İtaliyalı
tarixçi və iqtisadçı Karlo Çipolla axmaqlığın təbiəti haqqında olan məsələyə
çox dəqiq yanaşma metodunu tapmışdır. Uzun illər apardığı tədqiqarlar alimi belə
bir nəticəyə gətirib çıxarmışdır ki, nəticədə o, beş universal qanun tərtib
etmişdir, hansı ki, bu qanunlar istənilən cəmiyyətdə yararlı hesab edilir. Məlum
olub ki, axmaqlıq sizin düşündüyünüzdən daha təhlükəlidir. Tanınmış
iqtisadçının yazdığı məqalədən xırda nüansları məzmun baxımından sizlərlə
bölüşürəm:
Axmaqlığın
birinci qanunu: İnsan onu əhatə edən axmaqları
tam surətdə qiymətləndirə bilmir.
Bu, nə qədər
bayağı görsənsə də, həyat bunun əksini göstərir. Siz insanları nə qədər qiymətləndirməyə
çalışsanız da həmişə aşağıdakı vəziyyətlərlə qarşı-qaşıya qalacaqsınız:
Bəzən ağıllı və
rasional görsənən adam, əslində olduqca axmaq birisi olur;
Axmaq adamlar hər
zaman gözlənilməz yerlərdə, özü də lazım olmayan vaxtlarda peyda olurlar, təki
sizin planlarınızı darmadağın etmiş olsunlar.
Axmaqlığın
ikinci qanunu: İnsanın axmaq olması onun digər
xüsusiyyətlərindən asılı deyildir.
İllərin müşahidəsi və təcrübəsi
sayəsində məlum olub ki, insanlar bərabər deyil: onların bəzisi əbləh, digərləri
isə elə deyillər. Bu insanın təbiətinə uyğun müəyyən edilmişdir, mədəni səbəblərə
görə təşəkkül tapmamışdır. İnsan kürən, birinci qrup qana malik olduğu kimi
axmaq da olur. Yəni onun xüsusiyyəti bu cürdür.
Cəmiyyətdə yaşayan axmaqların
sayının təhsillə bir əlaqəsi yoxdur. Bunu bir çox yoxlama və təcrübələr təsdiq
etmişdir. Alim aşağıdərəcəli əməkdaşların dəstəsini analiz edərkən axmaqların
sayının nəzərdə tutduğundan daha çox olduğunu (Birinci qanun) aşkar etmişdir. O,
belə qənaətə gəlmişdir ki, bunun səbəbi kasıblıq, irqçilik və savad
çatışmazlığındandır. Lakin sosial nərdivanla qalxdıqda həmin nisbəti ağ
yaxalığı olan kəslər və tələbələr arasında da müşahidə etdi. Daha təsir
bağışlayan isə bu vəziyyətin professura arasında görməsi oldu. Alim elə bir
heyrət içinə düşür ki, intellektual elita arasında da eksperiment aparmağa
başladı ki, onlar arasında Nobel mükafatçıları olur. Nəticə isə belə olur ki,
alim təbiətin superqüvvəsini təsdiq etmiş olur: yəni laureatların da müəyyən
hissəsi axmaq idi. İkinci qanunun irəli sürdüyü ideyanı qəbul etmək nə qədər çətin
də olsa təcrübələr bunun dəmir düzgünlüyünü təsdiq edir.
Axmaqlığın üçüncü qanunu: Axmaq elə bir adamdır ki, onnun
davranışları başqa bir adamın və ya dəstənin
nələrisə əldən verməsinə səbəb olur. Bununla yanaşı axmağın özünə bir zərər-ziyan
dəymir və ya bu ziyan dolayı yolla onun üzünə qayıtmır.
Üçüncü qanun ehtimal verir ki,
insanlar dörd yerə bölünür: sadə adamlar, ağıllılar, quldurlar və axmaqlar. Əgər
Akif bir hərəkət edirsə və bu hərəkəti itkiyə səbəb olursa, bununla da Mahmud
fayda götürürsə, deməli, Akif sadə insanlara aiddir. Əgər Akif həm özünə, həm də
Mahmuda fayda gətirəcək bir iş görürsə, deməli, ağıllıdır. Çünki ağılla iş
görmüşdür. Əgər Akif bir iş görürsə, nəticədə Mahmud zərər, özü isə fayda əldə
edirsə, deməli, Akif soyğunçudur. Nəhayət, axırıncı bölmə axmaqlığa aiddir.
Heç də şübhəli deyil ki,
axmaqlar idarəedici orqanlarda çalışsalar, onların vurduğu ziyanın həcmi nə
boyda olacaqdır. Lakin əsas bunu bilmək lazımdır ki, axmağı təhlükəli edən nədir?
Axmaq adamlar ona görə təhlükəlidirlər
ki, ağıllı adamlar onların məntiqsiz davranışına bir izah tapa bilmir. Ağıllı
insan quldurun məntiqini başa düşür. Çünki quldur özünə daha çox mənfəət
qazanmaq istəyir. Baxmayaraq ki, bunu özü qazanmaq üçün bir o qədər də ağıllı
deyil. Quldurun işini öncədən təxmin vermək və bunun qarşısını almaq mümkündür.
Amma axmaq adamın hərəkətini öncədən praqnozlaşdırmaq mümkün deyil. O sizə səbəbsiz,
hədəfsiz, plansız, gözlənilməz olaraq zərbə vura bilir. Sizin bunu qabaqcadan təxmin
etmə kimi gücünüz yoxdur. Axmaq insan həmişə insanı gözlənilməz yaxalayır.
Hətta hücum aydın olsa da ondan
özünü müdafiə etmək qeyri-mümkündür. Çünki o, rasional struktur üzərində
qurulmamışdır.
Axmaqlığın dördüncü qanunu: Axmaq olmayan kəslər axmaqların
dağıdıcı potensialını kifayət qədər dəyərləndirmirlər.
Adətən axmaq olmayan kəslər
unudurlar ki, istənilən vaxtda, istənilən yerdə və istənilən şəraitdə axmaq adamla
bir yerdə olmaq səhv buraxmaq deməkdir, hansı ki, yaxın gələcəkdə özünü biruzə
verəcəkdir.
Çox vaxt adi insanlar axmaqların
nəyə qadir olduqlarının fərqində olmurlar. Bu elə də təəccüblü deyil. Təəccüblü
budur ki, axmaqları heç ağıllı və quldur adamlar da ciddiyə almırlar. Axmaq
adamın yanında onlar özlərini buraxır, öz intellektual bacarıqları ilə qürur
duyurlar. Halbuki onlar bunun əksinə olaraq səfərbər olmalı, axmaq insandan
sadir olacaq davranışın zərərlərini minimuma endirməyə özlərini hazır etməli
idilər.
Cəmiyyət içərisində belə bir
stereotip vardır ki, guya səfeh adam ancaq özünə zərər yetirə bilər. Xeyr,
axmaq adamla köməksiz sadə adamı səhv salmaq lazım deyil. Heç vaxt axmaq
adamdan şəxsi çıxarışlarınıza görə istifadə edəcəyinizi güman edərək axmaqlarla
ittifaqa girməyin. Əgər siz belə edirsinizsə, deməli, siz çox güman ki,
axmaqlığın təbiətinin nə olduğunu anlamırsınız. Belə etməklə siz özünüz axmaq
adama meydan yaradırsınız ki, o, rahat şəkildə gəzib-dolaşsın və böyük zərbə
endirsin.
Axmaqlığın beşinci qanunu: Axmaq - ən təhlükəli şəxsiyət
növüdür.
Axmaq adam quldurdan da təhlükəlidir.
Quldur adamın hərəkətinin nəticəsi bir faydanın bir adamın əlindən başqa
birisinin əlinə keçməsidir. Ümumən cəmiyyət üçün bunun bir istiliyi və soyuqluğu
yoxdur. Əgər cəmiyyətin hamısı quldur və soyğunçu olsaydı, bu sakit şəkildə
çürüyəcəkdi, ancaq fəlakət baş verməyəcəkdi. Sistemin hamısı elə bir şəkilə düşəcəkdi
ki, var-dövlət - bunun uğrunda səy göstərəcək adamların əlinə keçəcəkdi. Belə
ki, hər kəs ideal quldura çevriləcəkdi. Bu cür halı istənilən dövlətdə görmək
olar, hansı ki, hakim dairələr pul və ya başqa şeylərlə aldanılır, vətəndaşlar
isə qanunlardan boyun qaçırır.
Ancaq səhnəyə axmaq adamlar
çıxdıqda təsvir tamamilə dəyişir. Onlar mənfəət əldə etmədən zərər verirlər. Səadət
məhv olur, cəmiyyət kasıblaşır. Tarix göstərir ki, ölkə yalnız o vaxt tərəqqiyə
çatır ki, hakim dairələrdə kifayət qədər ağıllı insanlar oturubdur və onlar
aktiv fəaliyyət göstərən axmaq adamları nəzarət altında saxlayır və onlara ağıllıların
yaratdıqlarına zərbə endirmək imkanı vermirlər. Tənəzzül edən dövlətlərdə isə
axmaqlar kifayət qədərdir. Yuxarıya qədər getdikcə axmaq soyğunçulara daha çox
rast gəlinir. Yerdə qalanlar isə sadəlövh camaatdır. Bu cür bölgü dəyişməz olaraq axmaq adamların
destruktiv nəticələrini gücləndirir. Beləcə, ölkə xarabalığa çevrilir.
Комментариев нет:
Отправить комментарий