Bəzi şeylər vardır ki, insan keçmişi düşünərək təəssüf hissi keçirir və
daim "ey kaş ki" sözünü işlədir. Bu da insanı indiki zamanda
yaşamasının qarşısını alır. İnsan unutmamalıdır ki, onun indiki durumu, bir
müddət sonra onun keçmişi sayılacaqdır. Odur ki, nə qədər gec deyil, keçmişə
xoş xatirələr atmaq lazımdır.
1. Mən özümə görə deyil, başqalarına görə yaşamışam.
Heç olmasa qarşınıza məqsəd qoyun. Bu həyatdan nə istədiyinizi ayırd edin.
Onun üstündə zəhmət çəkin. Unutmayın, sizin hədəfiniz olmasa, həmişə
başqalaraının hədəf və arzuları uğrunda çalışacaqsınız.
2. Mən olduqca çox işləmişəm.
Həyat yalnız pul qazanmaq uğrunda işləmək deyil. O qədər insan var ki,
qazancı az olsa da xoşbəxt və kimsədən asılı olmayan halda yaşayır. Haqlı
deyiblər, insan gənc vaxtı ömrünü pul qazanmağa sərf edir, daha sonra yaşlanır
və qazandıqlarını sağlamlıq əldə etmək yoldunda xərcləyir.