SABAH BUNLARA GÖRƏ PEŞMAN OLACAQSIZ?


Ola bilər ki, bir neçə ildən sonra bu aşağıdakı şeyləri etmədiyimizə görə peşman olaq
Odur ki, 10 ildən sonra "kaş ki" deməməyimiz üçün bunları diqqətlə oxuyaq.
1- İnsan daim ətraf mühitdən öz həqiqi kimliyini gizlədir. Ətraf mühit onu yaxşı qəbul etsin, yaxud fərqli görsənsin deyə özünə aid olmayan maskalar taxır üzərinə. Yəni özü kimi olmur. İllər keçdikdən sonra həmin bu maskanı üzündən çıxardıqda öz həqiqi kimliyini tapa bilmir. Çaşıb qalır və peşman olur.
2 - İnsanlar, adətən başqalarının arzularını öz arzuları kimi qəbul edirlər. Kimsə "ayfon" istəyirsə, bu da istəyir. Kimsə Qəbələyə istirahətə gedirsə, bu da gedir. Ata deyir ki, böyüyəndə qəssab olmalısan, o da belə edir. Lakin illər keçir və görür ki, həyatına başqalarının arzularını salıb gerçəkləşdirmişdir və bir gün belə düşünməyib ki, özü nə istəyir.

ÖZÜNƏİNAMSIZLIĞA NECƏ QALİB GƏLƏK?

Utancaqlıq və özünəinamsızlıq hər bir insana aid edilə bilər. Bəzən bu xüsusiyyətlər insana mənfi təsir göstərir. Utancaqlıq üzündən bəzən insan öz şəxsi həyatını nizama sala bilmir. Onu maraqlandıran insanla ünsiyyət qura bilmir. Düzdür, insanın həyasız və arsız olması mənfi xüsusiyyətdir və zəhlə tökür.

Özünəinamsızlıq isə insanın karyera qurmasına mane olur. Bu iki xüsusiyyəti dəf etmək üçün insana bir xeyli vaxt lazım olur. İndi görək insan özünəinamlı olmağı necə bərpa edib yarada bilər:
1 - Birinci yol odur ki, insan "öz qınından" çıxaraq cəmiyyət içərisinə çıxsın. Ona maraqlı insanlarla tanış olmağa çalışsın. Məsələn, evdən çıxırsa qonşulara "salam" versin. Əvvəlcə qəribə görsənə bilər. Lakin sonradan nə qədər insana təkan verəcəyi aşkar olacaqdır.
Məsələn, siz dükana gedib hansısa bir şey haqqında soruşa bilərsiniz, hətta hansısa bir malı götürüb baxa bilərsiniz. Yaxud yoldan keçən bir şəxsdən yolu soruşa bilərsiz. Görəcəksiz ki, siz insanlarla ünsiyyət qura bilirsiz.

KİM OLMAQ İSTƏYİRSƏN?

Zəng çalındıqdan sonra müəllim kitabı bağladı və yıryığış etməyə başladı. Lakin bir tələbənin qəfil sual verməsi tələbələri yerində oturmağa vadar etdi. Tələbə ayağa durub dedi: "Müəllim, bu sual beynimi didib dağıdır. Baxın, az qalıb ki, diplom alaq. Özü də pis də oxumamışam. Amma bundan sonra nə işlə məşğul olacağımı bilmirəm. Sözün düzü, valideynlərimin məcbur etməsi səbəbilə bu universitetdə oxuyuram". Tələbələr bu tələbəyə baxır, başları ilə dediklərini təsdiq edirdilər. "Bəli, elə biz də bu gündəyik". "Həri, qardaş, bu xarabaxanada iş tapmaq olar?" "Əsas daydayın olsun" - deyə yerdən səslər gəldi.
Müəllim əlindəkiləri qoyub irəli keçdi. Tələbəyə üzünü tutub dedi: "Yalçın, əgər maaş, pul-para olmasaydı nə işlə məşğul olardın? Həyatdan necə həzz alardın?"
Yalçın dedi: "Müəllim, gülünc gələ bilər. Ancaq ədəbiyyat sahəsinə marağım çoxdur. Şair olmaq istəyərdim".
Müəllim dedi: "Lap gözəl. Uşaqlar, bəs siz?"

UĞURSUZLUĞUN 6 MƏRHƏLƏSİ

1. Əvvəlcə insan deyir: "Məndə hər şey alınacaq". Bu işə ümidi də var. Lakin arzulağı şeyi reallaşdırmağın vaxtını təyin etmir. Düşünür ki, nə zamansa öz-özünə baş verəcəkdir.
2. Sonra deyir: "Tezliklə başlamaq lazımdır". Artıq həyəcanlanır. Ancaq indi başlamaq istəmir. Düşünür ki, vaxtın nə anlamı var, onsuz da vaxt çoxdur.
3. Sonra düşünür: "Gərək bir az tez başlayaydım". Vicdanı onu yeyib-batırır. İşinə aid olmayan xırda şeylərlə məşğul olur. Öz-özünə deyir ki, "Nə gözəl. Halal olsun mənə. Əsas yolda olan maneələri aradan qaldırıram ki, daha sonra fikrimi yayındırmasın".
4. Sonra düşünür: "Bütün günü işləyirəm. Heç özümə vaxt ayıra bilmirəm". Özünə yazığı gəlməyə başlayır. Əylənir və öz aləmində xoş bilgilər əldə etməyə çalışır. Düşünür ki, "hələ vaxta var".