Cof Kaufman adlı bir mütəxəssis var, gözəl bir fikir söyləyib. Onun
fikrini və bu üsulu sizlərlə, şəxsi mülahizələrimlə yanaşı, xülasə
şəkldə bölüşmək istəyirəm. Ümumiyyətlə, bir işdə püxtələşmək üçün bizə
20 saat vaxt lazımdır. İyirmi saat? Bəli. Axı camaat bu yolu 10.000
saata gedir. Gəlin, bu 20 saata gedə biləcək yolumuzu müəyyənləşdirərək.
Deməli, aşağıdakılara riayət edək:
1. Bacarığı analiz etmək.
Düşünüb-daşınmaq lazımdır ki. siz bu bacarığı nə üçün əldə etmək
istəyirsiniz. Bu sizə nə verəcək? Həvəsdir, yoxsa həqiqi istəkdir.
2. Özünü düzəltmək üçün kifayət qədər məlumat əldə etmək. Əldə etmək
istədiyiniz bacarıq üçün məlumat əldə etməyə çalışın. Bu, hər nə desəniz
ola bilər: DVD, kitab, internet resursları və s. Amma bunlardan
tələm-tələsik istifadə etməyə çalışmayın və məbada praktikanın özünü
kənara qoyasız. Bir kitab əsasında praktika aparmaq keyfiyyətlidir, ya
20 kitab əsasında? Bütün bu məlumatları toplayıb analiz etdikdən sonra
hərəkət etmək lazımdır.
3. Praktikanız üçün sizə əngəl törədən
şeyləri rədd etmək. Əgər kompyüter sizə mane olursa, söndürün. Televizor
mane olursa, yığışdırın. Səs-küy mane olursa, səssiz yerə keçin və s.
4. Ən azı 20 saat ərzində praktik iş görmək. Bizim birinci addım
atmamızı əngəlləyən kompleks axmaq görünmə ehtimalıdır. İyirmi saat
praktiki əməl bizi bu maneəni aşıb keçməkdə yardımçı olur.
Bəli, cəmi dörd qısa mərhələ. Ümidvaram ki, faydalı olacaq.
Fərid Abdullah
Salam,hech kim imtahansız-zadsız universitetə qəbul ola bilmez,amma muqeddes ziyaretgahlar,dualar,mesumlara,ovliyalara tevessul etmek ve s...bunlar tesdiqini tapmiw meselelerdir,yox saya bilmerik.Elbette oxumaq lazimdir,dua da zehmetle yanawi olmalidir...
ОтветитьУдалитьEyni zamanda menevi yukselisi olan insanlara Allah xususi nemet lutf ede biler,bunun edaletle elagesi yoxdur,nemet onundur,istediyine lutf eder..
http://m2.islam.az/article/a-328.html