kitabının müəllifi Dale Carnegie isə tənha bir şəkildə dünyasını dəyişib. Yaxud “Uşaqların tərbiyyəsi haqda” kitabların müəllifi Benjamin Spock öz övladları tərəfindən qocalar evinə yerləşdirilib. Bestsellerə çevrilən “Necə xoşbəxt olmalı” kitabının koreyalı müəllifi isə depressiyadan özünü asıb. Bu siyahını uzatmaq da olar. Lakin sadaladığımız faktlar bir daha sübut edir ki, insanlara həyat və yaşam dərsi keçən bu şəxslərin öz həyatları acınacaqlı olub.

Bəs görəsən onların bu cür aqibət yaşamasının səbəbləri nədir?

Sözün gücü

Bir gün gənc Tomas Edison məktəbdən evə qayıdır və müəllimin yazdığı məktubu anasına verir.
Ana həmin məktubu oğluna ucadan oxuyur, ana həm də ağlayırdı: "Sİzin oğlunuz zəkalıdır. Bu məktəb çox kiçikdir və burada ona nəyisə öyrətməyə qadir olan müəllim yoxdur. Zəhmət olmasa, ona özünüz dərs deyin". 
Anasının ölümündən illər keçdikdən sonra (Bu dövrdə artıq Edison əsrin ən böyük ixtiraçılarından biri idi) keçmiş ailə arxivini gözdən keçirirdi. Birdən həmin məktubu tapdı. Məktubu açıb oxudu:

Hardan bilək ki, dostumuz zərərli insandır?

1. O, səni tükədir. Onunla ayrıldıqdan sonra özünü boş hiss edirsən, sanki olan-qalanın da uçub gedib.
2. İrəli getməyinə dəyər vermir. Sən qazandığın uğuru onunla bölüşə bilmirsən. Deyəndə sanki heykəllə danışmış olursan. Reaksiya vermir, əksinə səni tənqid edir.
3. Neqativ işlər görür: Məsələn arvadına xəyanət edir, çoxlu yalan danışır, içki içir və s.
4. Onların dəyəri, ölçü meyarı, maraqları səndən fərqlənir. Əgər səninlə mübahisə də etməsə. Sizin fikirləriniz bir qabın içindəki yağla suyun ahənginə bənzəyir ki, bir-birinə qarışmır.
5. Etibarlı deyil. Həmişə verdiyi sözü sındırır.
6. Ancaq sən ona lazım olanda səninlə maraqlanır. Başqa vaxt isə sanki mövcud deyil.
7. Səni görməyə can atmır. Sən can atsan da, onun qəlbi başqa yerdədir.
8. Sənə paxıllıq edir: "Ala, nə yaxşı maşının var, nə gözəl evin var, nə yaxşı həyat yoldaşın var. Kaş mənim də olardı" sözləri ilə zəhlə tökür.
9. Aşağı ambisiyası vardır. Sən özünü dartan, ya öz heysiyyəti aşağı olan adamla nə danışa bilərsən?!
10. Səni tez-tez özündən çıxarır. Özlüyündə fikirləşirsən ki, nə bunun başını əzərdim.

Hazırladı: F.A.


Bir insanla ünsiyyət qurmağın rahat yolu

Nyu York universitetinin psixoloqu Artur Aron şəxsi təcrübə aparmaq qərara gəlir. Təcrübənin məqsədi insanlar arasında cəld və dərin kontakt qurmağın ən yaxşı üsulunu tapmaq idi. Sən demə ən yaxşı metod "düzgün" suallar vermək imiş. 
Aron təcrübədə iştirak edən bundan qabaq bir-birlərini görməyən kişi və qadınlara bir saat ərzində bir-birlərilə söhbət etməyi tapşırır. O çalışırdı ki, insanların, adətən aylarla, illərlə təşəkkül tapan yaxınlıq münasibətinin dərəcəsinə çatdırsın. Nəticədə 36 sual qeyd edir: 

Üç yaşlı xilaskar

Bu qeyri-adi hadisə Çində baş vermişdir. Üç yaşlı uşağın yataq xəstəsi anasına qulluq etməsi xəbəri az müddət ərzində bütün dünyaya yayıldı. Bütün bunlara səbəb avtomobil qəzası idi ki, nəticədə nənə və baba həyatlarını itirmiş, ana isə xəsarət almışdı. Uşağın özü isə yüngül zədələrlə sağ çıxa bilmişdi. Məhkəmə ikinci maşının sürücüsünü günahkar bilmədiyinə görə uşağın anasına kompensasiya verilməsi, həmçinin sığortadan pul verilməsi rədd edilmişdi. Nəticədə ona bir çarpayı ayrılmışdı ki, heç baxıcısı da yox idi. Heç kəsə də ümid bağlamaq olmurdu. Axı bu biçarə qadının nə qohum-əqrabası, nə də əri vardı ki, ona yardım əlini uzatsın. 

Basketbol qız

Bu, Çyan Honqyan (Qian Hongyan) adlı bir qızın qeyri-adi həyat hekayəsi haqqındadır. O, olduqca kasıb ailədə doğulmuşdu. Üstəlik dörd yaşı olarkən qəzaya düşərək iki ayğını itirmişdi. Onun valideynləri kasıb idi və protez almaq imkanları yox idi. Buna görə də qərara gəldilər ki, bir basketbol topunu kəssinlər və qızı onun içinə yerləşdirsinlər. Bununla da qızları üçün daha rahat olsun. 
Maraqlısı odur ki, basketbol topunun içində böyüyən qız dünyaya ikrah gözü ilə baxmadı, əksinə o, həmişə həyata nikbin yanaşırdı və bu abu-havanı bütün ömrü boyu saxlamağa müvəffəq olmuşdur. Valideynləri dəfələrlə qızlarının onların yanına gələrək “narahat olmayın, hər şey yaxşı olacaq” deməsinin və valideynlərini bu kasıbçılıqdan çıxaracağına dair işlətdiyi sözlərlin şahidi olurdular. İndi özünüz düşünün, insanın qəlbi nə qədər parlaq olmalıdır ki, basketbol topunun içində olmaqdan əlavə, özünü deyil, valideynlərini düşünsün?! 

Fədakar dost Dilan

Bizim dünyada neqativ hallardan əlavə, gözəl şeylər də baş verir. Əlbəttə, bu xoş şeylər neqativ hallardan çox olmasa da, yenə də baş verdiyinə görə təqdirəlayiqdir. Adətən hər gün camaatın mənfiyüklü şeyləri işıqlandırdığını gördükdə bir dəstə adam da müsbətyüklü tərəfləri göstərməli və balansı yaratmağa çalışmalıdır. 
Bu oğlanın adı Dilan Siqeldir. Digəri isə Connidir. Onun ən yaxın dostu. Conni uşaqlıqdan nadir bir xəstəliyə tutulub, bu xəstəlik irsidir və qara ciyəri sıradan çıxarır. Conninin valideynləri, müxtəlif sosial xidmət yerləri olduqca bahalı dərmanların alınmasında çətinlik çəkirdilər. Bundan əlavə üzərində düşünürdülər ki, onlar ucuz bir müalicə üsulunu necə tapa bilərlər? Bunun öhdəsindən gəlmək mümkündürmü?