Qeyd edilmiş şərtlər üstünlük baxımından aşağıdakı
kimi sıralanır:
a. Həyat yoldaşının dini
b. Həyat yoldaşının ailəsi
c. Həyat yoldaşının əxlaq və davranışı
d. Evlilik həyatında elə uyğunluq və balans
kriteriyaları vardır ki, onlar ailə qurmaq üçün elə də problem hesab edilmir. Məsələn,
savad azlığı, kasıblıq kimi. Lakin elə cəhətlər də vardır ki, onlar ailənin
mövcudluğuna təsir göstərə bilər. Məslən, işləyib-işləməmək, hansı sahədə işləmək kimi.
Əlbəttə, irq və coğrafi mövqe kimi amillərin də təsirsiz olduğunu deyə bilmərik.
Hər bir irq və dünyanın bir sıra yerlərində məskunlaşmış xalqların bəzi özəlliklərini
nəzərə alsaq, deyə bilərik ki, bu cür amillər də ailə təməlində uyğunluq üçün və
həyat yoldaşının seçilməsində təsirli amillərdəndir.