Zəiflərə kömək edəkmi?



İndi söyləyəcəyim fikir İslam dəyərlərinə, insanlıq prinsipinə zidd görsənəcək. Amma səbirli olun, fikrimi anlatmağa çalışacağam. Zəiflik barədə qısaca fikrimi bildirmək istəyərdim. Heyvanlarda, hələ doğularkən "ən güclülər həyatda qalır" prinsipi sürür. Dünyada da bu fikri dəstəkləyənlər var. Amma bəzi dəyərlər bu fikri rədd edir ki, fəqir-füqəra, zəif və miskinlər kənarda qalmamalıdır. Mən də bu fikirdəyəm. Bəs zəif kimdir? 
Məgər zəif özü zəif olmayıbmı? O qədər zəif insanlar olub ki, öz gücünə və ya başqalarının dəstəyi ilə qüvvətli olublar. Hamı şikayət edir ki, bir fəqiri evinə gətirib yedizdirir, amma fəqir evindən oğurluq edib. Fəqirə iş veriblər fəqir pulu alıb aradan çıxıb və s. O qədər insanlar fəqir və zəif insanların bivecliyindən əziyyət çəkiblər ki. 

Anam öyrətdi mənə

Anam mənə mümkün olmayan şeyin öhdəsindən gəlməyi öyrətdi: “Ağzını yum və yeməyini ye."

Anam mənə başqasının zəhmətinə hörmət etməyi öyrətdi: “Əgər bir-birinizi öldürmək istəyirsizsə, çıxın bayırda qırışın, polları təzə yumuşam.”

Anam mənə Allaha inanmağı öyrətdi: “Dua et ki, əynindəki bu ləkə yuyulsun.”

Anam mənə məntiqlə düşünməyi öyrətdi: “Çünki mən belə deyirəm. Vəssəlam.”

Anam mənə işin nəticəsini düşünməyi öyrətdi: “Bax indi pəncərədən yıxılacaqsan, mən də səni özümlə dükana aparmayacağam.”


Anam mənə dözümlü olmağı öyrətdi: “Yeməyini yeyib qutarmayana qədər stoldan durmayacaqsan!”

Anam mənə baş verə biləcək hadisələrin səbəbini öyrətdi: “Əgər ağlamağı dayandırmasan, səni döyəcəyəm.”

Anam mənə qibtə etməyi öyrətdi: “Bax, dünyada milyonlarla uşaq var ki, səndən fərqli olaraq, onların valideynlərilə bəxti gətirməyib.”

Anam mənə böyük olmağı öyrətdi: “Əgər meyvə-tərəvəz yeməsən, heç vaxt böyüməyəcəksən.”

Anam mənə gələcəyə inamla baxmağı öyrətdi: “Ax, bir dayan, evdə səninlə danışaram!”


Tərcümə: Fərid Abdullah.

Mark Tvendən sitatlar

Bu sitatları özünüz üçün köçürün və ara-sıra oxuyun. Çox faydalanarsınız.
1. Yaxşılıq elə bir şeydir ki, onu kar da eşidə bilər, kor da görə bilər.
2. Qırışlar, yalnız o yerləri göstərmələdir ki, orada əvvəllər təbəssüm olmuşdur.
3. Ruhlanmağın ən yaxşı yolu – başqa birisini ruhlandırmaqdır.
4. Xoşbəxtlik hər kəsin qapısını həyatda bir dəfə döyür, lakin adətən, həmin hər kəs  qonşuluqdakı yeməkxanada oturur və taqqıltını eşitmir.
5. Gəlin elə yaşayaq ki, hətta tabut qayıran usta da ölümümüzə ağlasın.
6. Bizdən az sayda insan xoşbəxtliyə tab gətirə bilər –  yaxın adamın xoşbəxtliyinə, nəzərdə tuturam.
7. Hədsiz incəlikdən böyük kobudluq yoxdur.
8. Həqiqət – bizim ən qiymətli malımızdır. Gəlin onunla ehtiyatla davranaq.
9. Dərdi olan insanlar başqalarını ovundurmağı bacarır.
10. Sülh, xoşbəxtlik, insanların qardaşlığı – bu dünyada bizə lazım olan, bax budur!

İnternet bizim haqqımızda nə bilir?

Biz brauzer və xəritələrdən istifadə edir, elektron məktublar yazır, internet vasitəsilə alqı-satqı işləri aparırırq. Demək olar ki, bütün bunlar bizim həyatımızın bir parçasına çevrilmişdir. Lakin maraqlı olan budur ki, görəsən, xidmətlərindən istifadə etdiyimiz internet-şirkətlər bizim haqqımızda nə bilirlər? Bunlardan xəbərdar olduqda, bu məlumatlar sizi təəccübləndirəcək.

1. Hansı tarixdə, hansı coğrafi mövqedə olduğunuzu yoxlaya bilərsiniz:

Əgər siz Android və ya İOS bazasında olan müasir smartfonlardan istifadə edirsinizsə və sizin mobil telefonunuz əksər hallarda internetə qoşulu olubsa, o zaman siz Google`nin yerləşdiyiniz coğrafi mövqe barədə gündən-günə topladığı məlumatdan təəccüblənəcəksiz. Aşağıdakı link vasitəsilə siz hərəkət istiqamətinizi görə bilərsiniz. 
https://maps.google.com/locationhistory/b/0