ABŞ prezidentlərinin faciəvi taleləri

Bu tarixi fenomeni sadəcə təsadüf adlandırmaq çox çətindir. Demək olar ki, sonu sıfırla bitən illərdə seçilmiş Amerika prezidentləri faciəvi tale yaşamışlar. Onların siyahısı budur:

Avraam Linkoln - 1860-ci ildə seçilib, qətlə yetirilib;

Ceyms Qarfild - 1880-ci ildə seçilib, ölümcül yaralanıb;

Uilyam Makkinli - 1900-ci ildə seçilib, qətlə yetirilib;

Con Kennedi - 1960-cı ildə seçilib, ölümcül yaralanıb;

Tarixin sirli təsadüfləri

1. Linkoln 1860-cı ildə ABŞ prezidenti olub. Kennedi isə 1960-cı ildə. Fərq - 100 il.
2. Hər ikisi cümə günü, həyat yoldaşlarının yanında - başından güllə ilə vurularaq öldürülüblər.
3. Linkolndan sonra Endryu Conson prezident olub (1808-ci ildə anadan olub), Kennedidən sonra isə Lindon Conson (1908-ci ildə anadan olub). Fərq - 100 il.
4. Hər ikisi cənublu, diplomat, prezident olmamışdan qabaq senator olmuşlar.
5. Linkolnun qatili 1829-ci ildə, Kennedinin qatili isə 1929-cu ildə anadan olub. Fərq - 100 il. Hər iki qatil məhkəmədən əvvəl öldürülüb.
6. Linkoln "Kennedi" teatrında öldürülüb. Kennedi "Linkoln" avtomobilində qətlə yetirilib.