Kişilər Ticarət Mərkəzi


Şəhərlərin birində qadınların özlərinə ər seçib ala biləcəyi ticarət mərkəzi açılır. Ticarət mərkəzinin girişində bu mərkəzin iş qaydalarının məcəlləsi asılmışdı, orada belə yazımışdı:

1. Siz Ticarət Mərkəzinə yalnız bir dəfə gələ bilərsiniz.
2. Mərkəzdə 6 mərtəbə vardır, kişilərin keyfiyyəti mərtəbənin sıralanmasının artmasına görə dəyişir.
3. Siz istənilən mərtəbədə istənilən kişini seçə bilərsiniz və ya seçiminizi davam etdirmək üçün yuxarı mərtəbəyə qalxa bilərsiniz. 
4. Lakin yuxarı mərtəbəyə qalxdıqdan sonra aşağı mərtəbəyə enmək qadağandır. 

Bir qadın özünə yoldaş axtarmaq üçün adı çəkilən həmin "Kişilər Ticarət Mərkəzi"nə baş çəkmək qərarına gəlir. Girişdə "İşi olan kişilər" yazılmış tablonu oxuduqdan sonra, cəld ikinci mərtəbəyə qalxır. 

Kişilər banan kimidir



Kişilər hava kimidir...
Onları heç nə dəyişdirə bilməz...

Kişilər banan kimidir...
Nə qədər yetişmiş olsalar, bir o qədər yumşaq olarlar...

Kişilər yelləncək kimidir...
Bəzən onlara görə insanın başı gicəllənir...

Kişilər süd kimidir...
Onları yaddan çıxartdıqda, aşıb-tökülürlər...

Kişilər reklam kimidir...
Və sən onların bir kəlməsinə də inanmırsan...

Mistik yardım və ya 20 saat

Bir insan mütəxəssis olmaq üçün nə qədər zaman sərf etməlidirmi? Peşəkar insanlara tamaşa edin. Onlar bu səviyyəyə necə gəlib yetişiblər? Bəzən bizə deyirlər ki, filankəs yatdı yuxuda filan şey gördü, ayıldı gördü alimdir. Və ya getdi hansısa bir ziyarətgaha filan namazı qıldı və gördü ki, o fizika üzrə mütəxəssisdir. Bizlər də sərgərdan qalırıq. Elmi kitablardan daha çox dini dükanlara üz tutur, "ismi-əzəm" duası axtarırıq ki, oxuyub "əllamə" olaq. Və ya pir-ziyarətgahlara gedirik ki, hansısa xarici universitetə daxil olmaq üçün yalvarıb-yaxaraq, səhər bizi imtahansız-zadsız universitetə qəbul etsinlər. Belə bir şeyin həyata keçməsini ədalət hesab edirsinizmi? Yəni Allah o qədər ədalətsizdir ki, bir namaz qılmaqla sizi, layiq olmadığınız yerə ezam etsin? 

Ən gözəl qadın kimdir?


Qeyd etmək lazımdır ki, məhz qadınlar, bütün həyatları boyu gözəllik, gənclik və cazibədarlıq arxasınca qaçırlar. Amma bir şey var, görəsən doğrudanmı bu belə zəruridir? Məgər qadın yalnız cazibədarlığı və gözəlliyi əsasında təyin olunur? Doğrudanmı qadının xarici görünüşü onu qadın edir? Bu sualla bağlı, gəlin, ibrətli bir hekayəyə diqqət salaq:
"Bir dəfə kişilər bir yerə yığılaraq, kainatda ən gözəl qadın necə olmalıdır, deyə mübahisə etməyi qərarlaşdırdılar.
Bir kişi parıltılı qəhvəyi gözləri, digəri, əksinə - boz rəngə çalan, başqa birisi isə mavi rəngli gözləri sevdiyini deyir. Birinin qısa saçlardan, digərinin əksinə - uzun saçlı qadından xoşu gəldiyini deyir. O biri kişi isə kişilərin buruqsaçlı qadınlardan xoşlandığını dilə gətirir. Kişilərdən biri deyir ki, kişilər hündürboy, ətli, qamətli qadınları xoşlayırlar, O birisi deyir ki, xeyr, əksinə, incə, zərifqamətli qadınlar daha gözəldir. Hər biri öz fikrinin doğru olduğunu iddia edir.
Onların heç biri digərini razı sala, qane edə bilmir. Buna görə də müdrik qocanın yanına gəlib, məsələni onunla dəqiqləşdirməyi qərara alırlar.