
Şəhərlərin
birində qadınların özlərinə ər seçib ala biləcəyi ticarət mərkəzi açılır. Ticarət mərkəzinin girişində bu mərkəzin iş
qaydalarının məcəlləsi asılmışdı, orada belə yazımışdı:
1. Siz Ticarət Mərkəzinə
yalnız bir dəfə gələ bilərsiniz.
2. Mərkəzdə 6 mərtəbə vardır, kişilərin keyfiyyəti
mərtəbənin sıralanmasının artmasına görə dəyişir.
3. Siz istənilən mərtəbədə istənilən kişini seçə
bilərsiniz və
ya seçiminizi davam etdirmək
üçün yuxarı mərtəbəyə də qalxa bilərsiniz.
4. Lakin yuxarı mərtəbəyə qalxdıqdan sonra aşağı
mərtəbəyə enmək qadağandır.
Bir qadın özünə yoldaş axtarmaq üçün adı çəkilən həmin
"Kişilər Ticarət Mərkəzi"nə baş çəkmək qərarına gəlir. Girişdə
"İşi olan kişilər" yazılmış tablonu oxuduqdan sonra, cəld ikinci
mərtəbəyə qalxır.
İkinci mərtəbədəki lövhədə: "İşi olan və uşaqları sevən kişilər"
yazılmışdı. Lövhədəki yazını oxuyan qadın üçüncü mərtəbəyə qalxır. Üçüncü mərtəbədəki
tabloda isə: "İşi olan,
uşaqları sevən və son dərəcə gözəl olan kişilər" yazılmışdı.
"Vay!" - deyə qadın düşündü, amma buna baxmayaraq, dördüncü mərtəbəyə
qalxdı. Dördüncü mərtəbədəki tabloda: "İşi olan, uşaqları sevən, son
dərəcə gözəl olan və ev işlərində yardım edən kişilər" yazısı var idi.
"İnanılmaz şeydir! - deyə qadın ucadan dedi - Özünü saxlamaq
çətindir!" Buna baxmayaraq, beşinci mərtəbəyə qalxdı. Beşinci mərtəbədəki tabloda: "İşi olan,
uşaqları sevən, son dərəcə gözəl olan, ev işlərində yardım edən və çox romantik
kişilər" yazılmışdı. Qadın çox istədi ki, bu mərtəbədə qalsın və özünə tay seçsin, amma buna
baxmayaraq, özündə qüvvə toplayıb, axırıncı mərtəbəyə
qalxdı. Altıncı mərtəbədəki tabloda belə bir məzmunda yazı gördü: "Siz bu
mərtəbədə 31456012 nömrəli ziyarətçisiniz. Bu mərtəbədə kişi yoxdur. Bu mərtəbə qadınların istəyinin həddi
olmadığını bir daha sübut etmək üçün nəzərdə tutulub. Ticarət Mərkəzimizi
ziyarət etdiyinizə görə təşəkkür edirik!"
Amma bu Ticarət Mərkəzilə üzbəüz "Qadınlar
Ticarət Mərkəzi" də var idi. Birinci mərtəbədə "Gözəl qadınlar",
ikinci mərtəbədə isə "Cinsi münasibəti
sevən, gözəl qadınlar" var idi. Digər mərtəbələrdə nə olması, naməlum
olaraq qalırdı. ORA HƏLƏ HEÇ KƏS DAXİL OLMAMIŞDI.
Tərcümə və tərtib:
Fərid Abdullah.
Комментариев нет:
Отправить комментарий