Əbu
Əli Sina musiqi sahəsində də öz məharətini göstərmişdir. Belә ki, bu barədə
çoxlu sayda dastanlar nəql olunmuşdur. Onlardan birini sizә tәqdim edirik:
Deyirlər
ki, İbn Sina bir şəhərdən başqa bir şəhərə getmək üçün bir karvanla yola düşür.
Karvan
əhlinin onu tanımadığını görüb, özünü onlara tanıtmır.
Gecə
vaxtı bütün karvan əhli şirin yuxuda olduğu zaman ayağa qalxaraq dəvələrin
zınqırovlarını açır. Onları yenidən elə bağlayır ki, hәmin günün səhəri karvan
əhli yuxudan durub yola düşdüklərində zınqırovların həzin səsindən dəvələrin
üstündəcә yuxuya gedirlər.