Üç qurbağanın hekayəsi

Deyirlər bir gün müəllim tələbələrindən soruşur:
- Kötüyün üstündə üç qurbağa oturub. Onlardan biri suya tullanmaq istədi. Kötüyün üstündə neçə qurbağa qaldı?
Tələbələrdən biri inamsız şəkildə cavab verdi:
- Üç...
- Ay sağ ol, əlbəttə üç qurbağa qaldı. - deyə müəllim gülümsədi. Çünki qurbağa yalnız suya tullanmağı istədi. Ancaq bunun üçün bir hərəkət etmədi. Heç vaxt arzu ilə hərəkəti bir-birilə qarışdırmayın. Hərdən sizə elə gəlir ki, siz artıq suya tullanmısız. Baxmayaraq ki, həqiqətdə siz əvvəlki kimi kötük üstündə oturmusuz.

Hazırladı: Fərid Abdullah.

ƏR VƏ ARVAD MÜBAHİSƏ ZAMANI NƏ ETMƏLİDİR?

1. Heç vaxt valideynlərin adını çəkməyin. 
İş burasındadır ki, söhbət əsnasında danışdıqlarınız yalnız özünüzə və partnyorunuza aid olmalıdır. Bir-birinizin yanında heç vaxt valideynləri xatırlatmayın. Valideynlərə görə inciklik sizə o qədər təsir edə bilər ki, bunun altından illərlə çıxmaq çətin olar. Həmçinin valideynlərinizə də sizin ailə işlərinizə qarışmağa imkan verməyin. Tutaq ki, bunların hamısı baş veribsə, bu o deməkdir ki, mübahisə təkcə ər və arvad arasında yox, iki ailə arasında cərəyan etməkdədir. Belə bir mübahisəni rahatlıqla düşmənçiliyə çevirmək olar. Hətta ər və arvad arasında harmoniya bərpa olunsa belə, ailələr arasında xoşagəlməz münasibətlər yerində qalacaq, bu da yalnız həyatı çətinləşdirəcəkdir. 
2. Hər bir zorakılıqdan uzaq durun. 
Adətən mübahisə zamanı gözəl xarakter, alicənablıq, xanımlıq kimi xüsusiyyətlər çox da qalmır. Buna görə də, bəzən nəzarət itir, danışıq məcradan çıxır, məsələ yumruq davasına gedib çıxır. Siz hər nə qədər əsəbi də olsanız, özünüzə və partnyorunuza şiddət və zorakılığa meyl etmək imkanı verməyin. Yəni buna şərait yaratmayın. Çünki sevdiyin insan tərəfindən ağrı çəkmək, sizin aranızda olan sevgini sarsıda bilər. 
3. Heç vaxt boşanmağın adını çəkməyin. 
Mübahisə zamanı heç vaxt boşanma adını çəkməyin. Çünki bu söz kişi və qadın arasında işlənə biləcək ən incidici sözdür. Əgər mübahisə zamanı tərəflərdən biri tez-tez boşanma adı çəkirsə, deməli, bir müddət sonra bu, həqiqətən də reallaşacaqdır. Əminliklə deyə bilərik ki, siz hələ də bir-birinizi sevirsizsə, əsəbləşib impulsiv boşanmanı gerçəkləşdirdiyiniz üçün bir gün bu əmələ görə peşman olacaqsız. 
4. Mübahisə zamanı heç vaxt evdən getməyin. 
Adətən filmlərdə belə göstərirlər ki, ər ya arvad evdən tələsik çıxır ki, öz munisinə çataraq ondan üzr istəsin. Lakin real həyatda bu baş verən deyil. Mübahisə zamanı evdən qaçmaq ən səriştəsiz davranışdır. Ən yaxşı üsul isə partnyorun kinayəli sözlərinə, replikalarına susmaqdır. Sakitləşəndən sonra isə baş verən münaqişəni çözmək mümkündür. 
5. Heç vaxt ayrı yatmayın. 
Siz öz partnyorunuzla bir yerdə yatmalısız. Necə ki, bunu mübahisə etməmişdən qabaq edirdiz. Bu gərginliyi azaltmaq üçün ən yaxşı üsuldur. Ola bilər ki, əvvəlcə bir-birinizə arxanızı çevirəsiz, amma bundan sonra, elə ki yuxuya getdiz, gündəlik adətləriniz sizin incikliyinizə üstün gələcəkdir. Səhər ayıldıqda isə, çox güman ki, partnyorunuzun sizin üzünüzə baxaraq, sizə gülümsədiyinin şahidi olacaqsız. 
Vəssəlam, dava-dalaşa son! 
Hazırladı: Farid Abdullah

Nə üçün kəskin mübahisə zamanı kişilər susur, qadınlar isə qışqırır?

Amerikalı psixoloq Con Qotman öz araşdırmaları nəticəsində ortaya belə bir nəticə çıxarıb ki, kişilər daha çox emosional həssasdırlar və gərginlik içində daha çox qalırlar.
Belə ki, gərgin mübahisənin və ya dava-dalaşın başlanğıcında kişilərdə ürək döyüntüsü anidən sürətlənir və təzyiqi də qalxmağa başlayır. Buna görə də, kişilər qadınlara nisbətən belə bir halda davamlı zaman kəsiyində qala bilirlər. Elə bu səbəbdən də onlar çox vaxt infarktdan əziyyət çəkirlər. Onların daxili qoruyucu sistemi bu cür hallara dözmür. "Ciddi mübahisə" zamanı kişilərin ürək döyüntüsü normasından 20-30 dəfə artıq döyünməyə başlayır. Onun orqanizmində baş verən dəyişiklik ildırım sürətilə hərəkət edir ki, kişi də mübahisədən sonra özünə gələ bilmir.

Uğursuz insanların 30 vərdişi

1. Bəyənmədiyin şeyə səbir etmək.
2. Özqiymətini öldürən insanlarla ünsiyyət qurmaq.
3. "Başqaları nə deyər" - deyə, düşünmək.
4. Hər şeyi nəzarət altında saxlamağa çalışmaq.
5. Axın üzrə üzmək və ən az müqavimətlə qarşılaşan yolu seçmək.
6. Şəxsi fikirləri və bütün hissləri özündə saxlamaq.
7. Risk etməkdən qorxmaq.
8. Özü barədə deyil, yalnız başqaları barədə düşünmək.
9. Hamıya xoş gəlməyə çalışmaq.
10. Yaxınlar və valideynləri unutmaq.
11. Asudə vaxtı dörd divar arasında keçirmək.

Sapioseksual kimdir?

Bilirsinizmi ki, elə insanlar var ki, maraqlı ünsiyyət zamanı cinsi münasibətdən daha çox həzz və ləzzət alırlar? Bu insanlara ağıllı ünsiyyət, diskussiya daha çox, maksimal həzz verir. İntellektin ehtirasa gətirdiyi insanları tanıyırsınızmı?
Sapioseksual elə insandır ki, intellekti ən cazibədar xüsusiyyət hesab edir. Təsəvvür edin, bir insanın intellekti başqa bir insanı cəzb edir və ehtirasa gətirir. Latınca "sapio" - ağıllı dərrakəli olmaq deməkdir. Bu insanlar üçün həzz - ağlın qüdrəti və dərinliyi, həzz almaq - intellektual söhbət və intellektə maddi görünüşdə tamaşa etməkdir. Fərqi yoxdur, hansı cinsdəndir və ya neçə yaşı var, bu hamıya şamildir. Sapioseksuallar üçün məmnuniyyət alma pərəstişi - partnyorla fəlsəfi müzakirələr aparmaq, sərt tənqid etmək və dəqiq kinayə etmək və s.dir. Sapioseksualların ünsiyyəti başqaları üçün erudisiya və terminologiya bilgisinin olmamasından anlaşılmaz ola bilər. Ağlın işini müşahidə etmək - böyük məmnunluğun apriorisidir. Bunun başqaları üçün belə olmaması da mümkündür.

5 real həyat tarixçəsi

1. Bu gün mənim ad günümdə bir zərf aldım. İçində keçən il itirdiyim cüzdanım vardı. Pullar, vəsiqə və sənədlər yerində idi. Bundan əlavə içinə bir yazı da qoyulmuşdu: "Ad günün mübarək!"
2. Bu gün ərimdən bir məktub aldım. O, başqa bir şəhərdə xidmət edir. Məktubda yazılırdı: "Mən sənin üçün darıxmıram. Mən səninlə birlikdə özümüz üçün darıxıram." Mən hələ indiyə qədər belə bir ifadə eşitməmişdim. Amma mən onun nələr hiss etdiyini yaxşı başa düşürdüm.