Necə edək ki insanlardan inciməyək?

İnsan inciməyə bilmir. Çünki bu, onun təbii hissidir. İnsan sevindiyi, güldüyü, qibtə etdiyi, nə iləsə maraqlandığı kimi inciyə də bilir. Bu, onun emosiyalarının məhsuludur. Elə insanlar var ki, incisələr də bu inciklik onlar üçün fəlakən sayılmır, bunu problemə çevirmirlər. Lakin elə insanlar da var ki, incimək onlar üçün əsl həngamədir. Bir inciklik üstündə dostluq əlaqələrini, münasibətləri, hətta ailəni belə, dağıdan kəslər var. Bəs nə edə bilərik ki, insanlardan incimək bizdə elə də böyük təsir qoymasın? Elə isə, ardını oxuyaq.
İnciklik nədir?
İnciməmək, ya da incikliyin adama az təsir etməsi üçün anlamaq lazımdır, axı bu inciklik nə deməkdir? Əgər ümumi nəticə çıxarsaq, görərik ki, inciklik neqativ hesab etdiyiniz şeyə istisna bir davranışdır. Məsələn, kimsə sizə bir söz deyib və siz bu sözdən incimisiniz. Ola bilər ki, başqa birisinə bu söz deyilsəydi, həmin insan bu sözdən inciməzdi. Deməli, incikliyinin sərhədləri və mənbəyi individualdır. Həm də unutmayın ki, inciklik hissi həmişə sizə zərbə endirir, ola bilər ki, başqasının bundan heç xəbəri də olmasın. Özü də inciklik elə bir şeydir ki, ona bir az imkan yaratsanız, səhhətinizdən də ola bilərsiniz.