
Sizin həyat
pazlınız hər zaman eyni şəkil formasını alacaq. Çünki hər dəfə eyni elementlərdən, hər nə qədər
qarışıdırsanız
belə, istifadə edirsiniz.
Bunu
yaratmağa başlamaq üçün nə hədəf təyin etməyə başlamaq, nə özünü beş ildən
sonra təsəvvür etmək, nə özünə missiya təyin etmək, nə də falçılıq etmək
lazımdır. Çünki bütün bunlar baş vermiş hadisələr arasında dolaşaraq əngəl
yaradacaq. Bu da çoxlu sayda enerjinin itməsinə səbəb
olacaq.
Başlamaq
üçün, öncə həyatınızdan bütün zir-zibilləri atmalısınız; bu həyatınızın işlək
olan bütün mərhələlərində olmalıdır.
Keçmişlə
əlaqədar şeylərin ağızbağız dolaraq nəzarətdən çıxması iki şeyə gətirib
çıxarır:
1.
Keçmişinizin sonsuz sayda istehsalına: həyat sizin üçün dejavü-yə
bənzəməyə başlayır.
2. Həyat
tempinizin zəifləməsinə: bu o deməkdir ki, sanki başqalarına baxıb görürsən ki,
onlar sənə nisbətən bir şeyi üç dəfə daha çox çatdırırlar və sən, bunu necə
etdiklərini başa düşə bilmirsən. Həyatda uğur qazanmaq, bunu həyatın bütün
sahələrində tətbiq etmək yalnız böyük sürətlə olduqda mümkündür.
Həyatda
təmizlik aparmaq üçün bu işi onun bütün mərhələlərində icra etmək lazımdır:
keçmişinizdə, indiki durumunuzda və – heç də təəccüb etməyin, gələcəyinizdə.
Bəli, elə gələcəyiniz də zir-zibillə doludur. Hamısı da mənasız xəyallarla
doludur. Lakin bunu da təmizləmək labüddür.
Buna görə
də indiki durumunuzdan başlayın. Çünki o, daha əlçatandır – indi və burada.
İndiki anı zir-zibildən təmizləmək sizə güc, yeni enerji verəcəkdir ki, sizin
buna daha çox ehtiyacınız var.
Əsas olan
şəxsi işləriniz arasında asılıb-qaldığınız şeyləri rədd etməkdir.
Qeyd etmək
lazımdır ki, indiki durumunuzu dərhal cilalamaq lazım deyil. Əvvəlcə səhman
yaratmaq lazımdır; asılı qaldığınız şeyləri bağlamaq lazımdır, hətta sıfırlamaq
məcburiyyətində qalsanız belə. Gözləntidə olan şeyləri siyahıdan
çıxartmalısınız, ya da, əgər həmin şeylər bir neçə həftədən çox asılı
vəziyyətdə qalmışlarsa, onlara əncam çəkməyə başlamalısınız. Bu sizə nəhəng
yeni enerji axını bəxş edəcək.
İndi isə
bir az daha ətraflı:
1.
Zibilləri atırıq;
Bütün
zibillərdən canımızı qurtarmalıyıq. Əvvəlcə evimizdən başlamalıyıq. Atırıq,
paylaşırıq və ya ehtiyacı olanlara veririk. Lakin belə bir niyyət etməməliyik
ki, “bir qutuya qoyum, nə vaxtsa ehtiyacı olan birinə verərəm”. Əksinə,
həqiqətən də, evdən çıxartırıq. “Gözləmə” siyahısında heç nə saxlamırıq.
Zibil
nədir?
Bu elə
şeylərdir ki, siz onlardan istifadə etmirsiniz. Gəlin belə edək: Bir il ərzində, nədən ki
istifadə etməmisiniz, onu aradan çıxartmalı, başqasına verməli, satmalı, ya da
tullamalısınız.
– İstifadə
etmədiyiniz geyim əşyaları;
–
Suvenirlərin böyük hissəsi; lakin elə suvenirlər vardır ki, onlar, həqiqətən
də, xoş abu hava yaradırlar. Bu cür olanları istisna etmək olar;
–
İstifadəyə yararsız və ya köhnəlmiş qab-qaşıq, texniki vəsaitlər.
Nə qədər
dərinə getsəniz, bu sizin üçün bir o qədər faydalı olacaq. Bunu birdəfəlik başa
düşün ki, hər şey, hər bir xırda detal enerjinizin bir hissəsidir. Onlara ayıq
başla baxın, əlinizə – yeni təcrübənizə yalnız o şeyləri götürün ki, onlar sizə
lazım olur və sizi sevindirir. Hər bir şeyin yanına yaxınlaşaraq özünüzə sual
verin ki, görəsən bu şey mənə lazımdırmı? Yoxsa onun yerini yeni bir şeylə əvəz
edim?!
Ağızbağız
dolmuş stəkanın üzərinə bir şey tökmək mümkün deyil. Əgər stəkan boşalarsa,
üzərinə əlavə etmək mümkündür. Xəsislik göstərildikdə daha təəccüb etmək lazım
deyil ki, nə üçün dəyişikliyə yer qalmır.
Əlqərəz,
əsaslı təmizlik aparmaq “Həyatıma hansı sayda yeni təcrübə buraxmaq
iqtidarındayam” adlı bir oyundur. Nə qədər çox atsanız, o qədər hazır olarsınız.
Yeri
gəlmişkən, bu həm də sizin ətrafınız, o cümlədən iş yeriniz, bağ eviniz, maşınınız
və sair yerlərə də aiddir.
2. Faylları
atırıq;
Zir-zibili
tullamaq – gül-çiçəkdir, artıq faylları atmağın vaxtıdır! Kompüter arxasında və
internetdən istifadə edərək nə qədər vaxt keçirirsiniz? Virtual olsa da bunlar
sizi əhatə edən şeylərdir. Onsuz da bunlar sizin həyatınızın bir parçasına
çevrilmişdir.
Biz hər
şeyi kompüterimizə yükləməyə öyrəşmişik: “Axı niyə də ataq? Yaddaşı kifayət qədərdir”.
Burada da prinsip eynidir – enerjini azad etmək. Yalnız sizin üçün
əhəmiyyəti və dəyərli olanını saxlayın. Axı lazımsız fayllar kimə lazımdır?
Bunların hər biri sizin bir parçanızdır, özümüzlə daşıyırıq, nə qədər çox olsa,
o qədər artıq yük olacaq və hər şeyi ləngidəcək.
Belə bir təmizlik təkcə şəxsi avadanlığınız üçün deyil, iş kompüteriniz,
xüsusilə də virtual akkauntlarınız, sosial şəbəkələr, bloqlar və saytlara da
aiddir.
3. Səliqə-səhman yaradırıq, hər bir şeyi öz yerinə qoyuruq, faylları
sistemləşdiririk;
Bəziləri elə düşünür ki, sistemli şəkildə təmizlik işləri aparmaq kimə
lazımdır? Lakin bu cür təmizlik yaxşı və effektli şəkildə işlərə əncam çəkmək
üçün, xüsusilə də sürətlə iş görməyə ehtiyac duyduqda adamın karına
gəlir. İş maşanızda və ya evinizdə xaos hökm sürürsə, yeni sürətə qoşulmağınız
qeyri-mümkündür.
4. Gələn informasiyanı filtrdən keçiririk;
Gələn informasiyaya qarşı da biganə qalmaq lazım deyil. Ümumiyyətlə, bu,
ağıl üçün bir qidadır, işin keyfiyyəti də beyninizin keyfiyyətindən asılıdır.
İnformasiya intoksikasiyası (informasiya vasitəsilə orqanizmin
zəhərlənməsi) eşitmisinizmi? Bu geniş yayılmış bir mərəzdir, demək
olar ki, hər kəs yoluxmuşdur. İnsanlar ard-arda şəbəkədə informasiyalar oxuyur,
tez-tez görkəmli şəxslərdən sitatlar paylaşır, qəlbinin səsini dinləmə
bacarığını kütləşdirirlər.
İnformasiyanın yığılma qabiliyyəti vardır, şüuraltımızdan heç yana yoxa
çıxmırlar, buna görə də onu tez-tez filtrdən keçirtmək lazımdır. Yalnız xeyirli
və faydalı olanlarını qəbul etmək, ondan sonra reallaşdırmağa başlamaq lazımdır.
Bu zaman o bizi öyrədir və bizi inkişaf etdirir. Əks halda, kanalları
kilidləyir və çox böyük informasiya küyünü yaradır. Bu da səbəb olur ki, çoxlu
sayda səhv edir, qəlbimizin səsini dinləməkdə yanlışlıqlara yol veririk.
Təklif olunur ki, aşağıdakı kimi edəsiniz:
Dost siyahınızı təmizləyin. O kəsləri dostluqdan çıxarın ki, sizdə rezonans
yaratmır, sizə ilham vermir. Divarınızı da təmizləyin. Xəbərləri ilə sizdə
ikrah hissi yaradan kəsləri silin, ya da gizlədin. Xüsusilə də, o kəsləri ki,
dünya hadisələri içində neqativ şeyləri paylaşır.
İstifadə etmək istədiyiniz bloq və saytların siyahısını təyin edin.
Daha elə
şeylərin əlində qalmayın ki, buna məcbur qalmısınız. Məsələn, deməyin ki, məni
əlavə ediblər və ya xahiş ediblər deyə, mən bunu qəbul etmək
məcburiyyətindəyəm. Sizə faydası deyən şeylərə qucaq açın.
5. Yarım
qalan işlərinizi tamamlayın və ya sıfırlayın;
Zəruri olan
şey “gözləmə”də olan işləri tamamlamaqdır. Onları ya gerçəkləşdirməli, yəni
tamamlamalısınız, ya da sıfırlamalısınız. Yəni özünüz üçün təyin edin ki, mən
filan işi bağlayıram və bir daha onun üzərində durmayacağam. Daha onu özünüzlə
daşımağın nə anlamı var ki? Siz daxilən özünüzü elə hiss etməlisiniz ki, sizin
yarım qalan bir işiniz daha yoxdur. Bu birinci mərhələdir ki, siz növbəti
mərhələdə özünüzə “Mən bu həyatdan nə istəyirəm axı?” sualını rahat şəkildə
verə biləsiniz, həm də şüurlu şəkildə irəli hərəkət edə biləsiniz.
Nəticə
Təmizləmə
prosesi iki mərhələdən ibarətdir: Əsaslı təmizlik apararaq bütün zir-zibildən
qurtulmaq və işləri səhmana salmaq; xüsusilə də informasiya axınını.
Elə
nizamlayın ki, sizə yalnız keyfiyyətli, faydalı informasiya gəlsin, özü də
normal qaydada. Bir də görəcəksiniz ki, dünyanız necə də dəyişmişdir.
Özünüzü
yenidən qurun, ola bilər ki, keçmiş təcrübənizin sizə, heç də yaramadığını
anlamış olarsınız.
Tərtib
etdi: Fərid Abdullah.
Tewekkur
ОтветитьУдалитьMinnətdaram
Удалить