Quranda əlaqə növləri

Quranda üç növ rabitə növü var. 1. Peyğəmbərin camaatla olan rabitəsi - Rəhmət. "Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərmişik". ("Ənbiya", 107) 
2. Camaatın Peyğəmbərlə olan rabitəsi - Məvəddət. Qeyd edim ki, bizim dildə məvəddət sözünün tam ekvivalenti yoxdur və onu ifadə etmək çətindir. Düzdür, bəzi tərcüməçilər onu məhəbbət kimi veriblər. Lakin məvəddət məhəbbətdən daha üstündür. Məvəddətdə sevgi bəsləməkdən əlavə həm də bu sevgini əməldə göstərmək, sevgidə sədaqətli, sabitqədəm və itaətkar olmaq nəzərdə tutulur. Quranda deyilir: "De: Mən sizdən ona görə (yəni elçiliyimin qarşılığında) yalnız yaxınlar barədə məvəddət istəyirəm". ("Şura", 23) 

Üzərində düşünməyə ehtiyac duyulan bəzi məsləhətlər

Bunu bir yerə qeyd edin, mütləq gərək duyacaqsınız: 
1. Ətraf mühit istəyir ki, siz kütbeyin qalasınız. Kütbeyin olduğunuz müddətdə kim hansı məhsulu, hansı xidməti istəsə sizə sırıya bilər. 
2. Təhsil sisteminə korkoranə inanmayın. İllər öncə aldığınız təhsillə indiki zamanın təhsil metodları fərqlidir. Özünüzü zamana uyğunlaşdırın. 
3. Fasiləsiz mütaliə edin. Daha çox oxuyun. Oxuduqlarınızdan elə məlumatlar əldə edə bilərsiniz ki, gələcəkdə qəfil bir maneə ilə qarşılaşdıqda gərəyiniz ola bilər və buna hazır olacaqsınız. 
4. Ətrafdakılarla ünsiyyətdə olun. Mənasız insanlardan uzaq durub, ünsiyyətindən fayda əldə edə biləcəyiniz kəslərlə münasibət qurun. 
5. Utancaqlıq - zamanı boşa xərcləməkdir. Emosiyalarınıza imkan verməyin ki, əvəzinizə qərar qəbul etsinlər. 

Narahatçılıqdan qurtulmaq üçün yollar

Dostlar, gəlin bu gün daimi narahatçılıqdan və mütəmadi qorxu içində qalmaqdan çıxmaq üçün bəzi üsullara qısa şəkildə baxaq: 
1 . Boş vaxtlarınızı doldurun. Adam boş-bekar qaldıqda daha çox fikir çəkir. Məsələn, fiziki və ya sevdiyiniz işlərlə məşğul olun. 
2. Bunu birdəfəlik qəbul edin ki, nə qədər ahu-zar etsəniz də, keçmişi dəyişə bilməyəcəksin. 
3. Qaçılmaz şeylərə müqavimət göstərməyə çalışmayın. Yəni dəyişə bilməyəcəyiniz şeyi olduğu kimi qəbul edin. 
4. Xırdaçılığa getməyin. Bəzən xırda və mənasız incəliklər bizi daha çox məşğul edir. 
5. Sizə lazım olmayan və zəruri ehtiyac duymadığınız şeylərə vaxtınızı və enerjinizi sərf etməyin. 
6. Tez-tez eşidib əməl etmədiyimiz məsləhət: Malik olduğunuzun dəyərini bilin. 
Nəticə: Həyatınızın 10%-i real hadisələrdən, 90%-i isə sizin ona münasibətinizdən təşkil olunub. Sizin baxış bucağınız dəyişsə, hadisələr də sizin üçün dəyişəcək.